Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Netanyahunun Bakı seferi İranı qıcıqlandıra bilermi?

31 Ekim 2016

12:08 pm


31/10/2016 [16:04]: xeber –
Xəbər verildiyi kimi, İsrailin
baş naziri Benyamin Netanyahu qarşıdakı 3 ay ərzində Azərbaycana səfər edəcək. Maraqlıdr,
Netanyahunun Bakı səfəri İsrail məsələsində hər zaman böyük həssaslıq göstərən
İranı qıcıqlandıra, İran-Azərbaycan münasibətlərini gərginləşdirə bilərmi?

Məsələ ilə bağlı
sayt-a açıqlama verən politoloq Qabil Hüseynli İranın
qıcıqlanıb-qıcıqlanmadığının Azərbaycan üçün heç bir əhəmiyyət daşımadığını
vurğuladı:

“Iran Ermənistanla hər
cür əlaqə yaradıb. Bu yaxınlarda Həsən Ruhani Ermənistana səfər etdi. Bunlar bizi
qıcıqlandırmadı. Biz suveren dövlətik və suveren siyasət yürüdürük. Biz istədiyimiz
dövlətlə münasibət qururuq.

Bu vaxta qədər İsraillə
diplomatik münasibətlər yaratmamışıq. İrana görə bunu etməmişik. Lakin İran
İsrailin bizə verə biləcəyi və ya edə biləcəklərinin heç mində birini də edə
bilməz və etməz. Bu baxımdan Netanyahunun səfəri İranı qıcıqlandırsa da,
qıcıqlandırmasa da, İsraillə münasibətlər önəmlidir. İsrail bizim üçün strateji
bir dövlətdir. Onunla ticarət və diplomatik əlaqələr yaratmağa böyük ehtiyac
var. Israil lobbisi ilə əməkdaşlıq, İsraillə birgə silah istehsalı və s. kimi məsələlər
var ki, bunların hamısı ölkəmiz üçün önəmlidir. Biz bunları yalnız İsraillə görə
bilərik. Biz texnoloji baxımdan inkişaf etmiş digər bir dövlətlə bunu görə bilmərik”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler