Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“O torpaqlar uğrunda şehid olanların ruhu bize qenim kesiler” – Qarabağ qazisi 

10 Ekim 2016

8:08 am


10/10/2016 [11:58]: xeber –
 “Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməsi həyatı boyu mümkün ola bilməz. Ən azı o torpaq uğrunda şəhid olanların ruhu bizə qənim olar, məzarları alışıb-yanar. Bu bizə, şəhidlərimə çox böyük təhqir olar. Buna ən azı bizlər yol vermərik, necə ki, könüllü olaraq gedib torpaqlarımızı qorumuşuq, yaşımıza, səhhətimizə baxmayaraq yenə də gedib torpaqlarımızı ermənilərdən geri qaytarmağa hazırıq. Bu birmənalı şəkildə belədir və başqa yolu, mənası yoxdur. Qarabağ bizimdir, torpaqlarımıza görə də hərtərəfli döyüşə hazırıq. İstər hərbi, istərsə də siyasi yolla torpaqlarımızı işğaldan azad etməyə qadirik. Bizim torpaqlarımıza heç kim sahiblənə bilməz”.Bu sözləri sayta açıqlamasında I Qarabağ müharibəsinin könüllüsü, ilk qadın snayper, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında səsləndirdiyi “Bizə təzyiqlər göstərilir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılıq verək” fikrinə münasibət bildirərkən deyib. Qarabağ qazisi daha sonra Qarabağı işğaldan azad etmək üçün prezidentin “torpaq uğrunda” əmrini gözlədiklərini deyib: “Qarabağın işğaldan azad olması uzun çəksə də dövlət səviyyəli məsələdir deyə hələ ki, səbr edirik. Qarabağ qazisi olaraq, vətəndaş olaraq öz üzərimizə düşən vəzifəni yerinə yetirmək üçün gözləmə mövqeyində dayanmışıq. Münaqişənin sülh yolu ilə həll olunması istiqamətində uzun illərdir iş aparılır və biz bu işlərin nəticəsini gözləyirik. Sülh yolu ilə nəticəsi olmasa, Ali baş komandanın bir əmri ilə torpaqlarımızı işğaldan azad etməyə gücümüz yetəcək. Necə ki, aprel ayındakı ikigünlük döyüşlərdə övladlarımız ermənilərin lazımi səviyyədə cavabını verdi, ermənini yerinə oturdu. Həmin döyüşlər yenidən başlasa və biz könüllülər də onlara qoşulsaq, birmənalı şəkildə torpaqlarımızı geri ala biləcəyik. Ali baş komandanın əmrini gözləyirik. Ən böyük allahdır, ondan sonra da dövlət başçımız, dövlətin siyasəti var və siyasət də ən öndə duran məsələdir. İndi bizə ancaq döyüş əmrini gözləmək qalır. Lap belə partizan üsulu ilə də olsa “torpaq uğrunda” əmrini alan kimi hər birimiz, qolu-qıçı olmayanlar belə döyüşə gedəcəyik. Bizi o torpaqların itkisi, trpaqlar uğrunda verdiyimiz şəhidlər, sağlamlığını itirmiş qazilərimiz çox yandırır. Bu yanğını unutmaq üçün ölümə hazırıq, ancaq torpaqlarımızı almaq şərtilə. Ümidimizi itirmirik, sizlər də itirməyin”. Növrəstə Yusifova müharibə başlayacağı təqdirdə qadın snayperçilər yetişdirməyə hazır olduğunu da bildirib: “Müharibə başlayacağı təqdirdə qadın snayperçilər hazırlamağa həmişə hazıram, ancaq səngərdə. Burda oturub hazırlamaq hazırlıq deyil, güllələri də boşuna heyif etmiş olarıq. Ancaq səngərdə nə qədər qadın istəsə, canla-başla onları snayperçi kimi yetişdirməyə hazıram. Qoy güllələrimiz məşq üçün açılmasın, sırf düşmənə tuşlansın”. Rumiyyə MİRASLAN


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler