Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nobel komitesi Bob Dilanla danışa bilmedi

19 Ekim 2016

6:20 am


19/10/2016 [10:19]: xeber –
İsveç akademiyası, bir müddət öncə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən amerikalı şair və musiqiçi Bob Dilan ilə əlaqə qurmaq üçün göstərdiyi cəhdlərə son qoyub. sayt bu barədə BBC-yə istinadən xəbər verir. “Biz indi heç bir şey  etmirik”, – akademiyanın daimi katibi Sara Danius bildirib. “Mən onun nümayəndəsinə zəng etmişəm və elektron məktub yollamışam və məqbul cavablar almışam. Hələlik, bu, yetərlidir”, – o deyib. Dilanın dekabrın 10-na təyin edilmiş mükafatların təqdimetmə mərasiminə gələcəyi məlum deyil.“Gəlmək istəməsə, gəlməyəcək. Amma buna baxmayaraq, onun şərəfinə təntənəli gecə təşkil ediləcək”, – Danius jurnalistlərə deyib.Dilan indiyə qədər oktyabrın 13-də elan edilmiş mükafat barədə şərh verməyib. Bob Dilan mahnı mətnlərinə görə ədəbiyyat üzrə ilk Nobel mükafatı alan laureatdır. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler