Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“O zaman yaşamaq daha da gözel olardı…”

10 Eylül 2016

7:24 am


10/09/2016 [11:21]: xeber –
Hər il təşkil edilən “Ən yaxşı buğda” yarışmasını yenə eyni kəndli qazanmışdı. Yarışmanı izləyən jurnalistlər kəndlidən bu uğurunun sirrini öyrənmək istədilər. Kəndli: “Mənim sirrim öz buğda toxumlarımı qonşularımla paylaşmağımdan ibarətdir” – dedi.Bu cavaba olduqca təəccüblənən jurnalistlər: “Əlinizdəki keyfiyyətli toxumları rəqiblərinizlə paylaşırsınız? Ammabelə bir şeyə nə üçün ehtiyac duyursunuz?” deyə soruşdular.“Niyə də olmasın? – kəndli dedi. – Bilmədiyiniz bir şey var, rüzgar yetişməkdən olan buğdadan poleni alır və tarladan tarlaya daşıyır. Bu səbəblə qonşularımın pis buğda yetişdirməsi mənim məhsulumun da keyfiyyətinin aşağı olması deməkdir. Eyni zamanda, gələcəkdə mənim məhsulumun keyfiyyətinə də pis təsir edə bilər. Ona görə də əgər ən yaxşı buğdanı yetişdirmək istəyirsəm, qonşularımın da yaxşı buğdalar yetişdirməsinə yardımçı olmağım gərəkdir.”P.S: Cəmiyyətdə belə düşüncəli insanların sayı artsa dünya da, yaşamaq da daha gözəl olardı…Qənirə Paşayeva


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler