Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Nizaminin izi olduğu daş parçası da….” – Şairden universitete ETİRAZ

10 Ağustos 2016

9:20 am


10/08/2016 [13:16]: xeber –
“Universitetin açıqlamasını oxudum, deyirlər ki, klassiklərin şəkillərinin universitet binasının üstündə olmasının heç bir tarixi əsası yoxdur. Görəsən, hansı səbəbdən o divarda tarixi əsas axtarırlar? Nizaminin, Nəsiminin, Axundovun izi olan adi daş parçası da bu millət üçün tarixi əsasdır, zatən bizim bu kişilərdən başqa dünyaya göstəriləsi bir tarixi əsasımız yox”. Bunu sayt saytına açıqlamasında şair Aqşin Yenisey Bakı Slavyan Universitetinin divarlarındankı tarixi mozaikaların sökülməsinə münasibət bildirərkən qeyd edib. Xatırladaq ki, universitetin yeni rektoru Nurlana Əliyeva BSU-nun giriş hissəsinin fasadında olan mozaikanın sökülməsiylə bağlı göstəriş verib ki, bu da tələbələr və vətəndaşlar tərəfindən ciddi etirazla qarşılanıb. Universitetdən verilən açıqlamaya görə isə, 46 illik mozaikalar qopub yerə düşməsi və bununla da insanlar üçün təhlükə yaratması səbəbindən sökülür. Həmçinin universitet rəhbərliyi həmin mozaikaların tarixi əhəmiyyət daşımadığını əsaslandırır. Şair Aqşin Yeniseyin fikrincə, boz divarlardansa, Nizaminin şəklinin olması şəhəri xarici qonaqlara daha yaxşı təqdim edə bilər: “Mən bu universitetdə 150 cildlik Dünya Ədəbiyyatı layihəsində 4 il redaktor işləmişəm, o vaxt universitetə fransız qonaqlar gəlmişdi, o divardakı şəkilləri təsadüfən görüb soruşdular ki, bunlar kimdir? Bir xeyli klassiklərimizdən danışdıq onlara, maraqlandılar, suallar verdilər. Bundan böyük tarixi əsas? İkincisi də, şəhərin görünüşü etibarilə boz divarlardansa, Nizami Gəncəvinin şəkli Bakını daha mədəni, tarixi bir şəhərə çevirməzmi?”  Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler