Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Neden Meydan TV milli xeyanet yolu tutub?

20 Temmuz 2016

4:00 pm


20/07/2016 [19:59]: xeber –
Emin Millinin Meydan TV-sində Renata Axundova Azərbaycanı tarixi gerçəkliyi qəbul edib erməni soyqırımın tanımağa çağırdı. Müəllif bizə sübut etmək istəyir ki, demokratik düşüncəli adam erməni soyqırımını tanımağa borcludur. Yəni sən erməni soyqırımın tanımırsansa, deməli, demokrat-zad deyilsən. Diktaturanı müdafiə edirsən. Və bu kimi sərsəm şeylər…Nədən Meydan TV milli xəyanət yolu tutub? Çünki bu media orqanın Qərbin pulu ilə mövcuddur. Belə şey yazanda pul gəlir. Yazmayanda kranı bağlayırlar…Müəllif “Erməni Soyqırımı” ifadəsini dırnaq arasından çıxarmağa çağırır. Və ona heyrət edir ki, “bu dəhşətli faciə” 1915-ci ildə Türkiyədə olub. Ancaq Azərbaycan Türkiyədən daha çox erməni soyqırımını inkar edir. Xanım yazar düşünür ki, bu, Qarabağ savaşı ilə bağlıdır…Özü də təkcə Emin Milli, Günel Mövlud …və bu kimi yazarlar bu yolu tutmayıb. Yeri gəlmişkən, Günel Mövlud bu yaxınlarda erməni rəfiqəsinə rus dilində yazdığı şeri həvəslə Azərbaycan xalqının gözünə soxurdu….Qərbdən qrant alanların az qala yüzdə-yüzü Azərbaycanı, dövlətimizi, milli maraqlarımızı satmağa hazırdır. Artıq “Kapitan Qrantın uşaqları” Azərbaycan üçün təhlükəyə çevrilib…Məhz belələri eyni həyasızlıqla deyəcəklər ki, Dağlıq Qarabağı da, işğal olunmuş ətraf rayonları da Ermənistana vermək lazımdır. Çünki demokratiya bunu tələb edir…Yazıq Azərbaycan. Bir tərəfdən YAP millətin qanını sorur, o biri tərəfdən də Qərbdən qrant alanlar demokratiya adına Azərbaycanı erməni kimi yağı düşmənə satmağa hazırdır…




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler