Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nerimanovda referendum normal şeraitde yekunlaşıb

26 Eylül 2016

7:36 pm


26/09/2016 [23:35]: xeber –
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum Nərimanov rayonundakı seçki məntəqələri üzrə sakit şəraitdə yekunlaşıb. Vətəndaşlar gün ərzində bütün məntəqələrdə sərbəst şəkildə səsvermə hüququndan istifadə etmişlər. 18 saylı Nərimanov-Nizami, 19 saylı Nərimanov 1-ci və 20 saylı Nərimanov 2-ci seçki dairələri üzrə seçilər fəal şəkildə seçki prosesində iştirak edərək namizədlərə səs vermişlər. Rayon ərazisindəki məntəqələrdə hər hansı ciddi qayda pozuntusu müşahidə olunmayıb.Beynəlxalq və yerli müşahidəçilər məntəqə seçki komissiyalarında seçki prosesinin gedişini izləyir, eyni zamanda, çoxsaylı xarici və yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri seçkilərin işıqlandırılmasında fəal iştirak ediblər.Rayonda dairə seçki komissiyalarının tərkibində olan seçki məntəqələri bütün zəruri texniki avadanlıqla təmin edilmişdir. Məntəqələrdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Şəffaflığın təmin edilməsi məqsədilə ümumilikdə 25 məntəqədə veb-kameralar quraşdırılmışdır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler