Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nizami Gencevinin Qaxda doğulduğunu tesdiq eden – FAKTLAR

29 Eylül 2016

11:44 am


29/09/2016 [15:41]: xeber –
 “Onlar Allaha, axirət gününə inanır, insanlara yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər”. Quran, “İmran ailəsi” surəsi, 114-cü ayə.İnsanlara yaxşı işlər görməyi təbliğ edən və pis¬liklərdən çəkindirən saleh şəxslərdən birinin qəbrini ziyarət etmək üçün Qax rayonunun Qum kəndinə yola düşürük. İnsanların sevimli ziyarət yeri olan bu qəbrin sahibi “Axund baba” adı ilə tanınır. XVIII-XIX əsrlərdə yaşayan bu övliya dini təbliğ etməklə və tələbə yetişdirməklə məşğul olduğundan xalq arasında “Axund baba” deyə çağırılıb. Odur ki, əsil adı bilinmir.Övliyanın bizə məlum olan Yusif adlı bir oğlu, həmin oğuldan Mustafa, İsgəndər, Hacı Məhəmməd, Hacı adlı dörd nəvəsi olub.“Axund baba”nın törəmələrindən bəziləri zaman-zaman (hər biri öz dövründə) övliyanın yolunu davam etdirərək dini təbliğ etmiş və övliyalıq məqamına yetişərək, kəramət göstərmişlər. Məsələn, onun nəticəsi Yusif Bağdadda İlahiyyat məktəbini bitirərək dövrünün alimi kimi tanınmışdır. O, 1938-ci ildə Finlandiya müharibəsinə getmiş, geri qayıtmamışdır.  “Axund baba”nın qəbri Qum kəndində yaşadığı evin hə¬yə¬tindədir. Hər gün Qumdan və ətraf kəndlərdən, rayon¬lardan neçə-neçə ziyarətçi müxtəlif niyyətlər üçün gəlib bu ocaqda Allaha dua edirlər.  Onlardan bəziləri ilə  tanış olub söhbət etdim. Bu  söhbətlərin bəzi məqamlarını moderator.az-ın oxucularına təqdim edirəm.Dualarım burada qəbul edildiMustafayeva Çiçək Həzrət qızı- Qax rayonu, Qum kənd sakini:-Böyük qızım Ülkər Moskvada yaşayırdı, 14 il idi ailə qurmuşdu, övladı olmurdu. Bir gün getdim Axund babanın ziyarətinə, dua etdim ki, Allah qızıma bir övlad versin. Övliyanın xatirinə duam qəbul olundu. Ziyarətdə olarkən, mücövürcü Abduləziz qardaş dedi ki, sənin duanı Allah qəbul etdi. Dedim hardan bilirsən? Dedi: “Sən dua edəndə, məni soyuq tər basdı, qəribə hal keçirdim, hiss etdim ki, duan qəbul edildi”. Doğurdan da çox keçmədi ki, qızım zəng edib hamilə olduğunu bildirdi.İndi onun qızı Lalənin 5 yaşı var.Pirin tütyəsini sürtdük, anamın gözü açıldı.Məmmədova Nəzmiyyat  Həzrət qızı- Qax rayonu Qum kəndinin 79 yaşlı sakini:-12-13 yaşım olardı, bir gün qəflətən anamın gözü tutuldu, heç nəyi görmədi. Bir neçə gün anam gəzə bilmədi. O vaxtlar həkim yox idi. Bir gün anam mənə qəpik verib “Axund baba” ziyarətgahına göndərdi. Dedi bunəziri ziyarətgaha qoy, mücövürçü Xanpəri arvada de ki, anam deyir mənə tütyə versin, gözlərimə çəkim. Gəldim nəziri qoydum,  Xanpəri xalaya vəziyyəti danışdım. Arvad qəbrin üstündəki bardaqdan boş stəkana su tökdü, qəbrin üstündəki xırda daşı da suya salıb çıxartdı. Həmin suyu mənə verdi, tapşırdı ki, bu su ilə gözlərini yusun, amma altına təmiz ləyən tutsun ki, su yerə tökülməsin. Həmin suyu da axırda elə yerə tökün ki, ora insan ayağı dəyməsin, təmiz yer olsun. Həmin tütyəni gətirdim evə, anam onunla gözlərini, üzünü yudu. Ləyənə tökülən suyu da qalxdım evin damına tökdüm ki, ora heç vaxt insan ayağı dəyməyəcək. Gecə yatdıq, səhər duranda gördük ki, anamın gözləri açılıb.Qum kəndi həm də Nizami Gəncəvinin vətənidir Məlumdur ki, İran alimləri Nizami Gəncəvinin:“Mən mirvari kimi Gəncə dənizində qərq olsam da, dağda yerləşən Qum şəhərindənəm” yazmasını əsas gətirib onun İranın Qum şəhərindən olmasını iddia edirlər. Amma, əslində bu belə deyildir. Çünkü, İranın Qum şəhəri dağlar qoynunda yerləşmir və relyefi düzənlikdir. Həmçinin, İranın Qum şəhəri orta əsrlərdə – Nizami dövründə şəhər yox, kənd idi (sonradan inkşaf edərək şəhərə çevrildi). Tədqiqatlar göstərir ki, dahi şair: “Mən dağda yerləşən Qum şəhərindənəm” deyərkən məhz Qax rayonunun  Qum kəndini nəzərdə tutmuşdur. Çünkü, bu kənd həqiqətən də dağlar qoynunda yerləşir.   Həmçinin, Qum kəndində bugünədək mövcud olan tarixi min illərlə ölçülən  Qala divarlarının, şəhərə aid müxtəlif tikililərin qalıqlarından, eləcə də kənd ərazisində aşkar olunmuş digər maddi mədəniyyət nümunələrindən aydın olur ki, burada orta əsrlərdə  şəhər möv¬cud olmuşdur. Tarixin müxtəlif mərhələlərində bu şəhər tənəzzülə uğrayaraq  kənd səviyyəsinə enmişdir.  Görkəmli alim mərhum Ziya Bünyadovun yazdıqları da fikrimizi təsdiq edir. Belə ki, “Azərbaycanın Atabəylər dövləti” adlı əsərində Z. Bünyadov  tarixi və coğrafi faktlara söykənərək yazır: “Nizami Gəncəvi (1141-1209) Qum şəhərində doğulmuşdur. “Mən mirvari kimi Gəncə dənizində qərq olsam da, dağda yerləşən Qum şəhərindənəm” yazması ilə şair özü bunu təsdiq etmişdir.  Qum kəndi hazırda Azərbaycan respublikasının Qax rayonunda yerləşir.  Nizaminin İran Qumundan olduğu fikrini bir kənara atmaq lazımdır. Eyni zamanda məlumdur ki, Nizami heç bir vaxt öz vətənini tərk etməmişdir. (Nizami yalnız bir dəfə-1185-ci, ya da 1187-ci ildə, o da iradəsindən asılı olmayaraq, Gəncədən kənara çıxıb.) Elmin müxtəlif sahələrində dərin biliyinə əsasən demək olar ki, Nizami hərtərəfli təhsil görmüşdür. Bu isə, varlı ailələrin nümayəndələrinə nəsib ola bilərdi. Nizaminin yüksək təhsilə malik olması təsvir etdiyimiz dövrdə Gəncənin çiçəkləndiyinə bir sübutdur.Nizaminin “Məxzənül-əsrar” poemasını yaradana qədər necə həyat tərzi keçirdiyi barəsində əlimizdə heç bir məlumat yoxdur. Sonralar həyatının sonuna qədər o, abidliyə üstünlük vermiş, təam məhdudluğuna diqqət yetir¬miş və həyat nemətlərindən özünü məhrum etmişdir. Lakin onun şerlərindən məlum olur ki, zahidlik vəziyyətinə, arpa çörəyi ilə dolandığına baxmayaraq o, saray qulluğunu da yerinə yetirmişdir. Belə ki, “Xosrov və Şirin” poemasında Qızıl Arslanı tərifləyərkən Nizami deyir: “Mən bir müddət qulluqdan kənar qalsam da, hökmdara xidmət göstərməkdən tamam azad deyildim”.Həm Ziya Bünya¬dovun tədqiqatlarına, həm də bu gün Qax ra¬yonunun Qum kəndində  mövcud olan və buranın tarixi bir şəhər olmasını sübutedən Qala divarlarına, şəhərə aid müxtəlif tikililərin qalıqlarına əsasən təsdiq olunur ki, Nizami Gəncəvi “Mən dağda yerləşən Qum şəhərindənəm” deyərkən məhz buranı nəzərdə tutmuşdur. Deməli, Qum kəndi  tək kəramətli övliyaların deyil, həm də həm də dahi Şeyx Nizaminin vətənidir. Odur ki, bir yazar olaraq Qum kəndindən xoş təəssüratla ayrılırıq.Paşa Yaqub – tədqiqatçı-yazıçıQax – Bakı Müəllifin arxivi: //www.moderator.az/search?q=pa%C5%9Fa%20yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler