Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Neden Türk dili İranın ikinci dövlet dili elan edilmesin?”

03 Ağustos 2016

5:04 pm


03/08/2016 [21:02]: xeber –
Vətəndaş və İnkişaf  Partiyasnın (VİP) sədri  Əli Əliyev İranınn işğalçı Ermənistanla iqtisadi-siyasi münasibətləri dərinləşdirməsi və bu ölkənin ən çoxsaylı etnosu olan Türklərin milli-mədəni hüquqlarının pozulmasına dair yazı ilə çıxış edib:“Son bir həftədə İran barədə narahatedici məlumatlar daha intensiv xarakter almağa başlayıb. İranın Təbriz və Urmiyyə bölgələrində bu ölkənin böyük etnosu olan Türklərin mətbuatda təhqir olunması ilə bağlı keçirilən yeni etiraz aksiyalarından videomateriallar yayılır. İyulun 28-dən isə isə İranın neft naziri Bijan Zanqane ilə Ermənistanın energetika və təbii qaynaqlar naziri Levon Yolyan arasında imzalanmış saziş barədə informasiyaya dövriyyəyə daxil olub. Əvvəllər Avropa perspektivli Gürcüstana satış məqəsədilə çəkilməsi Azərbaycan üzərindən nəzərdə tutulan qaz ixrac kəmərinin Ermənistandan inşa edilməsi haqda razılıq əldə edilib.Bizim Cənub qonşumuz sıradan olan dövlət deyil. Ora Azərbaycan türklərinin ən çox sayda yaşadığı və tarix boyu hakim olduqları siyasi coğrafiyadır. Bu gün Şimalda təşəkkül tapan Azərbaycan Respublikasının da uzun müddət siyasi baxımdan bu günkü İrana, Türk sülalə (Səfəvilər, Əfşarlar, Qacarlar) dövlətlərinə bağlılığı danılmazdır. Hələ Səfəvilərə qədər İran coğrafiyasında mövcud olmuş Səlcuqlu, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu dövlətlərinin bizimlə genetik əlaqəsi bir gerçəklikdir.Bu günkü anqlo-saks layihəsi formatında təzahür edən İran, bizim ən çox diqqət etməli olduğumuz dövlətdir. Çünki sadaladığım tarixi və genetik aidiyyatdan əlavə, Azərbaycan dünyada İrandan sonra ən çox Cəfəri məzhəbli müsəlmanın yaşadığı ikinci dünya dövlətidir. İran eyni zamanda unikal iqtisadi modelə, dövlət quruluşuna malik, uzun müddətli Qərb sanksiyalarına sinə gərərək, ayaqda qalmağı bacarmış, özünəməxsus inkişaf yolu keçmiş İslam ideologiyalı dövlətdir. Qərb sanksiyaları aradan qalxdıqdan, İran elmi və iqtisadiyyatının dünyaya açılması mərhələsinin başlanğıcı yeni ideoloji paradiqmaların da meydana çıxacağını istisna etmir.İran daim xristian dünyasına loyallığını nümayiş etdirməyə can atır. Dağlıq Qarabağ münaqişəsində cənubluların nümayiş etdirdiyi soyuqqanlılıq nəzərdən qaça bilməzdi. Privat təmaslarda 1990-cı illərdə göstərilən hərəkətliliyi əsas gətirərək, İran tərəfdarları Azərbaycan tərəfinin səhvlərini qabartmağa çalışırlar. Həqiqətən də Azərbaycanın inkişaf  vektoru qeyri-müəyyən olduğu zaman rəsmi Tehran müəyyən addımlar atmağa təşəbbüs göstərib. Lakin dünyəvi ideologiyalı dövlətin qurulduğunu gördükdən sonra, İran Qarabağ konfliktində daha ehtiyatlı mövqe nümayiş etdirib. Bu mövqe başa düşüləndir. Ermənistan İranın quru sərhədlərə malik olduğu yeganə xristian dövlətidir. Son imzalanmış sazişin coğrafiyasından da  aydın sezilir ki, ermənilər İranın xristian dünyasına yeganə bağlantı naqilidir. Bu şansı layiqincə istifadə etmək üçün İranın uzun müddət göstərdiyi ehtiyatlılıq öz bəhrəsini indi verməkdədir.İran isteblişmentinin qaz kəməri marşrutunda Azərbaycanı Ermənistanla əvəz etməsi ciddi yanlışdır. Ola bilər ki, bu yenilik Azərbaycan Prezidentinin Türkiyə Silahlı Qüvvələrinə, onun simasında isə NATO hərbi qüvvələrinə ərazisində məskunlaşmaq icazəsi verdikdən sonra ərsəyə gəlib. İstisna deyil. Lakin Ermənistanı işğalçı dövlət olaraq, iqtisadi izolyasiyadan çıxarmaq nə dini, nə siyasi, nə etnik baxımdan ədalətli deyildir.Azərbaycanın İran İslam Respublikası ilə xoş, mehriban qonşuluq münasibətləri çıxarlarımıza uyğundur. Həm tarixi, həm dini, həm coğrafi, həm iqtisadi və s. səbəblərdən biz İranı öz müttəfiqimiz bilmişik. Baxmayaraq ki, Cənubda iki titul  etnosdan biri olan türklərin ilahi və insani hüquqları tapdanmaqda davam edir. Milli hüquqların müdafiəçisi olan şəxslərin zindanlarda çürüdülməsinin mütəmadi şahidi oluruq.Bu yaxınlarda İranın dini lideri ayətulla Xameneyi cümə xütbəsi zamanı Qərblə münasibətlərin isinməsi fonunda valideynlərin övladlarına ingilis dilini öyrətmə təşəbbüslərini bərk tənqid etmiş, ünsiyyət və təhsil dilinin dəyişdirilməməsini tövsiyyə etmişdi. İran cəmiyyətində ingilis dilinin ayaq almasını İslami və dövləti dəyərlərə təhlükə kimi qiymətləndirmişdi. Siyasi fəhminə və gücünə heç şübhə etmədiyim dini üləmanın, türk kökənli hörmətli Xameneyinin nədən çoxsaylı və həlledici Türk etnosunun Ana dili barəsində belə fikirlərinə rast gəlməmişik?Nəyə görə Allahdan İran türklərinə əta edilmiş Ana dili dini dövlət sayılan və müqəddəs Kitabımızı konstitusiyası bilən, din xadimləri tərəfindən yönləndirilən bir dini quruluşda hər addımda sıxışdırlır? Necə olur ki, yolunda və Kitablarında təhrifə yol verildiyini iddia etdiyimiz xristianların qurduğu dövlətlərdə millətlərin ilahi bəxşişi Ana dili qorunur, bizdə isə məhv edilir? Kanadada fransız və ingilis dilləri, Belçikada niderland və fransız dilləri, İsveçrədə alman, italyan, fransız və qismən də retoroman dilləri dövlət dilləridir. Nədən Türk dili İranın ikinci dövlət dili elan edilməsin? Əgər İran xalqı ümmət adı altında yekcinsləşdirilirsə, onda nəyə görə qonşu dövlətin müsəlmanları ümmət dilinə ən çox uyğun ərəb dilindən istifadə etməsinlər?Deməli, cənublu qardaşlarımız İslam pərdəsi altında bir etnosun – farsların hakimiyyətini, mədəniyyətini, məişət vərdişlərini aşılamaqla məşğuldurlar. Ona görə də biz daim Cənubdan narahatlıq duyacağıq. Nə qədər ki, İran siyasi çevrələri İlahi ədaləti qərarlarında əsas götürməyəcəklər, belə sazişlər ortaya çıxacaq, inqilab beşiyi Təbrizdə etirazlar dalğalanacaq, “Al Qurdlar” ləqəbli “Traktorsazi” futbol klubunu hər matçı İran dövlətinin dayaqlarını laxladacaq.Biz azərbaycanlılar İran hakimiyyətinin Ermənistana, Ana dilimizə və soydaşlarımıza münasibətindən narazı qalmaya bilmərik. “Uman yerdən küsərlər”, – deyib dədələrimiz”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler