Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“O, yegane insan adı daşıyan Qız bürcü altında anadan olub”

07 Eylül 2016

5:44 pm


07/09/2016 [21:27]: xeber –
Sentyabrın səkkizində sevimli dostum Cəmilə Çiçək dünyaya gəlib. Zəhmətkeş, fədəkar tədqiqatçı, daim yeniliyə can atan, yorulmaq bilməyən, özü kimi sözü də gözəl olan Çəmilə Çiçək yeganə insan adı daşıyan Qız bürcü altında anadan olub. Onun sadə və sadə olduğu qədər də zəngin kimliyi vardır. Elindən-obasından ayrı düşmüş, lakin gələcəyə olan inamını, ümidini itirməmiş bu gənc qız qürurla başını dik tutmaqda haqlıdır. Cəmilə (Çiçək) İsbəndiyarova Kəlbəcər rayonunda anadan olub. Bakı Slavyan Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Kiçik yaşlarından poeziyaya maraq göstərib. Pedaqoji fəaliyyətlə yanaşı, dövri mətbuatda ədəbi, vətənpərvər ruhlu yazıları, yurd həsrətli şeirləri və elmi-publisistik məqalələrilə tanınıb. AYB və AJB-nin üzvüdür. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə 18.10.2008-ci ildə Azərbaycan KİVHİ RH sədri, yazıçı-ilahiyyatçı mərhum Oqtay Salamzadə onu “Qızıl Qələm” media mükafatı laureatı diplomuna layiq görmüşdür. 2016-cı ildə Prezident təqaüdünə layiq görülüb.“Ədalət”, “Şərq”, “Respublika” qəzetlərində işləyib, “Kəlbəcər harayı”,  “Təhsil” jurnalı, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Vətən səsi”, “Türküstan”, “İki sahil” və digər tanınmış nüfuzlu qəzet və jurnallarla əməkdaşlıq edib. 2007-ci ildən “Möcüzə yaradan əllər” jurnalının redaktoru, “Milli Zəka” beynəlxalq elmi, ictimai-siyası, hüquqi jurnalının təsisçisi və baş redaktorudur. Oxucularımıza hər nömrәsini tәqdim etdiyi “Milli Zәka” elmi, ictimai-siyasi, hüquq dәrgisini çap etmәkdә mәqsәdi xalqımızın zәngin mәnәviyyatının güzgüsü olan elmimizin ümumi mәnzәrәsinin tәhlilini vermәk, yeni elmi mәqalәlәrin, araşdırmaların işıq üzü görmәsinә, müzakirә olunub, layiqli qiymәtini almasına şәrait yaratmaq, o cümlədən, ölkəmizdə və regionda baş verən ictimai-siyasi, ədəbi-mədəni, sosial-iqtisadi proseslərə ayna tutmaqdır. “Milli Zәka”nın ilk nömrәsinin ilk səhifəsinin Azәrbaycanın birinci xanımı, UNESCO vә ISESCO-nun xoşmәramlı sәfiri, Heydәr Əliyev Fondunun prezidenti, millәt vәkili Mehriban xanım Əliyeva ilә bağlı yazıyla açılması da simvolik mәna daşıyır. Elm vә tәhsilimizin, mәdәniyyәt vә zәngin dәyәrlәrimizin dünya sәviyyәsindә dәstәklәnmәsi, himayә olunması, tәbliği Mehriban xanımın tәqdir edilәn xidmәtlərindəndir.Onun “Kəlbəcərin saz qalası” (ön sözün müəllifi xalq yazıçısı Anar), “Arı çiçəyə gəlib” (ön sözün müəllifi AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov), “Sən dağlardan ayrılmadın” (ön sözün müəllifi akademik Vasim Məmmədəliyev), “Sazımız ağlayır dağlar başında” (elmi redaktoru akademik İsa Həbibbəyli) kitabları ustad sənətkarımız Aşıq Şəmşirin yaradıcılığından, o cümlədən, bütövlükdə Kəlbəcər ədəbi mühitindən bəhs edir. “Səməd Vurğun–Aşıq Şəmşir” dastanı adlı (beşinci kitabı (elmi redaktoru filologiya elmləri doktoru Füzuli Bayat)) filoloji-elmi araşdırmasında XX əsr Azərbaycan poeziyasının iki qolu – peşəkar yazılı ədəbiyyat və aşıq sənəti müqayisəli təhlilə cəlb olunur, orijinal mətn verilir. Bu dastanın toplanıb sistemləşdirilərək nəşrə hazırlanması ideyası akademik İsa Həbibbəyli tərəfindən irəli sürülmüşdür. Sayca altıncı kitabı olan “Əyyub və Sənəm dastanı” miniatür kitabı (elmi redaktoru filologiya elmləri doktoru Füzuli Bayat)) da AMEA Folklor İnstitutu Elmi Şurasının 25 noyabr 2015-ci il tarixli qərarı (protokol № 6) ilə yaxın günlərdə işıq üzü gördü. “Əyyub və Sənəm dastanı” yazılı ədəbiyyatla folklorun qovşağında yaranan yeni folklor nümunələrindəndir. Ölçüsü 45×55 mm olan 168 səhifədən ibarət “Milli Zəka” jurnalının redaksiyasında çap  olunan bu kitab formatına görə adı Ginnesin rekortlar kitabına düşüb. Dastanda gənclərin sevgi münasibətlərindən, onların bir-birinə inamından, etibar hissindən, həya, ar, əxlaq kimi mənəvi dəyərlərdən bəhs olunur. Eyni zamanda təmiz münasibətlərə yersiz valideyn müdaxiləsinin necə bir faciəyə yol açması da diqqətə çatdırılır. Bu kitabın işq üzü görməsilə bağlı ilk yazını Azərbaycanın tanınmış jurnalisti, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AzərTAc-ın baş direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medalı, “Vətənə xidmətə görə” ordeni, “Şöhrət” ordeni, “TÜRKSOY-un 20 illiyi” yubiley medalı, “Həsən bəy Zərdabi”, “Qızıl qələm”, “Ali Media” mükafatları laureatı Aslan Əhməd oğlu Aslanov yazdı.C.İsbəndiyarova AMEA Folklor İnstitutunun doktorantı, “Zəka işığında” milli dəyərlərin təbliğinə yardım içtimai birliyin təsisçisi və sədridir. “Azərbaycan cəmiyyətində ağsaqqal institutunun yeri və rolu (Qarabağ köçkünləri arasında aparaılacaq sosial-kulturoloji araşdırma)”, “Səməd Vurğun və aşıq müasirlərinin yaradıcılığında vətən konseptinin öyrənilməsi və gənclər arasında vətənpərvərlik ideyasının təbliği”, “Milli öndər Heydər Əliyevin klassik irs və xalq dastanları haqqında fikirləri və onların tədris prosesinə cəlb edilməsi”, “Kəlbəcər əhalisinin ənənəvi mətbəx mədəniyyətinin öyrənilməsi” adlı layihələrin müəllifi,  “Klassik ənənə və XX əsr Azərbaycan məhəbbət dastanları”, “Klassik məhəbbət dastanları və XX əsrdə yaranan müəllifi bəlli olan dastanlar”, “Məhəbbət dastanlarında ənənəvi motiv və tarixi ənənələrin ötürülməsi”, “Haqq aşiqliyi”, “Yeni yaranan məhəbbət dastanları”, “Obrazlar sistemi”, “Kitabi-Dədə Qorqud” dastanındakı məhəbbət motivləri ilə XX  əsr Azərbaycan məhəbbət dastanlarının müqayisəli təhlili”, “Kitabi-Dədə Qorqud” dastanında qəhrəmancasına elçilik və Azərbaycanın müasir məhəbbət dastanları: oxşar və fərqli cəhətlər”, “Səməd Vurğun yaradıcılığında dastan motivləri və sovet dövrünün məhəbbət dastanları”, “Məhəbbət dastanlarında oyun elementləri” və xarici ölkələrdə rus, ingilis, türk dillərində işıq üzü görmüş bir sıra elmi məqalələrin müəllifi kimi beynəlxalq simpoziumlarda etdiyi dəyərli məruzələrə görə saysız təşəkkür bəlgələri ilə təltif edilibdir.Onun elmi təfəkkürü, elmi prinsipləri qavrama və təsdiqetmə bacarığı yüksəkdir. Bütün məqalələr boyu müəllifin elmi-nəzəri hazırlığı, gərgin axtarışları və tədqiqatçılıq qabiliyyəti özünü bariz şəkildə göstərir.Cəmilə İsbəndiyarova eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub və olmaqdadır. Onun elmi-mətbu sahə ilə paralel olaraq, pedaqoji sahədə də kifayət qədər uğur və nailiyyətləri göz önündədir. Sentyabrın səkkizində mən də dünyaya gəlmişəm. Hər ikimizin doğum günüdür. Yaş fərqimiz var, mən ona qızım kimi baxıram. Cəmilə xanımı və özümü doğum günümüz münasibətilə təbrik edirəm! Qoy bakir və pak əməllərimiz həmişə dostlarımızı heyrətləndirsin! Qoy yeni yaş yeni uğurlar gətirsin və bizi sevindirsin!Doğum gününüz mübarək, Cəmilə xanım!Bilal ALARLI (HÜSEYNOV)filologiya üzrə fəlsəfə doktoru,AMEA Folklor İnstitutu,


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler