Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nostradamusa elmi-ladun yanaşma…

29 Haziran 2016

11:16 am


29/06/2016 [15:10]: xeber –
Təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır”Gül əkin, gül becərin” Bu tövsiyə Nostradamusun kitabında yer alır. Amma səbəbini izah etmir. Elmi-lədun yolu ilə bu tövsiyyəni izah etməyə çalışaq. Belə ki, insan oğlunun məşğul olduğu sahə mütləq onun xarakterinə təsir edir. Bunu adi həyatda, istənilən peşə sahiblərinə diqqətlə nəzər saldıqda aydın görmək mümkündür. Bu mənada istənilən insan hər gün vaxtının bir neçə saatını gül bəsləməyə sərf edərsə, bir neçə ildən sonra güldə olan zərifliyi, gözəlliyi, təravəti, ətri həmin adamın xarakterində müşahidə etmək mümkündür. Məhz bunu nəzərə alaraq Osmanlı dövlətinin sultanları qərar vermişdilər ki, qəssablar hər altı aydan bir gülçülük təsərrüfatlarında məcburi əməyə cəlb edilirdilər. Nostradamus bu deyimlə qadınları da nəzərdə tuta bilərdi. Çünki, təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır. Onlarla da təmas insana (kişiyə) nəvaziş, incəlik təlqin edir. Fikir vermisinizmi,  qadın olmayan kollektivlətdə həmişə kobudluq hökm sürür.Nostradamus bu deyimlə övladlara da işarə vura bilərdi. Çünki, onlar da bizim gül balalarımızdır və onlarla da təmas insanın xarakterinə müsbət təsir edir. Övladın qoxusu hər bir valideyin üçün əvəzolunmaz ətirdir.Allah hamınızın balalarınını xoşbəxt etsin.Fürsəti qaçırmayın – gül əkin, gül becərin. Paşa Yaqub




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler