Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Nişanlım evvel bakireliyimi pozdu, sonra dedi ki, seni almayacağam”

05 Temmuz 2016

7:08 pm


05/07/2016 [23:07]: xeber –
Şahanənin (ad şərtidir-red.) 19 yaşı var. Dediyinə görə, bölgələrdən birindən Bakıya oxumağa gəlib. Ancaq tələbə adını qazanmamışdan əvvəl ailəsinin razılığı ilə özündən 14 yaş böyük uzaq qohumuyla nişanlanıb:”Nişanlananda 17 yaşım vardı. Oğlan isə 31 yaşındaydı. Üzünü 2-3 dəfə toyda, məclisdə görmüşdüm, başqa heç bir tanışlığımız yox idi. Günlərin birində məlum oldu ki, ailəsi bizə elçi gəlmək istəyir. Gəldilər, ailələr danışdı və mənim razılığım olmadan “hə” cavabı verildi. Sonradan anama dedim ki, mən onu sevmirəm, tanımıram. Həm də oxumaq istəyirəm. Mənə dedi ki, əgər atan belə danışdığını bilsə, səni öldürər”.Şahanə deyir ki, ilk aylar nişanlısı ilə həftədə 1-2 dəfə telefonla danışırmış. Ancaq sonradan oğlan və ailəsi Şəhanənin ailəsindən xahiş edib ki, onların bir yerdə harasa getmələrinə icazə versinlər:”Əvvəlcə razılıq olmadı, sonra nişanlımım bacısının iştirakıyla bir-iki dəfə çıxıb rayon mərkəzini gəzdik. Bir müddət sonra bu qadağa tamamilə aradan götürüldü. Nişanlım gəlib məni maşınıyla götürürdü, gedib gəzirdik. Günlərin birində gəzməkdən qayıdanda məni evlərinə aparmaq istədiyini dedi. Etiraz elədim, amma xeyri olmadı. Dedi ki, narahat olma, hamı evdədir, əvvəlcədən xəbər vermişəm. Rayon yerində belə adət yoxdur axı. Ona görə bir az utanırdım”.Qəhrəmanım deyir ki, nişanlısının evinə gələndə nəyin baş verə biləcəyini təxmin etdiyindən qaçmaq istəyib. Amma mümkün olmayıb:”Biz həyətə girəndə gördüm ki, evdə heç kim yoxdur. Geri qayıtmaq istəyəndə gülümsədi və qolumdan tutub içəri gətirdi. Qışqırıb özümü biabır eləmək istəmirdim. Ancaq gərək qışqıraydım. Bəlkə də kimsə səsimi eşidib gələrdi”.Şahanə deyir ki, nişanlısından aralarında heç nəyin olmamasını xahiş edib və o da razılaşıb:”Əvvəlcə razılaşmışdı. Amma sonra qəfil məni qucağına alıb yataq otağına apardı. Sonra nə baş verdiyini dəqiq xatırlamıram. Bircə o yadımdadır ki, öpüşmək istəyəndə üzümü gizlətdiyim üçün bir sillə vurdu. Sonra isə hər şey gec idi…”.Şahanə deyir ki, hadisədən bir neçə gün sonra oğlan ona zəng vuraraq nişanı qaytaracağını deyib:”Mənə dedi ki, səninlə ailə qurmaq fikrim yoxdur. Deyə bilmədiyim qeyri-etik sözlər deyirdi. Aramızda baş verənləri əxlaqsızlıq kimi qələmə verirdi. Deyirdi ki, ailənə de xasiyyətlərimiz uyğun gəlmir, yoxsa səni biabır edəcəyəm. Mənim də deyəcək sözüm yox idi və beləcə uzun söz-söhbətlərdən sonra biz ayrıldıq. Hazırda Bakıda tələbəyəm. Ailə qurmaq fikrim yoxdur. Kimsə məni bu cür qəbul etsə, bəlkə ailə quraram. Amma hansısa formada kimisə aldadıb ərə getmək istəmirəm”./mir.az/




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler