Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nizaminin abidesini dağıdıb yerinde şadlıq sarayı tikirler – FOTO

23 Haziran 2016

8:16 am


23/06/2016 [12:14]: xeber –
Lənkəran şəhərində Nizami Gəncəvinin heykəli və şairin adını daşıyan dövlət tərəfindən mühafizəyə götürülmüş tarixi memarlıq abidəsi sökülür.sayt-ın ans press-ə istinadən məlumatına görə, bu barədə “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyinin rəhbəri Fəxrəddin Gözəlov məlumat verib.Gözəlovun sözlərinə görə, tarixi memarlıq abidəsi “Neon-111” MMC tərəfindən sökülərək məhv edilib. Nizami adına kinoteatrın binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, 4792 inventar sırası ilə dövlət mühafizəsinə götürülüb.”Bina heç bir hüquq müəyyənedici sənəd olmadan “Neon-111” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən sökülüb, yerində “Neon” şadlıq sarayı tikilir. Kinoteatrın qarşısında olan Nizami Gəncəvinin heykəli də sökülüb”, – deyə birlik rəhbəri açıqlayıb.Təşkilat məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət edib. İcra başçısı Taleh Qaraşov tərəfindən ünvanlanan cavabda bildirilib ki, bina Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılıb və “Neon-111” MMC tərəfindən satın alınıb.”Neon-111” MMC tərəfindən sözügedən tikili sökülüb və yerində qeyri-yaşayış obyekti üçün tikinti işləri aparılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında “Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti”nin Lənkəran şəhər İcra Hakimiyyətinə müraciətindən sonra tikinti işləri dayandırılıb.Amma təşkilat idda edir ki, apardığı monitorinqlər tikinti işlərinin hələ də dayandırılmadığını göstərir.   




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler