Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Novella Ceferoğlunun siyasi mehbus siyahısına bişmiş toyuğun da gülmeyi gelir”

01 Kasım 2016

1:16 pm


01/11/2016 [17:15]: xeber –
Son günlər hüquq müdafiəçiləri
və müxalif siyailər arasında ölkədəki siyasi məhbusların sayı ilə bağlı ciddi
mübahisə və müzakirələr aparılmaqdadır.

Insan Haqları üzrə Birgə
İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu mətbuata açıqlamasında
tərtib etdikləri siyahıda 10-12nəfərin adının yer aldığını bildirməklə yaanşı,
digər siyahılarda şişirdilmələrə yer verildiyini vurğulayıb:

“Bizim siyahıda 10-12 məhbusun
adı qalıb. Məhkəmələri
gedənləri məhbus siyahısına salmırıq. Çünki ola bilər ki, məhkəmə gedən vaxtı o
şəxslərdən azadlığa buraxılanlar oldu. Biz həmin məhbusların məsələsini
qaldıracağıq ki, bunları azad edin. Əgər azad olunmasalar, o zaman məhbus
siyahımıza adlarını salacağıq. Özlərindən siyahılar hazırlayanlar həmin məhbusların
vəziyyətlərini sadəcə çətinləşdirirlər. Bu yolla guya ki, həmin şəxslər azad
olunacaqlar. Bilirəm ki, hazırladıqları siyahılarda adları olanların yarısı əldəqayırmadır.
Orada elə şəxslər var ki, məhkəmələri, istintaqları gedir. Biz çalışırıq ki,
onları məhkəmədən azad etdirək. Siyasi məhbus sözünü onlar ucuzlaşdırırlar. Məhbus
siyahıları ətrafında yaranan qalmaqallarla bağlı bir söz deyə bilmərəm. Onların
özləri yaxşı bilirlər ki, nəyə etiraz edirlər”.

Məsələ ilə bağlı sayt-a
açıqlama verən sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev hüquq
müdafiəçisi kimi çalışan bəzi şəxslərin gərəkli hüquqi biliyə, məhkəmə-istintaq
təcrübəsinə malik olmadığı üçün bir çox hallarda öz mülahizələrində hüquqi-məntiqi
yanlışlığa yol verdiyini vurğuladı:

“Siyasi məhbuslarla bağlı
son vaxtlar müxtəlif siyahılar tərtib olunmaqdadır. Bu müxtəliflik hüquq müdafiəçiləri,
siyasilər arasındakı fikir müxtəlifliyinin nəticəsidir. Bu günlərdə hüquq
müdafiəçiləindən Novella Cəfəroğlu da məsələ il bağlı öz mövqeyini ortaya
qoyub.

Öncə onu qeyd edim ki, bu
gün gündəmdə olan hüquq müdafiəçiləri təxminən 10-15 il bundan öncə fəaliyyətə başlayıblar.
O zaman hüquqşünas olmayan, hüququ biliklərdən məhrum olan, məhkəmə-istintaq təcrübəsinə
yiyələnməyən qanunvericilii bilməyən müəyyən adamlar da özlərini hüquq müdafiəçisi
adı altında QHT-lərə daxil etdi. Müəyyən müsbət fəaliyyətləri də oldu ki, biz
buna görə onlara “sağ ol” deyirik.

Son vaxtlar hüquq müdafiəçiləri
arasında siyasi məhbus siyahıları ilə bağlı mübahisə və müzakirələr gedir. Əsas
mübahisə predmeti də onların sayı ilə bağlıdır. 166 nəfər bir siyahıda, 94 nəfəri
isə digər siyahıdadır. 10 nəfər isə Novella Cəfəroğlunun siyahısındadır. Hüquq
müdafiəçisi deyiln şəxs hüquq-mühafizə orqanlarında işləməklə müəyyən qanunvericiliyi,
məhkəmə-istintaq işlərini bilməlidir. N.Cəfəroğlu bildirib ki, digər hüquq
müdafiəçilərinin siyahısında yer alan şəxslərin bir qismi əldəqayırmadır. “Əldəqayırma”
sözünün özü istər hüquqi-məntiqi baxımdan, istərsə də mediada yer almaq
baxımından düzgün ifadə deyil. Məhbəs həyatı yaşayan hər hanı bir şəxs üçün əldəqayırma
sözü işlətmək hardasa düzgün sayıla bilməz. N.Cəfəroğlu bildirir ki, onun tərtib
etdiyi siyahıda 10 nəfərin adı var. Bu saya bişmiş toyuğun da gülməyi gəlir.
Çünki son 10-15 ildəki məhkəmə-istintaq təcrübəsini götürəndə, həbs edilən,
hazırda istintaq altında olan şəxslərə nəzər salanda 10 rəqəmlik siyahı
doğrudan da gülüş doğurur. Bəzi siyahılar isə kifayət qədər əsaslandırılıb.

N.Cəfəroğlu bildirir
ki,elə adamlar var ki, istintaq altında yatır, hələ məhkəmələri olmayıb. Onları
siyahıya salmağın mənası yoxdur. Qanunvericiliyi lazımınca bilməyəndə bu cür
ifadələr, yanaşmalar meydana çıxır. Istintaq altında yatan da barəsində həbs-qətimlan
tədbiri seçilmiş adamdır. Fakt odur ki, bu insan həbsdədir. Ittiham aktı
yazılıb. Bu baxımdan Novella xanımın məsələyə bu aspektdən yanaşması hüquqi
baxımdan əsassızdır.

Qeyd etdiyimiz kimi, istintaq
gedən adam haqqında ittiham haqqı elan olunur. Ikincisi, axırıncı 10-15 ildə belə
bir hadisə olubmu ki, barəsində ittiham aktı elan edilən hər hansı bir şəxsin
işi məhkəməyə gedəndən sonra məhkəmə onu açıb buraxıb? Son illərin istintaq-məhkəmə
təcrübəsində bizə belə bir şey rast gəlməyib. Bəlkə biz bilmirik, Novella xanım
bilirsə desin biz də bilək.

Mən məsələ ilə bağlı
Mehman Əliyevin də fikirləri ilə tanış oldum. Bu fikirlər olduqca əsaslandırılmış
fikirlər idi. M.Əliyev də haqlı olaraq iddia edir ki, bu şəxslər barələrində məhkəmə
qərarı olsa da-olmasa da istintaq altındadırlar və həbsdə yatırlar. Onların
adının siyasi məhbus siyahısına salınmasına ehtiyac var.

Nardaran işi ilə bağlı da
elə adamlar var ki, onların istintaqı, eləsi də var ki, onların məhkəməsi
gedir. Lakin bütün bunlara baxmayaraq, bu qəbildən olan şəxslər də siyahıya
salınmalıdır. Çünki Nardaran işində də siyasi motivlər var və buna görə də
onların bəzisinin adı bu siyahıda yer almalıdır.  

Hüquq müdafiəçilərinin
son 10-15 ildəki fəaliyyətinə nəzər salanda görürük ki, onların bəzisi hüquq
müdafiəçisindən daha çox hoqqabazlıqla məşğuldur. Azərbaycanın eni ilə uzunu
500 kilometrdir. Bu ölkədə kim kimin havasına oynayır, bunu hamı bilir. Kimsə
bu həqiqəti yaddan çıxartmamalıdır”.

 

Seymur Əliyev 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler