Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Novruz Memmedov: ““FETÖ”çuların Azerbaycandakı terefdarlarının hamısı üze çıxarılacaq”

20 Ağustos 2016

9:00 pm


21/08/2016 [00:57]: xeber –
“FETÖ” təşkilatı bəzi dairələrdən qaynaqlanır və bununla əlaqədar Türkiyə ilə yanaşı, Azərbaycanda da araşdırmalar aparılır. Bu hadisələrin arxasında dayanan qüvvələr heç vaxt Azərbaycanı sarsıda bilməyəcəklər və “FETÖ”çuların buradakı tərəfdarlarının hamısı üzə çıxarılacaq. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov  iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı baş verən hadisələri şərh edərkən jurnalistlərə deyib. “Azərbaycanda bu məsələ ilə bağlı atılan addımlar, aparılan tədqiqatlar göstərir ki, bu təşkilat birbaşa tərəfdarları ilə bərabər, ölkəmizdəki bəzi müxalifət qurumları ilə də əlaqəlidir. Azərbaycan dövlətinə və dövlətçiliyinə, onun maraqlarına ziyan vurmaq cəhdlərinin qarşısı hər vasitə ilə alınacaqdır. Düşünürəm ki, bu proseslərdə də bizə heç bir təzyiq göstərməyə ehtiyac yoxdur. Azərbaycan seçimini edib və öz yolu ilə gedir”, – deyə Prezident Administrasiyasının rəsmisi qeyd edib. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler