Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Neft Fondu: Ucuz neft strateji valyuta ehtiyatlarını azaldıb

29 Haziran 2016

2:44 pm


29/06/2016 [18:43]: xeber –
2015-ci ildə Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) strateji valyuta ehtiyatları 38 milyard 590,8 milyon  dollar səviyyəsində olub. Bu barədə  SOFAZ-ın 2015-ci ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir. İl ərzində strateji valyuta ehtiyatlarında 12 milyard 271,6 milyon dollar həcmində və ya 24,1% azalma müşahidə edilib.Bu azalma enən neft qiymətlərinin Azərbaycan manatının məzənnəsinə mənfi təsirlərinin qarşısını almağa çalışan AMB-nin çoxmilyardlı valyuta intervensiyaları ilə bağlı olub. Ehtiyatların 87%-i və ya 33,57 milyard dolları Neft Fondunun vəsaitlərinin payına düşüb. Hesabat ilində SOFAZ-ın valyuta ehtiyatları dollar ifadəsi ilə 9,5% və ya 3,53 milyard dollar həcmində azalaraq, ilin sonuna 33,57 milyard dollar təşkil edib. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler