Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Nuru Paşanın talış qetliamı töretdiyini iddia etmek şerefsizlik, namussuzluqdur”

01 Ekim 2016

10:32 am


01/10/2016 [14:28]: xeber –
25
sentyabrda Moskvada keçirilən separatçıların ikinci qurultayında qondarma Dağlıq
Qarabağ Respublikası və talış separatçılarının iştirakından bəhs etmişdik.
Vurğulamışdıq ki,

Moskvada
anti Azərbaycan mövqeyində fəaliyyət göstərən talış separatçılarının liderləri
– Rusiya talış diasporasının prezidenti İsmayıl Şabanov, “Tolişpres”
informasiya agentliyinin redaktoru Kahin Mirəlizoda (Əbilov), Talış dirçəlişi
uğrunda hərəkatın lideri Fəxrəddin Aboszada də bu qurultayda iştirak edib.

Talış
separatçıları çıxış zamanı Azərbaycan dövləti əleyhinə ciddi ittihamlar səsləndirib,
habelə Nuru Paşanın Azərbaycana gəlişi zamanı 30 min talışın Qafqaz İslam
Ordusu tərəfindən məhv edildiyi ilə bağlı cəfəng fikirlər səsləndirilib.

 

“Bu, təxribat xarakterli
iddiadır”

 

Maraqlıdır,
30 min talışın Nuru Paşa tərəfindən məhv edilməsi ilə bağlı səsləndirilən
ittihamlar nəyə hesablanıb? Bu fikirlərdə zərrə qədər də olsa həqiqət payı
varmı?

sayt-a
açqılama verən millət vəkili Fazil Mustafa Nuru Paşanın talış qətliamı törətməsi
ilə bağlı səslənən fikirlərin şərəfsizlikdən başqa bir şey olmadığını
vurğuladı:

“Ermənilər iddia edir ki, Nuru Paşa 30 min ermənini
məhv edib. Təbii ki, bunlar yalan informasiyadır. Nuru Paşa azərbaycanlılara
divan tutan silahlı erməniləri məhv edib. Bu isə müharibə şərtlərinə görə doğru
bir qərardır. Nuru Paşa gələndə Qafqaz İslam Ordusu adı ilə gəlib. İslam mənsubu
olan bir şəxsin məhvə məhkum edilməsi baş verməyib və belə bir tarixi fakt ola
da bilməz. Çünki o, islamçılığı, türklüyü qorumaq adına gəlib. Talışlar isə
islam mənsubudur. Necə ola bilər ki, Qafqaz İslam Ordusu islam mənsubu olan
insanları məhv etsin? Bu, şərəfsiz bir yalandır. Talış xalqının adını bədnam
etmək üçün təxribat məqsədi ilə səsləndirilən fikirdir.

 

“Ermənilər sadəcə azərbaycanlıları deyil, talışları
da öldürüb”

 

Maraqlıdır, onlar Bakıda
və ətraf bölgələrdə yaşayan və öldürüldüyü iddia edilən bu talışları necə
hesablayıblar? Hansı mənbədə belə bir fakt var? Qafqaz İslam Ordusunun məqsədi
islam mənsubu olan insanları qorumaq idi. Ermənilər insanları sadəcə türk
olduğu üçün məhv etmirdilər. Ermənilər müsəlman olan hər kəsi məhv edirdi. Müsəlmanın
isə öz tanıtımı var və onları müəyyənlədşirmək asandır. O zaman ermənilər türkləri,
talışları, ləzgiləri bir-birindən seçmirdilər ki?

 

“Bu yalana talış xalqının ziyalıları cavab verməlidir”

 

Bu, o qədər səviyyəsiz və
həyasız bir yanaşmadır ki, bundan həmin separatçıların ifşası üçün istifadə etmək
lazımdır. Buna talışların özü, bu xalqın ziyalıları cavab verməldirlər. Necə
ola bilər ki, islam  mənsublarını qorumaq
üçün gələn bir şəxs islam mənsubunu məhv etsin? Bir dənə də olsun belə bri fakt
yoxdur. Əgər bu seperatçılar ermənilərin məhvini özləri üçün bir faciə hesab
edirlərsə, bunu açıq şəkildə söyləsinlər. Daha talış xalqının adına niyə
çıxırlar ki? Bu, talış xalqına edilən bir təhqirdir. Bu, həmin seperatçıların
öz xalqlarına nə qədər düşmən və sayqısız olduğunu göstərir.

 

“Separatçılar ilk növbədə talış xalqının düşmənidir”

 

Məncə bu faktın geniş şəkildə
işıqlandırılmasına ehtiyac var. Ən azı bu separatçlara düşüncədə haqq
qazandıran insanlar görməlidir ki, bu adamlar ermənidən fərqi olmayan
insanlardır. Onlar öz xalqlarına qənim kəsilən məxluqlardır. Əgər Nuru Paşanın
Azərbaycana səfəri zamanı hətta bir talışın belə öldürüldüyü faltını ortaya
qoya bilsələr, biz bütün çıxışlarımızdan imtina edərik.

Onlar Əsədullayev, Tağıyev dövrü ilə bağlı yazılan əsərləri
oxusunlar. Məhəmməd Əsəd bəyin əsərlərini oxusunlar. Baxsınlar ki, ermənilər
müsəlmanlara hansı zülümləri veriblər.

Bu birbaşa talış xalqına atılan iftiradır. Nuru Paşa talışları niyə məhv
etməliydi ki? Buna nə ehtiyac var idi? Məgər talışlar aəzrbaycanlılara qarşı qətliyam
törədiblər? Azərbaycanlılarla birlikdə ermənilər onları da məhv edib.

Talışların ermənilərlə yanaşı məhv edildiyi söyləməkdən daha böyük həyasızlıq
nə ola bilər? Görün hansı insanlar talış xalqının marağını təmsil etmək adı ilə
ortaya atılıb? Onlar öz xalqına böhran atırlar. Bu cür namussuzların Azərbaycana
hansısa bir formada faydalı bir şey gətirəcəyini iddia etmək olarmı?

Bu separatçıların özlərini ifşa edən bu yalanları geniş şəkildə
işıqlandırılmalı və şərh edilməlidir ki, bəlkə onların arxasınca gedən bəzi şəxslər
anlasınlar ki, bu şəxslər öz xalqlarının düşmənidir”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler