Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“O, tekce mensub olduğu xalqın deyil, bütün türk dünyasının qayğısı ile yaşayır”

30 Eylül 2016

8:44 pm


01/10/2016 [00:42]: xeber –
Türk dünyasının böyük oğlu Oljas Süleymenovla 26 ildən sonra yenidən görüşdük. Əlbəttə, əvvəlcə məni tanımadı, o vaxt qara saçlı cavan oğlan idim, həm də 1990 – cı ilin 20 Yanvar qırğını məni də informasiya blokadasını yarmağa çalışan başqa həmkarlarım kimi tanınmaz hala salmışdı. Belə bir vəziyyətdə “Azərbaycan” nəşriyyatının mətbəəsində Oljas Süleymenovun “Səhər” qəzetinə baxıb “Möhkəm dayanın, dözümlü olun, dostlarım, qazax xalqı bu ağır günlərdə sizin yanınızdadır” deməsi yaramıza məlhəm olmuşdu. Əslində, böyük şairin özünün də vəziyyəti yaxşı deyildi, həm baş verən kütləvi qırğından sarsılmışdı, həm də 42 dərəcə hərarəti vardı. Amma o, çox çətin şəraitdə neçə təyyarə dəyişib özünü Bakıya çatdırmışdı. Məsləhətlərini verdi, əlini çiynimizə qoydu, ağlamsındı. O vaxtdan bəri həmişə 20 Yanvar qırğınını xatırlayanda Oljas Süleymenov da yadıma düşür. Amma həmin görüşü birlikdə xatırlamağın da təəssüratı tamam başqadır.Oljas Süleymenovun şairliyi ilə işim yoxdur, əlavə nə deyəcəm ki, bütün dünyanın qəbul elədiyi qələm sahibidir. Amma onun vətəndaşlığı şairliyindən daha möhtəşəmdir, daha önəmlidir. Oljas Süleymenov məhz vətəndaşlıq mövqeyinə görə ümumxalq məhəbbəti qazanıb. Onu təkcə Qazaxıstanda yox, bütün türk dünyasında tanıyırlar, sevirlər. Bu, təkcə oxucu məhəbbəti deyil, ona bəslənilən inamdır, etimaddır. Nə qədər sadə insan olsa da, Oljas Süleymenov da öz böyüklüyünü bilir, hiss edir. Amma heç vaxt yerişini, duruşunu dəyişmir, təkcə mənsub olduğu xalqın deyil, bütün türk dünyasının qayğısı ilə yaşayır. Ona görə də bu böyük şəxsiyyəti haqlı olaraq türk dünyasının mənəvi sərvəti hesab edirlər.Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler