Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nermin üçün dualarınızı eskik etmeyin!

27 Ağustos 2016

8:40 pm


28/08/2016 [00:36]: xeber –
Nərmin 6 yaşında Novruz bayramında tonqala düşüb yanıb. Barmaqları, eli, üzü, ayaqları tamamilə yanıb və 1-ci qrup əlilə çevrilib. Belə vəziyyətə düşdüyü üçün utanıb insanlardan qaçarmış. Kasıb ailənin, xadimə işləyən ananın isə övladına hətta bir əməliyyat üçün belə dəstək göstərmək imkanı yox imiş. Sağlamlığındakı vəziyyət Nərmini təhsil almaqdan da uzaqlaşdırmağa başlayır. Amma Yaradan onu tək qoymur və yaxşı insanlar köməyinə çatır. Nərmin 7 dəfə əməliyyat olunur. Bu əməliyyatlar onun xarici görünüşünü yaxşılaşdırmaqla bərabər özünə inam hissini də gücləndirir. Təhsilinə 85 nömrəli dəstək olur. Nərmin Universitetə hazırlaşır və özünün böyük səyləri və müəllimlərinin dəstəyi ilə Memarlıq ve İnşaat Universitetinin Proseslərin avtomatlasdırılması fakültəsinə daxil olur. Amma ödəniş üçün 1800 manat problem ilə üzləşir. Çox şükr yaxşı insanların dəstəyi ilə bu il üçün ödəniş məsələsi də həll olundu. İnanırıq ki, inşallah gələn il də ona dəstək olacaq xeyrxah insanlar tapılacaq. Nərmin isə yaxın günlərdə yenidən əməliyyata girəcək və inanırıq ki bu əməliyyat da uğurlu olacaq. Dualarınızı əskik etməyin! Bu hekayəni yazmaqda məqsədim odur ki, bəzən ətrafımızda gördüyümüz bu cür insanlara qarşı bəlkə elə ilk olaraq mən kömək edə bilərəm deyib yardıma tələssək nə qədər Nərminlərin həyatını dəyişə bilərik. Mən Nərmini MİRAS Mədəni İrsin öyrənilməsinə kömək İB-nin rəhbəri Fariz Xəlil bəyin çağırışı əsasında tanıdım. Nərminə yardım üçün üçün çağırış etmişdi. Zəng etdim, sonar Nərmin ilə görüşdük, problemlərindən danışdıq və bu gözəl balamızı yaxından tanımaqdan çox şad oldum. Övladı çətin vəziyyətdə qalan kasıb bir xadimə bacımıza köməyə tələsən Fariz Xəlilin də böyük imkanları yox idi. Amma bəlkə özü üçün etməyə utansa da onun üçün bir çoxlarına müraciət etdi. Sonra Hacı Nuran, sonra Nərminənin təhsilinə dəstək olan 85 nömrəli məktəb, Maqsud müəllim, Nərmini qazanc əldə etmədən əməliyyat etməyi öz üzərinə götürən həkim, ödənişli təhsil haqqına yardım edən insanlar, Mehmet bəy və hər zaman Nərminin yanıda olan fotodakı gözəl müəlliməmiz kimi xeyrxah insanlar hər kəs gücü çatdığı dəstəyi etdi və bir neçə il əvvəl tamamilə yandığı üçün hər kəsdən qaçan balaca Nərmin bu gün tələbədir. Həm də artıq özünə inamlı, həyatla mübarizə aparacaq gücə malik güclü bir qız. Çünki o Allahın ona hər zaman yardım edəcəyinə və cəmiyyətdə onu əhatə edəcək yaxşı insanların varlığına inanır və gələcəkdə özü də məhz belə insanlardan olacaq. O, bu arzu ilə yaşayır. Nərmin həyatın bütün ağrılarına rəğmən həyata sarılan və xoşbəxt olmaq, uğurlar qazanmaq üçün daim mübarizə aparan güclü bir balamız kimi yüzlərlə sağlamlıq imkanları məhdud balalarımız üçün də gözəl örnəkdir. Nərminin həyatında böyük və ya kiçik olmasından asılı olmayaraq rol oynayan hər kəsə təşəkkür edirəm. Dünən onun gözlərində gördüyüm yaşamaq, xoşbəxt olmaq əzmi, hər şeyin daha yaxşı olacağına, gələcəyə inamı hissinin qarşısında maddi şeylər çox dəyərsiz idi. O gözlərin insana verdiyi huzuru onminlərlə deyil, yüzminlərlə manat belə verə bilməz. Çünki bir insan xilas olmuşdu və onu xilas edən Yaradan sevgisi və insan xeyirxahlığı idi. Cəmiyyətdə pisliyə deyil, kiçik də olsa xeyirxahlığa tələsməlidir hər kəs. Çünki bəzən kiməsə kiçik görünən bir addım əslində bir insanın xilasına səbəb ola bilər. Əzizim Nərmin, sənə uğurlar diləyirəm! Səni çox sevirik, sən xoşbəxt olmağa çox layiqsən və inanırıq ki, sən hər zaman böyük uğurlar qazanacaqsan! Tələbə adı qazanman münasibəti ilə səni bir daha təbrik edirik. Hər zaman dualarımızdasan.Qənirə Paşayeva, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler