Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nobel mükafatı alan yegane hemyerlimiz Azerbaycan genclerinden niye narazı idi?

29 Temmuz 2016

12:36 pm


29/07/2016 [16:32]: xeber –
Bir neçə il bundan öncə Xəzər Televiziyasında Hacı Nuranın aparıcısı olduğu “Vətənimdir Azərbaycan” proqramı həmyerlimiz, Avstriyada yaşayan professor Bəxtiyar Siracova həsr edilmişdi. İlk dəfə olaraq o proqramda Bəxtiyar Siracovun da Nobel mükafatının verilməsini təsdiqləyən diplomunun varlığı önəmli bir fakt kimi qeyd edilmişdi. Həmin diplom bu gün də alimin Avstriyadakı evində-pianinonun üstündədir.Qeyd edək ki, bəzi nominasiyalarda Nobel mükafatı fərdi şəxslərə deyil, bütövlükdə bir komandaya verilir. İqtisadiyyat, fizika və kimya üzrə mükafatlandırma aparılarkən bu hallar müşahidə olunur. Bu zaman Beynəlxalq Nobel Komissiyası həmin komandanın bərabər gördüyü işi qiymətləndirirək, onlara ümumi mükafat təqdim edir. Qazanılmış pul mükafatı da komanda üzvləri arasında bölüşdürülür.2005-ci ildə Nobel sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə Siracovun çalışdığı agentliyə verilir. Mükafatın təqdim olunduğu komandada əsas fiqurlardan biri də Azərbaycan alimi olur. Beləliklə, Bəxtiyar Siracov qrup halında da olsa, bu mükafata layiq görülən ilk və hələlik yeganə azərbaycanlı kimi tarixə düşür. Bu barədə alimin öz fikirləri də maraqlıdır:“Bizim təşkilatın(yəni MAGATE-nin) dünyada sülhün təmin olunmasında əvəzsiz rolu var və bu rol da 2005-ci ildə Nobelin verilməsi ilə nəticələndi. Beynəlxalq Nobel Komissiyası bizim işimizi dəyərləndirib və Nobel Sülh mükafatı ilə təltif edib. O mükafat bizə də şamil edilir. Siyahı uzundur. Çünki hamımız sülh prosesinin qorunmasında çox zəhmət çəkmişik. Mən də fəxr edirəm ki, bir azərbaycanlı kimi adım o siyahıda var. O zaman Azərbaycanın adının çəkilməsi və dünyada sülhə xidmət edən bir təşkilatda onun da nümayəndəsinin olması təbii ki, mənim üçün bir qürurdur”.Həmin proqramda Bəxtiyar Siracov Azərbaycan barəsində müsbət fikirlərlə yadda qalıb. Orta məktəbi və universiteti Bakıda bitirən professor Azərbaycan gənclərinin elmə səsləyib:“17 ildir ki mən burdayam amma hələ də görməmişəm ki, Azərbaycandan ərizə verib burda işləməyə gələnlər olsun. Burda çox böyük imkanlar var. Həmyerlilərimiz də bundan istifadə etsələr, yaxşı olar”.sayt xəbər verir ki, Bəxtiyar Siracov 1957-ci il oktyabrın 21-də Bakıda anadan olub. Atası Tahir Siracov keçmiş Ali Partiya Məktəbinin məzunu olduqdan sonra bir neçə partiya təşkilatlarında işləyib. Anası Mehparə xanım isə Bakı Dövlət Universitetini bitirdikdən sonra orta məktəbdə fizika-riyaziyyat müəllimi kimi çalışıb.Bəxtiyar Siracov 1974-cü ildə Bakının 82 saylı orta məktəbini bitirərək indiki BDU tətbiqi–riyaziyyat fakültəsinə daxil olur və 1979-cu ildə oranı müvəffəqiyyətlə başa vurur. Daha sonra Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna təyinat alır və oradan da Moskvaya göndərilir. SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzinə ezam olunan Siracov 1980-81-ci illərdə təkmilləşdirmə proqramı çərçivəsində tətbiq olunan kompüterləri mənimsəyərək elmi tədqiqat sahəsində fəaliyyətə başlayıb.1982-ci ildə Hesablama Mərkəzinin aspiranturasına daxil olaraq professor Viktor Bryabinin rəhbərliyi altında öz tədqiqat işlərini davam etdirib. 1986-cı ildə Viktor Bryabinin təşəbbüsü ilə “SPEKTR” adlı layihəyə cəlb olunub. Viktor Qryabin Beynəlxalq Atom Agentliyində (MAGATE) çalışırdı. 1990-cı ildə Moskvada namizədlik işini müdafiə edən B.Siracov fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alır.1995-ci ildən İ-NET firmasında işə başlayan azərbaycanlı alim həmin vaxtdan bu günədək Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə çalışır.Bəxtiyar Siracov həm də Avstriyada MAGATE-də çalışan yeganə azərbaycanlıdır. 17 ildir ki, MAGATE-də Azərbaycanı təmsil edir. Alim hazırda agentlikdə kompüter proqramları təminatı şöbəsinin rəhbəridir.2005-ci ildə Nobel sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə Siracovun çalışdığı agentliyə verilir. Mükafatın təqdim olunduğu komandada əsas fiqurlardan biri də Azərbaycan alimi olur. Beləliklə, Bəxtiyar Siracov qrup halında bu mükafata layiq görülən ilk və hələlik yeganə azərbaycanlı kimi tarixə düşür. O zaman Azərbaycanın adının çəkilməsi və dünyada sülhə xidmət edən bir təşkilatda onun da nümayəndəsinin olması təbii ki, bir dövlət üçün qürurvericidir.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler