Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nerimanov rayonundakı menteqelerde sesverme nece gedir? – Fotolar

26 Eylül 2016

7:36 am


26/09/2016 [11:32]: xeber –
Bu gün Azərbaycan Respublikasının Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi – referendum keçirilir. Referendumun gedişatını müşahidə etmək üçün musavat.com-un əməkdaşı paytaxtdakı seçki məntəqələrinə baş çəkib. Nərimanov rayonu ərazisində yerləşən 19 saylı seçki dairəsinin 26 saylı seçki məntəqəsində seçici aktivliyi müşahidə olunur. Saat 8:00-da müşahidəçilərin iştirakı ilə açılan məntəqədə 1305 nəfər seçici qeydiyyatdadır.19 saylı Nərimanov birinci Dairə Seçki Komissiyasının sədri Etibar Abdullayev bildirib ki, bu dairənin dislokasiyasında 35 məntəqə seçki komissiyası fəaliyyət göstərir: “Bu məntəqə seçki komissiyalarında 45690 nəfər seçici qeydiyyatdadır. Dairədə 290 nəfər müşahidəçi qeydə alınıb ki, bunlar da hazırda referendumun gedişini müşahidə edirlər. 10 məntəqə seçki komissiyasında vebkameralar quraşdırılıb və gün ərzində canlı rejimdə seçkini müşahidə etmək imkanı verir. Bu vaxta qədər DSK-ya hər hansı yazılı və ya şifahi məlumat daxil olmayıb”.19 saylı dairənin 26 saylı məntəqə seçki komissiyasının sədri Səmayə Eynullayeva isə bildirib ki, məntəqədə seçici siyahısı üzrə 1306 seçici var və artıq onlardan bir qismi səs verib: “Dairə Seçki Komissiyasından bizə 1306 ədəd seçki bülleten verilib. Səhər saat 8:00 da məntəqə seçicilər üçün açıq elan olunub. Aktivlik normaldır”. Seçkini izləyən könüllü müşahidəçilər də hələ ki, qanun pozuntusu müşahidə etmədiklərini bildirdilər. Daha sonra Nərimanov rayonunda yerləşən 20 saylı ikinci seçki dairəsinin 7 saylı məntəqəsinə baş çəkdik. Məntəqə sədri Sədaqət Hüseynova  bildirdi ki, 1485 seçiciləri var: “1480 bülleten almışıq, 5 nəfər isə qeydiyyatdan çıxma ərizəsi olub. Eyni sayda bülleten almışıq. Aktivlik biz gözlədiyimizdən artıqdır. İlk bir saat ərzində 120 nəfərdən artıq seçici səs verib. Belə aktivlik axşama qədər davam eləsə, yəqin ki, seçicilərimizin böyük bir hissəsi səsini verər”.Müşahidəçilər də seçki prosesində hələ ki, hər hansı qanun pozuntusu müşahidə etmədiklərini qeyd ediblər. Müşahidəçi Taliyə Abbasova bildirib ki, seçici kütləviliyi onların gözlədiklərindən daha yüksəkdir: “Səsvermə qaydasında keçirilir. Hər hansı qanun pozuntusu aşkalanmayıb”. Qeyd edək ki, məntəqədə YAP-dan olan müşahidəçi ilə yanaşı, müstəqil müşahidəçilər də fəaliyyət göstərirdi. Xatırladaq ki, referendum konstitusiyanın 29-cu maddəsinə dəyişiklik üzrə keçirilir. Bu  referendum Azərbaycan Respublikasında keçirilmiş 2002 və 2009-cu illərin referendumlarından sonra üçüncü hesab olunur. (musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler