Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Növbeti 100 ilde YERİ ne gözleyir? – Meşe yanğınları, tornado, subasma

20 Ağustos 2016

11:12 am


20/08/2016 [15:10]: xeber –
NASA alimləri bəyan ediblər ki, bir əsr ərzində Yer kürəsində gələcək nəslə mənfi təsir göstərəcək əhəmiyyətli dəyişikliklər baş verəcək. Alimlərin sözlərinə görə, həmin dövrdə qlobal istiləşmə zamanı buzlaqların sürətli əriməsi müşahidə olunacaq. Bunun nəticəsində dünya okeanında suyun səviyyəsi qalxacaq və bu da suyun daha çox əraziləri “zəbt” edəcəyinə gətirib çıxaracaq. Qlobal istiləşmə tornado, meşə yanğınları və digər kataklizmlərə də səbəb olacaq. Alimlərin fikrincə, zaman keçdikcə insanlar üçün bu hadisələr adi hal alacaq. Quru hava şəraiti səbəbindən bəzi ərazilər yaşamaq üçün yarasız hala gələcək. Lakin alimlər xüsusi vurğulayırlar ki, bütün hesablamalara baxmayaraq, atmosferdə karbon qazının miqdarını azaldan yeni texnologiyalar yaradılarsa bu vəziyyəti dəyişdirmək mümkündür.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler