Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Neşriyyat oxuculara müraciete etdi – Piratlara göre

14 Eylül 2016

1:16 pm


14/09/2016 [17:14]: xeber –
 Son zamanların ən məhsuldar nəşriyyatlarından olan “Qədim qala” piratlarla bağlı oxuculara müraciət ünvanlayıb. sayt xəbər verir ki, nəşriyyatın məhsulu olan son aylar ölkədə bestsellərə çevrilən “bu şəhərdə kimsə yoxdur” romanı bəzi işbazlar tərəfindən qanunsuz çap olunub:  “Əziz oxucular sizi kitab piratçılığı ilə mübarizədə bizlərə dəstək olmağa çağırırıq. Bu günlərdə bəzi işbazlar Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” romanını qanunsuz çap ediblər. Bu hadisəyə hələlik şəhərimizin yalnız bir kitab evində rast gəlinib. Əməkdaşlarımız həmin dükana baxış keçirib və əldə olan digər nüsxələri müsadirə ediblər. Lakin mümkündür ki, digər kitab evlərində hələ də həmin kitablar qalsın. Piratçılıqla mübarizə hər bir vicdanlı insanın vəzifəsidir. Xahiş edirik, bu hadisəyə sadəcə müşahidəçi qalmayasınız və çəkilən zəhmətə dəyər verəsiniz. Pirat kitab orijinal kitabdan çap keyfiyyətinin çox aşağı olması, vərəqlərinin qopması, kitabın üz və arxa qapaq şəkilinin daha solğun,ketfiyyətsiz olması ilə fərqlənir. Sizdən xahişimiz bu işdə bizlərə köməklik etməyiniz və bənzəri hallarda bizləri xəbərdar etməyinizdir».Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler