Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Niye başımızı tikilen torbadan çıxara bilmirik?” – ETİRAZ

15 Ağustos 2016

8:04 am


15/08/2016 [12:01]: xeber –
Nə qədər acınacaqlı durumdayıq, dünyanın hər yerində bütün müsəlman məhkəmələri Türkiyədə olduğu kimidir. Türkiyə məhkəmələri də bunların içərisində ən dəhşətlisi, ən əzazilidi. Mən bu qardaş ölkədə yaşamışam, görmüşəm. Türkiyə məhkəmələrinə qətiyyən inanmıram və heç kəsə inanmağı məsləhət görmürəm. Azərbaycan məhkəmələrinin nə qədər düşük durumda olduğunu bilirsiniz, təsəvvür edin, bu qardaş ölkədə məhkəmələrin vəziyyəti daha bərbaddı. Azərbaycanda heç yoxsa ya cibinə nəşə atmaqla, ya silah qoymaqla, ya bir iqtisadi cinayət boynuna qoymaqla tərkibi əsaslandırırlar, amma qardaş ölkədə bunu da etmirlər, özlərini heç əziyyətə də salmırlar. Məndərəs kimi dahini bir anda güllənin qabağına verən, Ərdoğan kimi şəxsiyyəti türk əlifba kitablarında dərc olunan dillər əzbəri iki kuplet şeri deməyin üstündə həbsə atan, Ergenekonçular, Balyozçular, nə bilim kimlər- kimlər kimi ölkənin ən üst düzeyində olan generalları, görkəmli vətən sevər insanları həbsə atıb (15-20 il) sonradan siyasilərin bir sözü ilə səhv olub deyərək azad edən məhkəmələrdən nə gözləmək olar? 30-40 ildir ki, bu ölkənin məhkəmə və prokurorluq orqanları bir gün belə olsa Fətullah Güləni “qondarma cinayət işsiz” qoymamışlar, hanı bu çox sayda açılan cinayət işlərinin hansı isbat olunmuşdu? Təbii ki, heç biri, olması da mümkün deyil. Bir qarışqanı belə öldürməyə qadir olmayan bir insan necə yüzlərlə insanın qanına susaya bilər? Amma bu əsassız suçlamalardan bu xalq böyük zərər görür, cahillik içində boğulan müsəlmanlar əziyyət  görür. Bu gün müsəlmanın ən böyük problemi olan cahilliyin, savadsızlığın aradan qaldırılmasına yönəldilən hər hansı tədbirin qarşısını kəsməkdən böyük müsəlmana qarşı pislik ola bilməz. Bu gün müsəlmanın məktəbini, universitetini bağlatdıranlar 19-20 – ci əsrlərdə əli yabalı “oxutmuram əl çəkin” şüarı ilə məktəblərə hücum çəkən nadan, əmmamalı mollalardan heç nə ilə fərqlənmir.Müsəlmanın həyatına zəhər qatanlar elmi, təhsili dünyaya yayan, insanları cihaddan, canlı bombalardan elmə, texnikaya, ağıla, dərrakəyə yönəldən gənc türk fədakarları ola bilməz, onlar bizi işıqlı gələcəyə götürənlərdi. İllah da həm ölkələrimizn içində, həm dünyada ən məşhur, irəlidə gedən, dünya birinciliyi uğrunda mübarizə aparan məktəblər – universitetlər…. təəssüflər olsun.. Hanı dünyanın türk müsəlman ziyalıları, niyə başımızı tikilən torbadan çıxara bilmirik? İŞID, Taliban, PKK daha kimlər…onlardan, bu cahil, nadan insanlardan qorxun, onlardan qorunun – yeganə vasitə isə məktəblərin, universitetlərin bağlanmamasıdı, tam əksinə, genişləndirilməsi, açılmasıdı. Harada eşitmisiniz və ya görmüsünüz ki, məktəbdən, universitetdən terrorist çıxsın: belə bir nadir hal görmüsünüz ki, biz də bilək.Saleh Məmmədov, keçmiş maliyyə naziri, tanınmış iqtisadçı alim, professor


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler