Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nizami rayonunda ağac qetliamı sakinlerin etirazına sebeb oldu – FOTO

08 Temmuz 2016

10:52 am


08/07/2016 [14:51]: xeber –
Paytaxtın Nizami rayonunda ağaclar kütləvi formada kəsilir. sayt-a məlumat verən rayon sakinlərinin sözlərinə görə, Naxçıvanski küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində olan ağac zolaqlarının ətrafı hasarlanaraq ağaclar kəsilməkdədir. Qeyd olunan ərazidə ağac zolaqları hissə-hissə kəsilərək yerində ticarət obyektləri tikilir. Sakinlərin iddiasına görə, baş verənlərdən xəbərdar olan Nizami Rayonu İcra Hakimiyyəti ağacların kəsilməsinə maneçilik törətməməklə yanaşı, yolun kənarlarında yeni obyektlərin tikilməsinə də imkan yaradır.Sakinlər məsələnin ictimailəşdirilməsini və ağac qətliamına son qoyulması üçün müvafiq qurumların tədbir görməsini xahiş edirlər. Mövzunu diqqətdə saxlayacağıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler