Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Nutella” şokolad yağı Ermenistanda istehsal olunur? – EKSPERT RƏYİ

07 Kasım 2016

10:48 am


07/11/2016 [14:47]: xeber –
Xəbər veridiymiz kimi, prodüser Tarix Əliyev sosial şəbəkədə “Nutella” şokolad yağının Ermənistanda istehsal olunduğunu ifaş edən vidoe paylaşıb. Maraqldıır, Ermənistanda istehsal olunan qida məhsulu Azərbaycan piştaxtalarına necə yol tapır? Belə ərzaq məhsullarının satışı, eləcə də alınması nə dərəcədə doğrudur? sayt-ın bununla bağlı suallarına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov aydınlıq gətirib. E.Hüseynov bu məsələdən xəbərdar olduqlarını bildirib:“Dediyiniz məsələ barədə məlumatımız var və bu barədə tədqiqat apardıq. Məlum oldu ki, Engin şirkəti bu məsələdə böyük məsuliyyətsizlik edib. Ermənistan orada istehsalçı firma kimi yox, distribüter kimi görünür. Güya istehsalçı malı Ermənistana göndərib, oradan da Azərbaycana keçib. Ancaq bu da yolverilməzdir. Biz bununla bağlı sənədləri əldə etdik. Gördük ki, Engin  şirkət məhsulu Azərbaycana birbaşa istehsalçıdan gətirir, Ermənistandan almır. Sadəcə markalanmasında Ermənistandan daxil olduğu göstərilib. İlkin məlumat belədir ki, şirkət məhsulu birbaşa istehsalçıdan gətirir, sadəcə markalanmada böyük səhvə yol verilib. Əgər bu səhvdirsə, gərək Engin şirkəti buna yol verməyəydi, yox əgər düzdürsə, əlbəttə ki, yolverilməzdir”. Eyyub Hüseynov vətəndaşları şübhəli malları almamağa çağırıb:“Ermənistanda istehsal olunan və ya Ermənistanın distribüterliyi ilə regiona paylaşan heç bir qida məhsulunun Azərbaycana gətirilməsi yolverilməzdir. Azərbaycan Ümümdünya Ticarət Təşkilatının üzvü deyil, Ermənistanla heç bir əlaqəsi yoxdur. Baxmayaraq ki, mən Azərbaycanda istehsal olunan malların Ermənistanda satılmasının tam tərəfdarıyam, ancaq Ermənistandan Azərbaycna bir dənə çöpün də gətirilməsinə razı deyiləm”.Rumiyyə 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler