Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“O yuxunu görmeseydim anam ölmeyecekdi…”

26 Temmuz 2016

5:04 pm


26/07/2016 [21:03]: xeber –
Anamın xatirəsinə…Uşaqlıqdan bu yana həmişə qəribə yuxular görürəm. Şairlərin və yazıçıların bu haqda hardasa vergili olduğu danılmazdı. İnandırıcı olmasa da, hələ günün ulduz falını da oxuyuram. Anam xəstə olanda daha çox qarışıq yuxular görürdüm. Elə bil ağrıların gözü var idi. Ancaq axşam düşən kimi başlayırdı anam zarımağa. Bakıda ən bahalı klinikaları gəzdirmişdim. Həkimlər “sinir ağrısı” kimi yanlış bir diaqnoz qoymuşdular qadına. Yazıq qadın o, qədər ağrıyırdı ki, həmin vaxtı Allahdan da gileylənirdi. Deyirdi ki: “İlahi, sənə neyləmişəm belə zülm verirsən mənə?!” Edilən müalicələrin də heç bir köməyi yox idi. Yazıq qadına o qədər iynə vurmuşdular ki, hər yeri daş kimi idi. Ancaq, hərə bir torba dava – dərman yazırdı ki, bunlardan istifadə elə.Hər gün evə zəng vurub ağrılarını soruşurdum. Sonra həkimlər dedilər ki, belində yırtıq var. Hələ bir əməliyyat da elədilər qadını. Ağrısız günlərinin sayı cəmi beş gün çəkdi. Həmin beş günün gecəsini rahat yatdı anam. Hələ bir qurban da kəsdim ki, şükür anam sağaldı. Sonra, yenə gileyləndi ki, ağrıyıram. Özüm də dilxor oldum. Qonum – qonşuda bel yırtığından əməliyyat olunan qadınların bir neçəsi gəlib dedi ki; “vallah biz də əməliyyat olunmuşuq. Amma belə ağrılar olmayıb. Sənin ağrıların kəsməliydi. Axı, niyə də belə olsun?!”Bir dəfə yatıb yuxuda gördüm ki, anam rəhmətə gedib. Həyətimizdə adam əlindən daş atsan yerə düşməz. Öz səsimə yuxudan oyananda gördüm ki, yuxu görürmüşəm. Əlimi üz – gözümə vurub gördüm ki, suyun içindəyəm. Həm aölamışam, həm də tərləmişəm. Yerimdən qalxıb hamam keçib yuyundum və təzədən yerimə uzandım. Gündüz yuxumu dostlara danışanda, dedilər ki ömrü uzun olacaq. Buna elə sevinmişdim ki, elə bilirdim doğrudan da ömrü uzun olacaq. Hələ zəng vurub özünə də demişdim. Ağlamışdı.Anam ağrılarının dördüncü ayında əməliyyat olunmuşdu. Yenidən Bakıya gətirdik. Həkimlər bu dəfə bildirdilər ki, qanından analiz verilməlidi. İlahi, bu vaxta qədər bütün gözləntilərin ən çətininin analiz cavabı olduğunu bilmirdim. Qan analizi verdikdən sonra, səhəri gün saat 11 – də həkimlərin dediyi vaxtı xəstəxanaya gəlik. Binanın üçüncü mərtəbəsinə qalxıb labaratoriyada işləyən xanımlara anamın adını və soyadını deyib analizin cavabı istədim.Xanım analizi cavabını gətirib mənə verəndə, ürəyim dözmədi xanım qorxulu bir şey yoxdu ki? – deyə soruşdum. Xanım qız üzümə gülümsəyib: “Qorxulu bir şey yoxdu burda, niyə belə ağrısın ki, ananız?!” – dedi.İçimdə bir az rahatlıq tapdım. Bu xəbəri kolidorun o başında həkimin qapısının ağzında gözləyən anama da dedim. Birlikdə anamla həkimin qəbuluna girdik. Həkim qan analizinə ciddi – ciddi baxıb anamdan soruşdu:- Təziqin olurmu bibi?Anam sevincək bildirdi ki, elə də yox, hərdən olur.- Siz düşün aşağıda qızlar sizin təziqinizi ölçsün.Anamın qoluna girib aşağı düşürəndə, həkim “sən bibini aşağı qoyub özün qayıt ressepti yazım get, dərmanları al – dedi”. Anamı aşağıda otağa ötürüb üçüncü mərtəbəyə qalxdım. Həkim gah analiz kağızındakı yazıların üstünə rəngli karandaşla xətt çəkir, gah da üzümə baxırdı. Amma, həkimin alnını düyünləməsi məni yenə nəyinsə baş verdiyini anlada bilmədi. Hıkim birən gözlərini gözümün içinə zillədi:- Bilirsən, bu heç də yaxşı şeyə oxşamır.Həmin vaxtı bədənimə bir jizilti gəldi.- Necə yəni yaxşı şeyə oxşamır?!- Bu xərçəngin əlamətləridi.- Həkim siz nə danışırsınız? Bəs, deyirdiniz belində yırtıq var. Əməliyyat da elətdirdik. İndi bu hardan çıxdı?!- Allah eləsin bu olmasın. Amma, çox təəsüf ki, əlamətləri ona oxşayır. İndi sənə bir yer deyəcəm ora apararsan. Orda da dörd aparatdan keçəcək. Bundan sonra dəqiq biləcəyik ki, xəstəlik odur, yoxsa yox.Kağızları götürüb birinci mərtəbəyə düşdüm. Gördüm ki, anam təziqini ölçdürdükdən sonra gözləmə zalında oturub məni gözləyir. Qadın yenə gözümün içinə baxdı:- Nə dedi həkim? Yenə dərman yazdı?Bədənimdəki giziltiləri bir kənara qoyub, özümü ələ almağa çalışdım.- Yox, ana. Dərman yazmadı. Aparatlara yazıb, ondan keçməlisən.Anamı dörd aparatdan keçirdilər. Xəstəxanada da halı pisləşdi. İkimizdə ağladıq. Araya xalam girdi ki: “bəsdirin ağlamayın”. Cavabı üç gündən sonra deyəcəkdilər. Ona görə üç gün gecə – gündüz dua edirdim ki, o zibil xərçəng olmasın. Qalan nə xəstəlik olsa, sağalda bilərik. Hələ anamla olan şəkilimizi evdə “Quran” ın arasına qoymuşdum ki, İnş Allah sağalar. Yenə qurban dedim. Bu neçə günü anamı ağrıkəsici ilə sakitləşdirirdik.Səhər tezdən qalxıb xəstəxanaya yollandım. Həkimlər diplomat kimi olan kağız çantada analiz cavabını verdilər. Ürəyim yenə dözmədi elə ordakı həkimdən soruşdum ki, doktor nə xəstəlikdi anamda?!Həkim bildirdi ki: “elə də qorxulu bir şey yoxdu. Qanında “Myeloma” xəstəliyi var. Bunu da müalicə edirsən keçib gedir. Sən öz həkiminin yanına get, o sənə hər şeyi deyəcək”. Anamın həkimi qara rəngli lövhələrə baxıb başını bulladı: “vəziyyət yaxşı deyil. Ana xərçəngdi”. İlahi, elə bil başıma qaynar su tökdülər.- Bəs, nə qədər yaşayacaq? Bunu bilirsiniz?- Vaxta var hələ. Bizim belə xəstələrimiz çoxdu. Yaşayırlar bir il, iki il filan… Çalış apar İrana ananı. Orada müalicə alunsun. Sən tədarükünü gör. Nə arzuları var yerinə yetir. Alınsa, toyunu da elə.Həkimdən ayrılıb aşağı düşəndə gördüm ki, anamın telefonundan zəng gəlir. Telefonu açanda gördüm ki, bacımdı. Xırıltılı səslə soruşdu:- Analizin cavabları nə oldu?! Vəziyyəti yaxşı deyil e nəsə.O, gün hamını aldatdım bir anamdan başqa. Anamı da aldatmaq istədim, amma alınmadı. Bacıma dedim ki, narahat olma qanında mikrob var sağalacaq. Bir ağrıkəsici vurun gəlirəm.Metronun “28 May” stansiyasının qarşısında o qədər ağlamışdım ki, gözlərim qıpqırmızı idi. Adamlar yenə qaçaqaçda idilər. Öz – özümə deyirdim ki, İlahi bu boyda başıma gələnlər heç kimin vecinə deyil?! İnsanlar neyə belə soyuqqanlıdırlar?!Metroya minib gedəndə, anam daha əlçatmaz görünürdü mənə. Ürəyim sıxılırdı. Elə bilirdim boğurlar məni. Anam bacımgildə yatırdı. Qapıdan içəri girib anamla görüşdüm:- Necəsən ana? Darıxma yaxşı olacaqsan, həkimlər qanında mikrob deyir. Ona görə bu qədər ağrıyırmışsan.Anam yataqda gözüylə mənə tərəf baxıb dedi:- Bəs niyə ağlamısan?! Nəsə pis xəstəlikdi?!Anam sağ çiyni üstə uzanmışdı yataqda. Sağ əlini də yataqdan bayıra uzatmışdı. O, çox vaxt belə yatırdı. Özümü saxlaya bilmədim. Diz çöküb bayıra uzatdığı əlini ovuclarımın arasında dodaqlarıma sıxdım:- Ana vallah yox. Sadəcə qanına mikrob düşüb sağaldacam səni. Allaha and olsun sağalacaqsan.Bunu deyə – deyə ikimizdə ağlayırdıq. Hönkürtülərimin səsinə o, biri otaqdan bacım gəldi. O, da qoşuldu bizə. Özümü ələ almağa çalışdım. Durub anamın yatağının qırağında oturub əlindəki dəsmalla anamın göz yaşlarını sildim. Artıq son bir neçə günü anam yeməkdən də düşmüşdü:- Ürəyin nə istəyir alım ana?! Sən yemirsən, mənim də boğazımdan heç nə keçmir. Nə olar bir şey ye!Anam gözləri ilə tavana baxıb bir az fikirləşdi. Araya hardasa beş saniyə sükut çökdü. Birdən dilləndi:- Armud istəyirəm.Tez uşağı yolladım ki, gedib armud alsın. Uşaq çox keçmədi ki, armud alıb gətirdi. Bacım armudu yuyub gətirdi. Dilimləyib anama verdim. Bir iki dilim yedi. Biz də anamıza baxıb yedik bacı – qardaş. Səhəri gün İrana yola düşməyi planlaşdırmışdıq. Evə qayıdıb xarici pasportumu, pal – paltarımı götürüb bacımgilə gedəndə, yolda anamın tellefonundan yenə zəng gəldi. Telefonu açan kimi bacım elə qışqırdı ki:- Tez çat, anaya nəsə olur!Telefonda hiss elədim ki, deyəsən gecikmişəm. Çünki, evdə nə qədər qadın ağlaşmasının səsi eşidilirdi. Küçənin başındakı dayanacağa doğru bir az qaçdım yolda ayaqlarım tutuldu yıxıldım. Yenə ayağa qalxıb qışqırdım:- Ana!Dayanacaqda dayanmış taksiyə minib anamın yanına çatıdm. Gördüm ki, gecikmişəm. Təcili yardım maşınından düşən qadın mənə yaxınlaşdı:- Mərhumun nəyisiniz?- Oğluyam.- Şikayətçi deyilsiniz ki?- Xeyr.- Buyurun bu da ölüm haqqında kağızdı.Anamın cansız bədənini maşına qoyub kəndə evimizə gətirdik. Həyətimizdə gördüm ki, yuxumda gördüyüm adamların hamısı həyətimizdədi. Onda anladım ki, sən demə səhərə yaxın yuxular düz çıxır. Gördüyüm yuxuyla anamın ölümün arasında bir ay fərq oldu. Anam da onu elə bəlkə də bildiyi üçün ağlayıb. Amma, bundan sonra kimin ölümünü yuxumda görsəm, bilirəm ki, bu qədər ağrımayacam.O, gündən – bu günə harda armud görürəm elə bilirəm ki, anamdı. Anam armudu çox sevirdi. Armud yiyən idi anam. Həyətimizdə anamın təndirinin yanında bir armud ağacımız var. Həm o, armud ağacı yiyəsiz qalıb, həm də anamın təndiri. Bir də elə bilirəm ki, o yuxunu görməsəydim anam ölməyəcəkdi. Artıq bir il olur ki, anamı görmürəm. Tüstüm təpəmdən çıxır.Vasif Əlihüseyn




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler