Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Neqliyyatın hereketinde basırıq ve tıxac problemi – TƏHLİL

25 Temmuz 2016

7:28 pm


25/07/2016 [23:26]: xeber –
                                                                                                                                                      Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması sahəsində Nazirlər Kabinetinin, Nəqliyyat Nazirliyinin və DİN-nin həyata keçirdiyi birgə islahatlar davam edir. Amma problemin həlli aktual olaraq qalır. Ölkəyə gətirilən avtonəqliyyat vasitələrinin növlərini, markasını və kəmiyyətini, Bakı ətrafındakı yolları və iri şəhərləri göz önünə gətirsək məsələnin mürəkkəbliyinə şübhə yeri qalmır. Yolların istismara verilməsindən sonra qısa zaman ərzində bərpası, müxtəlif markalı avtomobillərin hərəkət selinin axarına qatılması, siqnal fənərlərinin (işıqforlar) çoxluğu, piyadaların hardan gəldi yolu keçməsi, yeraltı və yerüstü keçidlərdən istifadə edilməməsi həm nəqliyyatın hərəkətini, həm də DYP xidmətini çətinləşdirir. Belə bir şəraitdə xidmət aparan yol polisinin ləğv olunması təkliflərinə mətbuatda rast gəldikdə dayaz şüurluların hərəkətlərinə təəssüf hissi keçirməmək olmur. Lakin vəziyyətin təhlili Yol Patrul Xidməti əməkdaşlarının bu sahədəki xidmətini yüksək dəyərləndirməyə əsas verir. Hərəkətin sıxlığı zamanı siqnal fənərlərinin xəbərdarlığına baxmayaraq, vəziyyəti canlı tənzimləyən YPX əməkdaşlarının tələblərinə bəzi sürücülər tabe olmur, yaranan situasiyalarda vətəndaş qınağı olmadığından bəzən YPX əməkdaşları çoxluğun laqeyd hərəkətləri qarşısında aciz qalır. Vətəndaşlardan dəstək olmur. Bu da, bir başqa problemdir.  Nəqliyyatın intellektual idarəçiliyi ilə bağlı anonslara baxmayaraq, bəzən ictimaiyyətdə belə qənaət hasil olur ki, hərəkət zamanı sürücülərin, ələlxüsus (“Bakubus” avtobuslarından başqa) avtobus sürücülərinin hərəkətlərində intellekt, sürücülük mədəniyyəti və davranış səviyyəsi aşağıdır. Harda gəldi, döngələrdə,  işıqforların yaşıl rəngində dayanması, hərəkət istiqamətinin sağ və sol tərəfində park etmə halları intellektual idarəçiliyi heçə endirir. Hər şey də burdan başlayır. Sərnişin daşımağa məsul olan, bəzən ibtidai təhsili də olmayan avtobus sürücülərinə, sürücülük hüququ olmayan şəxslərə paytaxtın müxtəlif təbəqəsindən olan əhalinin daşımasını etibar etmək suallar yaradır. Avtobus sürücülərinin sükan arxasında sərxoş olma, avtobusları (avtomobilləri) sürücülük vəsiqəsi olmadan idarəetmə hallarına da rast gəlinir. Avtobus salonunda ifrat natəmizlik, epidemiya mənbəyi olan antisanitariya əlamətləri paytaxt sakinlərinə aşağılıq gətirir. Faktların təsdiqi və yaxud aradan qaldırılması üçün nəqliyyat nazirliyinin məsul işçilərinin müvafiq qurumlarla birgə “sərnişin reydlərinin” keçirilməsi kifayətdir. Avtobusların adi sərnişini kimi bircə dayanacaq qət etməklə mənzərə aydın olacaq. Niyə bunu etmək istəmirik? Son zamanlar “Bakubus” avtobuslarının xidməti əhali arasında xoş ovqat yaratmış, nümunəvi xidmət diqqət çəkir.  Çox sadə bir düstur da var, Sovet düsturu. Məsələn: Sovet Azərbaycanı vaxtında avtobusların ümumi “gecələmə” parkları var idi. Növbədən sonra avtobuslar yuyular və təmizlənərdi. Hətta sərnişinlərin daha çox toxunduğu yerlər yoluxucu xəstəliklərdən qorunmaq məqsədi ilə spirtlə silinərdi. Belə qaydaların tətbiqi unudulsa da, bərpa olunacağı təqdirdə sərnişinlər tərəfindən rəğbətlə qarşılanacaq. Şəhər daxilində böyük, iri inşaat-beton işlərinin intensivliyi də ətraf mühitə və hərəkətin sıxlığına təsir etdiyindən buna nəzarət mexanizmi yox dərəcəsindədir. İri tonnajlı maşınlar nəqliyyatın hərəkət zolaqlarını hədsiz çirkləndirir, yığışdırmaq isə MİS-in işçilərinə həvalə olunur. Tikinti şirkətləri yollardan qaydasız istifadə etdiyinə görə görk üçün dövlətə cərimələr ödəməli, həmin pulla əvvəlki vəziyyət bərpa olunmalıdır. Bakı şəhəri tutumundan çox əhaliyə, tikintiyə, iri-hündür binalara, miqrantlara və avtomobil vasitələrinə malik olduğuna baxmayaraq nəzarət mexanizmi innovativ qaydaların və xidmətlərin tətbiqinə adekvat deyil. Ona görə də, yollardakı tıxacların –sıxlığın aradan qaldırılması ciddi qərarların qəbulunu tələb edir. Son həftə problemin aradan qaldırılması üçün iş vaxtının müəyyən saatlara (8:00-dan, 9:00-dan) bölünməsi,  orta təhsil məktəblərində dərslərin saat 8 və 9-dan başlanılması təklifləri də səslənir. Bu təklif, aktuallığı ilə seçilən problemi həll etməyəcək. Bir neçə il tətbiq etdiyimiz və öyrəşə bilmədiyimiz saat əqrəblərinin geri və yaxud irəli çəkməyimizə bənzər əhəmiyyətini itirəcək. Bəs nə etmək lazımdır? İlk öncə qanunsuz park edən faktlara qarşı qətiyyətli olmalıyıq. Bir vaxt yolun sağ və solunda dayanan avtomobilləri təxliyyə etməklə problemin guya həllinə nail olduq, bunun acı nəticələrinin şahidi olduqdan sonra eyni hərəkətlərə “qanuni” don geyindirdik, kiçik ödənişlə (50 qəpik) bankomatlar quruldu. Demək olar ki, şəhərin bütün rayonlarında, yaxın ətrafda belə “parkovkalar” var. Əvvəl qadağan etdik, sonra “yeni formada” bərpa etdik. Absurd çıxış yolu… İndiki vəziyyəti qəlizləşdirən bir səbəb də budur. Avtomobilin sahibi mülkiyyət hüququna malik fiziki və hüquqi şəxs kimi mülkiyyəti üzərində konstitusion müddəalarla qorunan istifadə və sərəncam hüququ əldə etdiyi üçün qadağan olunmayan yerlərdə maşınını müəyyən vaxt ərzində saxlaya bilər. Lakin bu ödənişlə olmamalıdır. Bir tərəfdən ölkəyə idxal olunan avtomobillərin sayı artdıqca, alıcıların həmin avtomobillərə sahib çıxmağı ilə “qara günləri” başlayır. Yaşadığı binaların, işlədikləri müəssisələrin, istirahət etdikləri yerlərin ətrafında maşın saxlamaq problemə, başağrıya və streslərə səbəb olur, artıq və yersiz pul ödəməli olursan. Ödənişli dayanacaqlar isə əmək haqqı ilə uzlaşmır. Şəhərin mərkəz ətrafı yerlərində çalışan əhali, avtomobillərini yaxın-pullu dayanacaqlarda 8 saat saxlamaq üçün ay ərzində təxminən 100 AZN ödəməlidir. Pullu dayanacaqlarda park haqqı 8 saat ərzində 50 qəpik civarında olmazsa vətəndaşlar yeraltı dayanacaqlardan istifadə etməyə tərəddüd edəcəklər. Ona görə də, əksər vətəndaşlar yer üstü “dayanacaqdan” istifadə edərək hərəkətin istiqamətinə mane olur, tıxac yaradır. Bu, mühüm səbəblərdəndir. Problemin həlli məqsədilə paytaxtın mərkəzinə doğru (problemli rayona) getmək üçün (taksi və əlillərin, tibbi yardım maşınlarından başqa) avtomobillərin girişi ödənişli olmalıdır. Belə yanaşma hərəkət istiqamətində seyrəklik yaradacaq, mərkəzə sarı gedən avtomaşınların hərəkətində tıxac olmayacaq. Londonda 2003-cü ildən başlayaraq bu qayda tətbiq edilir. Diqqət çəkən yollarda sıra ilə avtomobillərin dayanması tıxaclara şərait, avtobusların dayanacaqlarda dayanmasına maneə yaradır, şəhərin texniki vasitələrlə yuyulmasına və təmizlənməsinə əngəl olur. Uzun illərdir ki, sakinlər şəhərin yuyulmasının şahidi olmurlar. Tıxacların aradan qaldırılmasına taksilərin sərnişinlərdən alacağı gediş haqqının azaldılması da təsir edə bilər. İri tutumlu avtobusların yox, taksilərin artımına diqqət yetirilməlidir. Məsələn: Nyu-Yorkda və Dubayda taksilər ucuz olduğuna görə, daha çox bu nəqliyyat növündən istifadəyə üstünlük verilir.Moto və velosiped nəqliyyatını inkişaf etdirmək lazımdır. Çində bu cür nəqliyyat vasitələri kirayəyə verilir. Ətraf mühit çirklənmədən qorunur. Avtomobillərin artımına və ondan istifadəyə qadağalar barədə düşünməyin də vaxtı çatıb. Maşın istehsal etməyən ölkəyə bu qədər maşının idxalına ehtiyac varmı? Yaşayış massivlərində insanlardan çox maşınları sezmək çətin deyil. Özəl binalarda yaşayanlar və uşaqlar üçün həyətdə asudə vaxtlarını keçirmək üçün  imkan və şərait yoxdur.Bəzən yeni binalarda maşınların saxlanılmasına ayrılan sahə mənzil sahiblərinə satılır və yaxud ödənişlə verilir. Bu sahibkarların etibardan sui-                      -istifadəsidir. Göydələn binaların sakinləri (uşaqları) üçün açıq havada olmaq imkanı  avtomobillərin çoxluğu ucbatından süni olaraq əngəllənir. Binaların park üçün nəzərdə tutulan sahələri sakinlərə satıldığından vəziyyət gərginləşir.Yollarda bütün hallarda “qırmızı işıqda” sağa, müstəsna halda isə sola dönməyə icazə verilməlidir. Məsələn: Amerikada belə qayda var.İri qabaritli yük maşınlarının mərkəzi küçələrə, ələlxüsus dar küçələrə hərəkəti məhdudlaşdırılmalıdır.Paytaxtın yaşayış məhəllərində yalnız girişə və eyni yolla çıxışa icazə verilməlidir. (uşaqları və havanın çirklənməsini nəzərə almaq xatirinə)Hərəkətin sıxlığı barədə sürücülərə məlumatın öncədən verilməsi çox vacibdir. Məsələn: İtalyada (Roma şəhərində) 5 milyondan çox sürücülərin mobil telefonlarına xüsusi proqramlar vasitəsi ilə belə məlumatlar ötürülür. “Atac Mobil” adlanan bu informasiya ötürücüsü yollardakı situasiya barədə yeni məlumatları sərnişinlərə və sürücülərə ötürməklə vaxta və yanacağa qənaət edirlər. Azərsell və Baksell xidmət sahələri şit və qeyri-ciddi məlumatlar yerinə faydalı informasiyaların verilməsində maraqlı olmalıdırlar.Digər əhəmiyyət kəsb edən və problemin ləğvinə yönələn tədbir alternativ, ödənişli yollardan istifadəyə start verməkdən ibarətdir. Bakı və ətraf rayonların çimərliklərinə, “Sədərək” və “Binə” ticarət mərkəzlərinə maşınların daxil olması ödənişsiz olsa da, çıxışına mütləq mənada “50 qəpik”, 1 manat ödənildikdən sonra  imkan verilir. (Gün ərzində külli miqdarda toplanan məbləğin hara getməsi başqa mövzudur.) Ümumiyyətlə paytaxtın mərkəzinə yüngül nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoymaq və (məmurların xidməti maşınlarından başqa) Komfort “Bakubus” avtobuslardan istifadəyə üstünlük vermək sıxlığın qarşısının alınmasına təsir edə bilər.Gözəlləşən paytaxtımızın mərkəzindən bütün biznes şəbəkələri və ali təhsil ocaqları şəhərdən kənarda yerləşdirilməlidir.Sentyabr ayından iyun ayına qədər tələbələrin nəqliyyat vasitələrindən istifadəsinə saat 8:00-dan 15:00-a qədər məhdudiyyət qoyulmalıdır. Moskva şəhərində hava gəmisindən – dirjabldan istifadə etməklə, şəhərin yollarındakı şəraitə çevik reaksiya verilir, tıxacları seyrəltmək mümkün olur. Faktiki  tıxacda ikən streslərə məruz qalırıq, daha çox yanacaq sərf edirik, zərərə uğrayırıq. Udan isə yanacaq doldurma məntəqələri olur. Dünya ölkələrində olan metrokörpülərin tikintisinə zərurət yaranır.-Siqnal fənərliklər sürücülərdə gərginlik yaratdığından sayı azalmalı, yeraltı və yerüstü keçidlərin (yolların) sayı artmalıdır.-Hərəkətin intensivliyi olan yerlərdə piyadalar üçün zolaqların çoxluğu da sırada şərtdir. Piyadalar yeraltı və yerüstü  keçidlərdən istifadəyə sövq olunmalıdırlar.Ictimaiyyət heç nəyə, sağında-solunda olan nəqliyyat sıxlığına və həyatları üçün real təhlükəyə əhəmiyyət vermədən ayağını cəsarətlə zolağa ataraq parkda gəzdiyi kimi, əllərindəki mobil telefonla əylənərək addımlayır. Məsələn: Heydər Əliyev prospektində və Zabrat yolunda piyadalar üçün zolaqlar tıxac mənbəyidir. Yolun bir tərəfindən digər tərəfə keçən piyadaların arası kəsilmir, onlar tələsmədən hərəkət edirlər. Şütüyən maşınlar isə zolağa yaxınlaşdıqca dayanmalı olurlar. Beləcə bir kilometrdən çox hər iki istiqamətdə tıxac yaranır. Gecələr isə işıqların əks vəziyyəti piyadalar üçün kritik durum yaradır. Qarşıdan gələn avtomaşının işığı sürücü üçün piyadanı görünməz edir. Sağlam şüur isə piyadalar üçün belə zolaqların olmasına “yox” deyir. Koroğlu Rəhimov küçəsində H.Əliyev mərkəzinə qədər piyada keçid üçün 6 zolaq var, ABU petrola daxil olmaq üçün qoyulan qırıq xəttlər də tıxacın mənbəyidir. Ümumiyyətlə uzun zaman tıxac olan bu prospektdə hərəkət istiqamətinin əks tərəfinə – ABU PETROL-a dönmək ağıla gəlmir, qayda ləğv olunmalıdır. ABU-ya getmək üçün sürücülərə 3 dəqiqə artıq vaxt sərf etmək yetər. ABŞ – mütəxəssislərinin statistik təhlilinə görə tıxacda dayanan insanlar il ərzində 11 milyard litr yanacaq işlədirlər, 4.2 milyard saat vaxt itirirlər. Vaxt itkisi baxımdan il ərzində 78 milyard dollar civarında ziyan dəyir. Amma real məbləğ daha çoxdur. Bizdə belə statistik təhlil olmasa da, vəziyyət ürək açan deyil. Dünyada ən uzun tıxac Braziliyanın San-Paulo şəhərində (28.09.1996-cı ildə) 242 km olmuşdur; 180 km uzunluğunda tıxac İspaniyanın paytaxtı Madrid şəhərində 2005-ci ildə qeydə alınıb. Fransanın Lion şəhərində 1980-ci ildə təxacın uzunluğu 176 km olmuşdur. 2006-cı ildə isə Paris şəhərində tıxacın məsafəsi 130 km olmuşdur. Amma hər bir sürücünün və piyadanın mədəni davranışından da çox şey asılıdır. İstəsək tıxaclara əngəl ola bilərik. İlk öncə sürücü, piyada və şərnişin kimi özümüzdən başlayaq.“Polisə Dəstək” İB-nin sədriŞəmsəddin Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler