Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Neft Fondu 4,3 milyard dollar xercleyib – CƏDVƏL

04 Kasım 2016

6:48 am


04/11/2016 [10:46]: xeber –
Dövlət Neft Fondu (DNF) dövlət büdcəsi qarşısındakı öhdəliklərini icra etmək üçün 2016-cı ilin ilk 10 ayında 4333,8 milyon dollar xərcləyib. Bu vəsait Azərbaycan Mərkəzi Bankının (AMB) təşkil etdiyi valyuta hərraclarında banklara satılıbQeyd edək ki, 2016-cı ilin dövlət büdcəsində Neft Fondunun öhdəliyi 6 milyard manat nəzərdə tutulmuşdu. Sonradan büdcəyə edilən dəyişikliklərdə bu məbləğ 7,6 milyard manata qədər artırıldı.Bu, hazırkı məzənnə ilə fondun təxminən 4,6 milyard dollar satması deməkdir. Başqa sözlə, Fond büdcə qarşısındakı öhdəliyini icra etmək üçün hər ay valyuta hərracına orta hesabla 383 milyon dollar çıxartmalı idi.Amma valyuta bazarındakı vəziyyətdən, xüsusilə də dollara tələbatın artıb-azalmasından asılı olaraq müxtəlif vaxtlarda satılan dollar kütləsi fərqi olub.Maraqlıdır ki, ötən 10 ayın 7-də satılan dolların həcmi orta qiymətdən xeyli yüksək olub. Cəmi 3 ay (fevral, aprel və oktyabrda) Neft Fondu bazarda “norma”dan az dollar satıb. Ən çox valyuta satışı bu ilin sentyabr ayında olub. Həmin vaxt bazara 631,1 milyon dollar çıxarılıb.Xatırladaq ki, məhz bu qədər dolların bazara buraxılması təqribən 1 ay ərzində dolların məzənnəsinin sabitləşməsinə, hətta satış məzənnəsinin 1,72 manatdan 1,59 manatadək enməsinə səbəb olmuşdu. Hərçənd sonrakı proseslər bu halın müvəqqəti olduğunu və problemin hələ də həllini gözlədiyini göstərdi.İkinci ən böyük məbləğ ilin əvvəlində hərraca çıxarılıb. 2016-cı ilin yanvar ayında Neft Fondu banklara 593,8 milyon dollar satıb. Əslində, bu hal gözlənilən idi – cəmi həmin vaxtdan bir ay əvvəl – 2015-ci ilin dekabrında baş verən devalvasiyadan sonra banklarda dollara kəskin tələb yaranmışdı. Həmin tələbi ödəmək və dollar ajiotajını aradan qaldırmaq üçün bazara böyük həcmdə dollar buraxıldı.Valyuta satışının minimum məbləği isə fevral ayında olub. Həmin vaxt cəmi 177,5 milyon dollar satılıb. Neft Fondunun 2016-cı ildə satdığı dolların aylar üzrə həcmi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz(fins.az).2016Milyon ABŞ dollarıYanvar       593,8Fevral       177,5Mart       482,3Aprel       303,4May       431,2İyun       449,9İyul       449,2Avqust       444,4Sentyabr       631,1Oktyabr       371,0 Cəmi    4 333,8


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler