Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Niye teessüflenirsiniz? -Gedib Ermenistanı temsil etmeyib ki…”

11 Ağustos 2016

10:16 pm


12/08/2016 [02:15]: xeber –
“Qürur duyduğumuz 23 yaşlı ağırlıq qaldıran həmyerlimiz Olimpiya çempionu Nicat Rəhimov Qazaxıstanı təmsil edib, daha niyə təəssüflənirsiniz. Gedib Ermənistanı təmsil etməyib ki… Qazaxıstan da bizimdir, necə deyərlər, öz Türkümüzdür! Qaldı ki, adamın dəyərinin bilinməməsinə, bu artıq Azərbaycanda illərdir idman aləmində yer alan anormallıqdır, yanlış strategiyadır və bəlkə də axmaqlıqdır. Mövqeyim belədir: bütün idman növlərində legioner zərurəti yalnız milli idmançımıza təcrübə qazandırmaq üçün olmalıdır. Bütün hallarda beynəlxalq yarışlarda hətta uğursuzluq ehtimalı böyük olsa belə üstünlük öz idmançımıza verilməlidir. Futbol, voleybol, həndbol, su polosu, ot üstündə xokkey, basketbol kimi idman növlərində məhz təcrübəsindən yararlanmaq məqsədi ilə bir-iki keyfiyyətli legionerin milliləşdirilməsini anlamaq olar, ancaq fərdi idman növlərində kimisə Dağıstandan, Kubadan, Qvineya-Bisaudan gətirib Azərbaycan adından yarışa çıxarmaq mütləq hansısa perspektivi olan milli idmançının sıradan çıxarılmasına səbəb olur. Əskinə bu milli idmançıları mötəbər yarışlara tez-tez buraxmaq lazımdır ki, həm özlərində inam və məsuliyyət yaransın, həm də təcrübə qazana bilsinlər. Hər halda Nicat Rəhimov hadisəsi bu mövzuda düşünmək üçün əsas vermiş oldu, hazırda bir şeylərin doğru istiqamətdə dəyişəcəyinə inanmasam da, itirdiyimiz insan kapitalı barədə mütləq düşünməliyik. Həm də yalnız idmançılar barədə deyil, dünyanın bir çox yerlərində küskün durumda yaşayan və özünü təsdiq edən bilgili, ərdəmli, peşəkar mütəxəssislərimiz barədə də düşünməliyik. Bir də idmanımızdakı sahə rəhbərlərindən illah da legioner sevgisi ilə kimsə alışıb-yanırsa, heç olmazsa üz tutsunlar İrana, oradan özbəöz Azərbaycan türkü olan istedadlı gəncləri tapıb əlverişli şərtlərlə ölkəmizə qazandırsınlar. Necə deyərlər, canı-canımızdan, qanı qanımızdan. Təcrübədə bir neçə nümunə də olmalıdır məncə. Nicat Rəhimov öz üzərinə düşən ağırlığı Qazaxıstan bayrağının sevgisi ilə qaldıra bildi. Görən bizlər də dəyər vermədiyimiz dəyərlərimizin itkisinin ağırlığını qaldırmağa hazırlaşırıqmı? Hələ ki, tərpəniş hiss olunmur.Fazil Mustafa, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler