Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nişanlısı qaçan beyin atası: “Borc içinde ölürem”

23 Eylül 2016

12:00 pm


23/09/2016 [16:00]: xeber –
“Qız evinə xəbər göndərmişəm ki, toya çəkdiyim xərci geri qaytarsın. Bu, mənim tələbimdir”. Bunu toya bir gün qalmış nişanlısı qoşulub qaçan oğlanın atası, İsmayıllı rayon Topçu kənd sakini C.M. bildirib. O, hüquq-mühafizə orqanlarına şikayət etmək fikrində olmadığını deyib: “Artıq mənə və oğluma olan olub. Çox pis vəziyyətdəyəm. Toya xərc çəkmişəm. Bununla bağlı qız evinə xəbər göndərmişəm ki, çəkilən xərci geri qaytarsın. Amma hələ gəlib çıxmayıblar. Düzü çox imkansız ailədir, kasıb adamlardır, bilmirəm pulu verə biləcəklər ya yox. Amma demişəm ki, çəkdiyim xərcin yarısını versinlər ki, borcumun yarısını azalda bilim. Borcun içində ölürəm. Həm də xəbər göndərmişəm ki, nəyiniz varsa, gəlin aparın. Qaytardığımız ancaq gəlinə apardığımız qızıllardır, vəssalam”. C.M. qeyd edib ki, oğlu nişanlı olduğu müddətdə qızın başqasını sevdiyindən xəbəri olmayıb: “Biz onlarla qohumuq. Oğlan da tez-tez gedib gəlib, telefonla danışıb. Toya bir gün qalmış qız qaçıb”. Qeyd edək ki, Ağsu rayonunda qız toyuna bir gün qalmış başqası ilə qaçıb. Qızın qaçma səbəbi ailəsinin onu sevmədiyi oğlanla evliliyə məcbur etməsi olub. (aznews.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler