Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nizameddin Quliyev yene danlandı -“Yerinde deyilsen”

11 Temmuz 2016

7:28 pm


11/07/2016 [23:26]: xeber –
Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev yenə Prezident Administrasiyasının müvafiq  strukturunun rəhbərliyi tərəfindən danlanıb. Bu barədə  Goranboy Rayon icra Hakimiyyətinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib. Bir neçə gün öncə töhmət alan icra başçısının bu dəfə danlanmasına səbəb isə ona daxil olmuş rəsmi məktubun surətinin gununsesi.info-da yayılmasıdır. PA rəhbərliyinin qəzəbinə tuş gələn Nizaməddin Quliyevə “Sən yerində deyilsən, yerində olsan sənə gələn rəsmi məktub mətbuata çıxmazdı” deyə ciddi irad bildirilib.Xatırladaq ki, saytımız Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Goranboy rayonunda qanunsuz qızıl çıxarılmasının qarşısının alınması məqsədi ilə keçirdiyi əməliyyatın təfərrüatlarını açıqlayıb.Nizaməddin Quliyevin qazıntı apartdırdığı ərazi Mədəniyyət və Turizm Nazirliyinin Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin qeydiyyatında olan “Osmantəpə kurqanı” adlanır. Son aprel döyüşlərindən sonra neytral zonada qalan bu ərazi Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçib. DTX-nin əməliyyatından təxminən 1 ay əvvəl Nizaməddin Quliyev həmin ərazidə qızıl axtarışına çıxıb. Əraziyə texnikanın cəlb olunmasından xəbər tutan Mədəniyyət və Turizm Nazirliyinin Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Nizaməddin Quliyevə rəsmi məktub yazaraq, qazıntının dayandıralmasını tələb edib.  (Həmin məktubun surətini təqdim edirik-red.) Zakir Həsənov öz məktubunda “Osmantəpə kurqanı”na Nazirlər Kabinetinin arxieoloji abidə statusu verildiyi və oradakı qazıntının dərhal dayandırılmasını tələb edib. Amma Nizaməddin Quliyev bu tələbi qulaqardına vurub.(Gununsesi.info)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler