Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Nuri Paşa üç talışı gülleledib”

01 Ekim 2016

11:28 am


01/10/2016 [15:24]: xeber –
Moskvada bütün rusiyayönümlü separatçıların qurultayı keçirilib. Anti Azərbaycan mövqeyində fəaliyyət göstərən talış separatçılarının liderləri – Rusiya talış diasporasının prezidenti İsmayıl Şabanov, “Tolişpres” informasiya agentliyinin redaktoru Kahin Mirəlizoda (Əbilov), Talış dirçəlişi uğrunda hərəkatın lideri Fəxrəddin Aboszada də bu qurultayın işinə qatılıblar. Adları çəkilənlər Azərbaycanın ərazi bütövlüyü əleyhinə fəaliyyət göstərir, Rusiya xüsusi xidmət orqanlarının birbaşa tapşırıqlarını yerinə yetiriri, xüsusilə ermənilərlə əlbir olub Moskvanın maliyyəsi ilə İrəvandan yayımlanan “Talışıstan” televiziyasının fəaliyyətini koordinasiya edirlər. Separatçıların qurultayında talış separatçıları adından Fəxrəddin Aboszoda çıxış edərək guya Nuru Paşa bir neçə günə 30 min talışı qətlə yetirdiyini bəyan edib. Müqayisə üçün deyim ki, dünən erməni müəllif Xaçatur Dadayanın bir kitabından sitat yazmışdım və orada da Nuri Paşanın guya 30 min ermənini qətlə yetirdiyini yazırdı. Deməli, bu 30 min rəqəmi eyni mənbədən gəlir. Dadayan iddia edir ki, Nuri Paşa 1918-ci ildə 30 min erməni, Fəxrəddin Abosyan da iddia edir ki, 30 min talışı öldürüb. Ermənilərlə bu separatçıların mövqelərinin üst-üstə düşməsi təsadüfi deyil və bu birbaşa Nuri Paşaya deyil, dolayı yolla bütün azərbaycanlılara atılan böhtandır. Çünki bütün aləm bilir ki, 1918-ci ilin mart qırğınında 33 mindən artıq azərbaycanlını bolşevik-erməni çətələri qətlə yetirmişlər. Nuri Paşa azərbaycanlıların qətliamında iştirak edən Lalayan başda olmaqla bir sıra erməni liderlərinin gəbərdilməsini təmin etmişdir, ancaq dinc əhaliyə ümumiyyətlə toxunulmamışdır. Bunun sübutu 3 ay sonra açılan Azərbaycan parlamentində Erməni milli şurasının təmsilçilərinin yer alması sayıla bilər. Məhv edilmiş xalqın təmsilçiləri necə ola bilər ki, birdən-birə xortlayıb gəlsin və parlamentdə iştirak etsin. Ancaq ehtimal bu ola bilər ki, ermənilərlə yanaşı Nuri Paşa bilərəkdən üç talışı da güllələdib. Onları güllələyənlər də Nuri Paşanın Qafqaz-İslam Ordusunda türklərlə, ləzgilərlə, tatlarla birlikdə ermənilərə qarşı vuruşan minlərlə talışdan bir neçəsi olub. Çünki isbat olunub ki, bu üç talış ermənilərlə iş birliyinə girərək mart ayında müsəlmanların qətliamında iştirak ediblər. Bu uç nəfər heç şübhəsiz ki, İsmayıl Şabanov, Kahin Mirəlizoda (Əbilov) və Fəxrəddin Aboszada ana babaları olublar. İndi onların satqın babalarını güllələyən talışlar bizim milli qəhrəmanlarımız sayılmalıdır. Tədqiqatçılar adlarını tapıb üzə çıxararlar yəqin. Bunlar öz yerində, ermənilər deyir, ardınca talış separatçıları deyir ki, Nuri Paşa azərbaycanlıların qisasını alıb. Bəs biz azərbaycanlıların bu günki nəsli bizim şəhid babaların-nənələrin qisasını alan kişiyə nə deyirik?Fazil Mustafa, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler