Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nerimanovda Polis Günü qeyd edilib – Fotolar

02 Temmuz 2016

9:32 am


02/07/2016 [13:31]: xeber –
Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycan polisinin yaranmasının 98-cı ildönümü və Azərbaycan Polisi Günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Rayon Polis İdarəsinin rəhbərlik və əməkdaşlarının iştirakı ilə tədbir keçirilmişdir.Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev idarənin bütün əməkdaşlarını Azərbaycan Polisi Günü münasibətilə səmimi qəlbdən təbrik edərək onlara bu çətin, lakin şərəfli peşələrində uğurlar arzulamışdır. A.Fərzəliyev polis orqanlarının yaradılmasının şanlı tarixindən və onun formalaşaq təkmilləşdirilməsində xalqımızın Ümummilli lideri Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışaraq bildirmişdir ki, daxili işlər orqanlarının inkişafı daim dahi rəhbərin diqqət mərkəzində olmuşdur. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin peşəkarlığının artırılmasına öz dəyərli töhfəsini vermişdir. Ümummilli liderin bu istiqamətdəki əvəzsiz xidmətlərini daxili işlər orqanlarının əməkdaşları daim ehtiramla yad edirlər.Qeyd edilmişdir ki, Ümummilli lider 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-ni “Azərbaycan Polisi Günü” elan etmişdir.Natiq eyni zamanda diqqətə çatdırmışdır ki, ictimai asayişin etibarlı qorunmasının məntiqi nəticəsi olaraq, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız və dövlətimiz üçün taleyüklü sayılan mühüm layihələr reallaşdırılmış, dövlət başçısı tərəfindən daxili işlər orqanlarının inkişafı və onun müasir standartlara cavab verən ali səviyyəyə çatdırılması, vətəndaşlara xidmət və asayişin təminatının mütərəqqi formalarının tətbiq edilməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir.Bu gün hüquq-mühafizə orqanlarının fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurması, peşəkarlıq səviyyəsinin artırılması, ixtisaslı və geniş dünyagörüşlü gənc kadrların hazırlanması kimi üzərlərinə düşən əsas vəzifələri layiqincə yerinə yetirməsi nəticəsində Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir.Bildirilmişdir ki, Azərbaycanın dünyada etiraf edilən sabit ölkə imici onu həm də beynəlxalq forum və sammitlərin davamlı surətdə keçirildiyi bir məkana çevirmişdir. Ölkəmizdə hökm sürən sabitlik və ictimai-siyasi asayiş dövlətçiliyimizi və müstəqilliyimizi daha da gücləndirir, sosial-iqtisadi inkişafın bütün sahələrdə dinamik şəkildə sürətləndirilməsi istiqamətində möhkəm zəmin yaradır, regionda və beynəlxalq müstəvidə gücümüzü daha da artırır.Sonda xidmətdə fəqlənən hüquq-mühafizə orqanlarının əməkdaşlarına Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunmuşdur.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler