Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nuri Paşanın qebirüstü abidesi 67 il sonra berpa edildi – Fotolar

29 Eylül 2016

8:52 am


29/09/2016 [12:48]: xeber –
Nuri Paşanın 67 il sonra bərpa edilən qəbirüstü abidəsinə Azərbaycan torpağı töküldü.İstanbulun Ədirnəqapı məzarlığında Nuri Paşanın (Nuri Killigil) və 27 iş yoldaşının dəfn edildiyi məzarlar xeyriyyəçi iş adamı Zəki Yılmaz tərəfindən bərpa edilib və bu münasibətlə geniş təddbir keçirilib. Əvvəlcə, Nuri Paşa üçün cənazə namazı qılınıb. Azərbaycandan və Kiligil ailəsinin vətəni olan Türkiyənin Kastamonu vilayətinin Bozkurt qəsəbəsindən gətirilən torpaqlar Nuri Paşanın məzarına səpilib. Mərasimində çıxış edən İstanbul Metropol Bələdiyyəsi muzeylər və kitabxanalar müdiri Ramazan Mindər “Türklük öz tarixinin önəmli günlərindən birini yaşayır. Qafaz İslam Ordusunun komandanı Nuri Paşanın məzarının yenidən yapdırılması və keçirdiyimiz bu mərasim iki ölkə arasındakı qardaşlıq duyğularının daha da güclənməsinə xidmət edəcək. Biz müştərək keçmişimizi öyrəndikcə orada bu günümüz üçün lap çox ortaq nöqtələr tapacaq, bir-birimizə daha çox sarılaraq gələcəyə doğru daha inamlı şəkildə irəliləyəcəyik ”- deyə vurğulayıb. Şərqin ilk cümhuriyyətinin ilk hökumətinin baş naziri Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Kərim Məhmətzadə ailəsinin Nuri Paşa ilə bağlı xatirələrini səsləndirib. “Nuri Killigil” kitabının müəllifi Atilla Oral əsərin üzərində 17 il çalışdığını, Nuri Paşanın həyatının yeni səhifələrini açdıqca onun nə qədər böyük adam olduğunu gördüyünü bildirib. Atilla Oral, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın simvollarından birinin Nuri Killigil olduğunu vurğulayıb. ATXƏM-in sədri İlham İsmayılov da Nuri Paşanın tarixi rolundan danışıb, onun hər iki ölkənin tarixində önəmli yer tutduğunu vurğulayıb. Millət vəkili Qənirə Paşayeva isə Bakıdakı Türk şəhidliyindən danışıb. O bildirib ki, Azərbaycan müstəqil olandan sonra ulu öndər Heydər Əliyev Bakıda Türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün şəhidlik tikdirdiyini xatırladıb. ”İstər Bakıdakı şəhidlik, istərsə də Nuri Paşanın buradakı məzarı bizim üçün çox dəyərlidir. Biz bu dəyərlərə müştərək şəkildə sahib çıxsaq, gələcəyə birgə addımlayacağıq. Birlikdə olsaq, öhdəsindən gələ bilməyəcəyimiz heç bir iş olmayacağı kimi, bizi məğlub edəcək heç bir qüvvə də olmayacaq ”- deyə, Q. Paşayeva vurğulayıb. Nuri Paşanın qardaşı nəvəsi Arzu Ənvər Əroğan Killigil ailəsinin tarixi barədə məlumat verəndən sonra babasının və ulu əmisinin adlarını daima ən yüksəkdə tutmaqdan şərəf duyduqlarını vurğulayıb. Arzu Ənvər Əroğan, bundan sonrakı mərhələdə babasının və ulu əmisinin Türkiyədə daha yaxşı tanıdılması üçün çalışmağa davam edəcəklərini vurğulayıb. Tədbirdə Türkiyə və Azərbaycanın ictimai xadimləri, aydınları ilə yanaşı Türk dünyasının bir çox QHT və ziyalıları da qatılıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler