Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ne Zerdabinin qohumu, ne Zerdabişünas, ne de Zerdabdanam…”

21 Haziran 2016

4:20 pm


21/06/2016 [20:17]: xeber –
Zərdab.com saytında “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədovun  “Zərdabinin qızının məzarı tapılması xəbərinə qardaşı nəvəsindən CAVAB”  yazısına cavab olaraq bildirmək istəyirəm ki, görkəmli maarifçi H.Zərdabinin tədqiqatçıları onun şəcərəsindən bəhs edərkən vətəndə qalmış Qərib Soltan adlı qızı haqqında bəzi məlumatlar versələr də  konkret olaraq onun məzarının harda olduğunu göstərməmişlər və bu tədqiqatçılardan Eldəniz Həsənov geniş ictimaiyyətə Qərib Soltanın məzarının yerini bilənlərin məlumat verməsi xahişi ilə müraciət etmişdir. Fikrimcə E.Həsənov qədər heç kim Zərdabi nəslini dərindən tanımır və onun dolğun tədqiqat yazılarında demək olar ki, maarifçinin bütün nəslinin “portreti” təsvir olunub. Bu baxımdan birincisi, Sara xanım İsayeva gərək axı Qərib Soltanın məzarının harda olması haqqında bilirdisə  tədqiqatçıya məlumat verəydi. “Əkinçi” qəzeti isə Sara xanmdan da artıq bu məsələdə tədqiqatçı E.Həsənovun bu “çağırışına” həssas olaydı.Yaxud digər tədqiqatçıların da Qərib Soltanda dayanmasına, onun və eləcə də Hənifə xanım məzarı müəmmasına aydınlıq üçün Sara xanım və başqa qohumlarından və ümumiyyətlə ictimaiyyətdən dəlillər əldə etməli idi. İkincisi, Sara xanım bir tərəfdən deyir mən məzarın yerini bilirdim, atam vəfat edənə qədər ziyarətinə gedib. Hətta o özü də atası ilə bərabər  bibisinin məzarına baş çəkib. Bəs bu ziyarətlər nə vaxt, hansı illərdə olub?Axı 1997-ci ildə artıq 3-cü qadın həmin məzara dəfn olunmuşdu. Gedirdisə, görürdüsə daha mənim çıxışlarıma niyə saxlayırdı ETİRAZINI ?.. Niyə mənim təqdimatımdan sonra hörmətli Sara xanımın gözlərinə yuxu getmirdi? .. Əgər ailənin üzvü kimi o bibisinin məzarının yerini bilirdisə(şübhə etmirəm) onu heç olmasa on ildən bir ziyarət edirdisə Nanə Hüseynovanın  1961-ci ildə ora yenə öz dediyi kimi necə “gətirildiyinə” reaksiya-hətta indiki kimi iradlarını bildirməliydi. Hələ qəbri ziyarət edən ağbirçəyimiz Nanə xanımın  1961-ci ildə deyil, 1951-ci ildə Qərib Soltandan 16 il əvvəl orda dəfn olunduğunun yazıldığını dəqiq görüb-göstərməliydi. Hələ üstlik 49 il sonra deyil, Rauf Hacıyevə bibisinin adını niyə birlikdə  yazmamasına görə rəhmətliyin sağlığında, həmçinin öz rəhmətlik atasının (ölənə kimi Qərib Soltanı ziyarə etmiş atasının) sağlığında iradlarını bildirməli, əsas, yanlışı düzəltməli idi…“Müsəlman ölkəsində bir qəbirdə  3 ölünün, Özü də ayrı-ayrı illərdə vəfat etmiş 3 qadının dəfn edilməsi” xəbərini eşidib gözlərinin yuxusunun çəkilməsindən şikayətlənən Sara xanım həm də demə “Qəribsoltan bibimin qəbri nə vaxt itibmiş ki, Xatirə xanım deyir, onu tapmışam”-deyib yuxusunu qaçırıbmış… Bu aydınlaşdırılmalıdır. Çünki məqaləni yazan  bilməlidir ki, Sara xanım azı 20 il imiş o qəbirdə 2 qadının olmasından xəbərsizmiş ki, bunu deyir… Beləcə yek kəlmə Qərib Soltan xanımın qəbrini ictimayyət içindən mən rəhmətlik Rauf Hacıyevin kiçik qızı Nanə  Hacıyeva vasitəsilə tapmışam və ictimailəşdirmişəm o qəbri. Bu qədər- bəlkə 50 mətbuat orqanı işıqlandırıb, yəni biri deyə bilməzdi ki, stop Xatirə Quliyeva biz oranı çoxdan bilirik və filan-filan yazılar da vermişik?! Yəni ədalətli olmaq lazımdır. Bilən Qəribin o bərbad məzarına, ruhunun dolaşdığı o “xarabazara” laqeyd ola bilməzdi.Bir də tarixə görə 1951-ci ildə vəfat edən varsa deməli qəbir 1951-ci ildə qazılıb. Qəribə,  Sara xanımın iddiasına görə Qərib Soltan üçün məzar yerini onun atası alıb… Sovet vaxtı nə almaq? Hələ nazir vəzifəsində olan R.Hacıyev analığı(anası da yazılır)üçün qəbir yerini belə “almayıb”?..Pulu-imkanı ya sözü-hökmü və ya hörməti çatmayıb ki, 40 il öz evində saxladığı,anası qədər sevib-əzizlədiyi İnsana –yadigara, əmanətə sahib çıxmayıb son mənzilini onun uzaq qohumuna həvalə edirdi?.. Absurddur. Sara xanım deyir ki, Təpəlikdəki qəbirstanlıqda basdırıblar onu.. Elə deyil. Qəbir ünvanı da göstərmişəm, hər kəs baxa bilər, nəinki təpədə, o qəbirstanlıq həmin qəbirstanlıqlar “sistemində” lap “dərə” kimidir. Belə ki, Nəşriyyat tərəfdən daxil olanda da dərədədir, Qurd qapısına gedən yoldan daxil olanda da aşağıdadır… Deməli Sara xanım qəbirstanlıq səmti baxımından da yanlışa varır. Dİgər bir ciddi iradım ondan ibarətdir ki, ağbirçək, əziz Sara xanım yazıda iddia edir ki, o yerə ilk olaraq Qərib Soltan dəfn olunub, 1961-ci ildə Nanəni gətiriblər ora. O, hələ mənim qarşımda məsələ qaldırır ki, Xatirə xanım bunu üzə çıxarsın, görək Nanə Hüseynova ora necə gətirilib… Bu cinayət tərkibli məlumatdır. Bunu iddia etmək özü məsuliyyət məsəlsidir. Adama deyərlər hardandı bu məlumat Səndə ki, bir vətəndaşın digər bir vətəndaşın qəbrinə öldüyündən 10 il sonra hardansa çıxarılaraq gətirilib basdırıldığını iddia edirsən?  Bu dəlillə əsaslandırılmalıdır. 55 il əvvəldən bilib bunu Sara xanım. Deməli 55 ildir bu cinayəti gizlədir… Bəs özünü Zərdabi şəcərəsinin guya təəssübkeşi kimi göstərən “Əkinçi” qəzetində bu yazdığını sübut edəcək dəlil vardırmı?..  Beləcə, elə bir iddiadan çıxış etmək məsuliyyət yaradır. Çünki Qərib Soltan basdırılıb Nanə Hüseynovanın məzarına.  Özü də 1961-ci ildə yox, qəbrin başdaşısında yazıldığı kimi 1951-ci ildə öldüyü il  basdırılıb. Bu qədər  əziz Zərdabi qohumu Sara xanım və “Əkinçi” qazeti!..  Bu sirrlərdən biri də elə Nanənin götürülmə qız olduğu ilə bağlıdır. Bunu da Siz deyirsiz, tədqiqatçılar var, qızı olduğunu yazırlar. Versiya da vardır ki, Nanə Qərib Soltanın tələbə yoldaşı olub. Onun Zərdabi ailəsinə bu baxımdan aidiyyəti yoxdur.Olsun götürülmə qızı. Bəs Siz və ya kim isə Zərdabinin doğma övladlarının doğum şəhadətnamələrini hansısa arxivdə görüblər? Bəlkə Zərdabinin heç övladı olmayıb, yaxud bütün saxladıqları övladı olub?.. Görürsüz bilmirik! Ona görə də bildiyimiz Qərib Soltanın 49 il sonra ictimaiyyətə təqdim olunan bu bərbad gündə qəbridir ki, mən də ona diqqət üçün çalışıram.İndi nə var ki, “biz qəbrin yerini bilirdik” deməyə. Bilirdiz mənim 6 ay ərzində gördüyüm işlərin 1 faizni görəydiniz. 3 TV-də çıxış etmişəm. Bir neçə qazetdə, onlarla saytda bu məsələni işıqlandırmışam. Bir çox əlaqədar ünvanlara məktublar yazmışam. Qəbullara getmişəm. Bəs Siz neyləmisiz? Təmənnasız xidmətimi adiləşdirməyə qaxldığınız bu yazıdan başqa tamam heç nə! İncimirəm çünki mən Zərdabi ruhuna və eləcə də Zərdabinin qəbrinin yerini demiş, dəyərli maarifçi xanımımız, dünyaşöhrətli bəstəkar, mənim qan qohumum Rauf Hacıyevin tədqiqatlara görə əsl anası, yenə də lap belə analığı olmuş  Qərib Soltana xatir bu işə başlamışam və istədiyim zaman “dayanacağam”. Necə olur Zərdabi (mənəvi)babamız  neçə-neçə kimsəsizə sahib çıxıb yetişdirib, adam edib. Qərib Soltan Rauf Hacıyevi, bacısını və onların övladlarını nənə kimi sevib əzizləyib və yetişməlrində rolu olub. Biz bu nəslin vətəndə qalmış bircəciy nümayəndəsinə həmvətənli diqqəti ayırmayaq, heç olmasa onun məzarının təmirinə çalışmayaq? Hə! Anlada bildim. İşimizdə olaq…Yaxşı bəs görəsən Sara xanım Qərib Soltan dünyasını dəyişənə kimi  neçə dəfə yanında olub? Görəsən “bibisinin” vəsiyyətindən xəbəri varmı?.. 78 yaşlı xəstə qadına kim qayğı göstərib? Yaxşı bəs Zərdabi ailəsinin üzvləri kimsəsiz Qərib Soltanın anasının dəfnində iştrak ediblərmi? Yaxşı bəs Qərib Soltan niyə yeni ailə qurmuş rəfiqəsi Nanənin evində qalıb?.. 1926-cı ildən Zərdabinin İçərişəhərdəki evindən, Hənifə xanımın yaşadığı evdən brdəfəlik çıxıb və anasından sonra niyə ata ocağının işığını yandırmayıb? 1926-cı Nanənin ər evində daimi olaraq ölənə kimi yaşayıb.  Bəs Hənifə xanım –Zərdabinin ömür yoldaşı harda dəfn olunub? Mən artıq bu haqda yazmağa başlamışam. Düşünürəm kim görəsən çıxacaq önə ki, mən bilirdim. Daha yazmışam, deyə arxayınam. Halbu ki. elə bu yazıda Sara xanım Zərdabinin həyat yoldaşı Hənifə xanımın adını çəkir və böyük maarifçinin ikinci dəfə həyat yoldaşının məzarında dəfn olunduğunu qeyd edir.  Ancaq həmin məsələ üzərindən ildırım sürəti ilə keçilir.Niyə?..   “Ailənin” üzvü gərək axı həmin xanımın harda dəfn olunduğunu –xüsusən də bu ikinci Zərdabi məzarının yerini biləydi… Zərdabinin məzarına qoyulubsa orda adı yazılmayıb.Zərdabinin həndəvərində də yoxdur onun məzarı… Məlmatıma görə Hənifə xanımı heç Zərdabi ailəsi üzvləri də dəfn eləməyiblər.YENƏ  YAZIRAM:  Hənifə xanımı da, 1937-ci ildə dekabrın 8-də sürgün edilənə kimi H.Zərdabini də Qərib Soltanı hörmətlə-izzətlə dəfn eləmiş Rauf Hacıyevin atası Soltan Hacıyev və qohumları dəfn ediblər. Elə tədqiqatçılarının yazdıqları kimi atasının ikinci dəfə narahat  edilməsini istəməyərək onun məzarının yerini evlərinə gəlmiş ziyalılara deməkdən imtina edən Qərib Soltanı Rauf Hacıyev razılaşdırıb.Yazılar var bu haqda.Daha sonra qeyd edim ki, ANS-də ilk dəfə bu haqda müsahibə verdikdə mən uzaq qohumum kimi Rauf Hacıyevin adını çəkişəm. Qərib Soltana övladlıq etmiş görkəmli bəstəkarın uzaq qohumu olduğunu demişəm. Bu faktdır. Gənc jurnalist xeyli uzun çıxışımı montaj edərkən necə deyərlər 1 cümləlik Rauf Hacıyevin adını – kəsmiş olub. Mənim dilimdən  10-la yazıdan birində Zərdabinin qhumu olduğum qeydi kimdəsə varsa buyursun gəlsin qabağa müəyyənləşdirək. Əksinə 10-la çıxışımda xüsusi olaraq vurğulamışam ki, Zərdabinin deyil, rauf Hacıyevin uzaq qohumuyam. Bəs görəsən “Əkinçi” qəzeti baş redaktoru nə narahat edir əslində ?.. Elə qəbrin 40 il naməlim qaldığı fikri də  bir az yanlış verildi. Halbi ki mən sözsüz olaraq 49 il demişdim. Sonrakı çıxışlarımda mənim təqsirim olmadan səhv olmuş xırda səhvlər düzəldilmişdir. Sonra İnteraz.televiziyasının 1 saat qonağı olduqda bu mövzuda xeyli danışmışam və konkret olaraq öz babalarımdan və hətta onların H.Zərdabi ilə, N.Nərimanovla əlaqələrindən, özlərinə görə ciddi yüksək vəzifələrdə çalışmalarından danışmışam. Bu çıxışımda H.Zərdabinin alim-tədqiqayçılrından olduğumu – Qərib Soltanla isə vətəndaş diqqətimdən irəli gələrək maraqlandığımı qabarıq bildirmişəm. Axırıncı TV çıxışım –Kanal 13-də 09.06.2016-cı il tarixdə çıxışımda da Zərdabinin qohumu olmadığımı qeyd etmişəm.Beləcə, əslim-nəslim var… Niyə Zərdabiyə sığınım axı?.. Amma bütün qələm sahibləri kimi milli maarifçimizin mənəvi övladıyam. 14 kitab, 200-dən çox məqalə müəllifiyəm. Doktorluq dissertasiyam maarifçilik mövzusunda olduğu üçün görkəmli milli maarifçilərimizdən biri olaraq Həsən bəy Zərdabi irsini fəsəfi təhlillərlə yenidən dəyərləndirmişəm. H.Zərdabiyə həsr olunmuş bir neçə elmi məqaləm nüfuzlu jurnallarda çap olunub. Tale gətirib elə Zərdabimiz kimi tək başıma 6 il  əsl milli mətbuat nümunəsi  dərc eləmişəm. Mən bu xidmətlərimi varis olaraq göstərmişəm və mənim kimi minlərlə mənəvi  varisi var Zərdabinin. Kim böyük Zərdabinin yalan-doğru qohumu olmaq istəyir özləri bilər. Mən Zərdab rayonunu dünyanın 9 iqliminin toplandığı, planetin ən şahanə diyarı Azərbaycanımızın bir parçası kimi sevirəm. Eləcə də hər bir qarış torpağımız mənim üçün müqəddəs və əzizdir. Lakin mən ömrüm boyu Zərdabda 3 dəfə olmuşam. İki dəfə İcra hakimiyyətində, bir dəfə rəhmətlik Nəsimi müəllimin qonağı olaraq. Yəni mən nə Zərdablıyam, nə Zərdabi kökənli. Adım var, sanım var bakılı. Doğrusu bir tək elə varım odur və onu itirmək özümü əbədi yox etməyimdi mənim üçün. Əslini danan naməddir axı… Bu baxımdan Zərdabi genetik-fiziki olaraq Zərdab və Zərdablıların, mənəvi olaraq bütün Azərbaycan xalqının, üstəlik də tariximizindir.  Cümlələrimdəki tondan əsəbi olduğum yəqin hiss olunur. Haqsızıqla qarşılaşanda hər kəs belə olur.  Sara xanımın mənə belə tuşlanan iradlarını oxuyub suallar verirəm qərəzli münasibətə ki, bəs Sara xanım ya yaxınları niyə baxımsız qoyublar əzizlərinin məzarını? Ən azı 20 ildi getmirlər.. Heç bilmirlər orda 3 qadın uyuyur… Gərək elə dövlət diqqət ayırsın? 20 il nədi, 5-10 ilə qəbirstanlıqlar elə dəyişilir ki, getməsən ölüvü çətin taparsan… Sara xanım isə indi eşidib-bilib gözünə yuxu getmir, deyir… Sara xanım bibisi haqqında “ağlını itirmiş” yazanlara necə cavab veribmi bu neçə illər ərzində? Mənim onları dəlillərlə təkziblərimi necə oxuyubmu? Yazı müəllifi tarixi dəyişirmiş kimi yazısının adını “Qərib Soltanın qəbrinin tapılmasına qardaşı nəvəsindən cavab “ qoyur.Yazıda öz-özünü təkziblər var.Məntiqlə əsassız ittihamlar, iradlar boldur. Çünki H. Zərdabi qohumları o qəbiri ən azı 40 ildir ziyarət etməyiblər. “Əkinçi”qəzeti ümumiyyətlə. Yoxsa ki, dərədə olan qəbirstanlıq üçün təpədə -yazmazdılar. Bəs müqayisədə II Fəxrixiyaban nədir? Dərədir? “İtməmiş” qəbirləri onlar var ikən niyə bəs o vəziyyətdədir? 20 ildi 3-cü qadında qonaq gəlib o məzara. Bunun xəbərini məndən eşidib gözlərinə yuxu getmir, beləcə şikayətlənirlər… Gərək məzarı heç olmasa bir Zərdabi ailəsi üzüyəm deyib sinəsinə döyən ziyarət edəydi, hələ ,Qərib Soltana övladı kimi baxmış, onu ana kimi əzizləmiş və ləyaqətli oğul kimi təntənəli surətdə dəfn eləmiş Rauf Hacıyevin ailəsini, həmçinin məzarın əsl ziyarətçisi olan  Nanə xanımı tapaydı və yazıdakı iradlarını bölüşərdilər. Bu məqamda vurğulamaq istəyirəm ki,  işi ərsəyə gətirən adama məncə çox sağ ol demək düşür insafla. Necə deyərlər insaf dinin yarısıdır.Həmin saytda gör neçə yazım gedib… Niyə Sara xanım əvvəl yazmırdı Qərib Soltandan? Məncə onun arxasında maraqlı kimsə dayanıb. Bir az da səbr eləsinlər. Mən onları dəvət edəcəyəm…Ciddiyyətlə deyirəm ki, “Əkinçi” qəzeti gör neçə illərdir bu  meydandadı. Gərək mənə qədər “itməmiş” əslində mən ünvanı dəqiq verənə kimi xatirələrdə olan Qərib Soltan xanımı ailə adamları hərdən bir ziyarət edəydilər və yenə deyirəm mən yazanda, deyəndə ki, 1 qəbirdə 3 qadın yatır “diksinməyəydilər”…Yazaydılar ki. filan tarixdə görmüşük və filan,filan tarixlərdə filankəslərə müraciət etmişik.Mən 6 il Azərbaycan Nəşriyyatının 2-ci mərtəbəsində “Cahar +” qəzetini dərc etmişəm. O zaman Səttar Zərdabi adlı bir naşir redaksiyama gəlirdi. O, “Güzgü” qəzetinin redaktoru idi. Zərdabi haqqında tarixə hörmətsiz fikirlər deyərdi. Məsələn, onun  dayısının xaç suyuna çəkilməsindən və s.  Mübahisələrimiz olardı. Sonunu satirik şerlərindən oxumaqla zarafata köklərdi. Mən ona Qərib Soltanın Bakıda dəfn olunduğunu  demişəm və o oğlu da olmaqla (gənc oğlan idi Ulu Öndərin şəcərə ağacını hazırlamışdı və mən mütamadi olaraq  onu dərc edirdim) dediyinə görə bir neçə adam  Nəşriyyatın yaxınlığındakı qəbirstanlığı və başqa qəbirstanlıqları qarış-qarış gəzib tapa bilməmişdilər.  Müxtəsəri bir gün Axundov kitabxanasında katoloqlara baxarkən  Səttar Zərdablı adı ilə rastlaşdım və diqqət ayırdıqda bu adamın bizim Səttar müəllim olduğunu dəqiqləşdirdim. Bəli Səttar Zərdablı kimi tanıdığım “Güzgü”qazeti redaktoru 3-4 balaca həcmli və əksəryyətlə Leninə həsr etdiyi şerlərinin cəmləndiyi bu kitabçalarını Səttar Zərdablı adı ilə çap etdirmişdi və çox illər əvvəlin-sovet dövrünün kitabları idi bunlar. Nəşriyyatda Səttar müəllimi “Cahan +”a dəvət elədim və bunu ona bir neçə adamın yanında dedim. Səttar müəllim həmin kitablardakı şerlərdən bir-ikisini söyləyib etiraf etdi ki, Zərdabinin qohumu deyil, qazetinə görə bu təxəllüsü seçib və o həqiqətən də həmin Səttar Zərdablıdır.Bu məqamda mənə görə əcaib bir məsələni diqqətə çatdırmaq istəyirəm. Belə ki, bir halda Sara xanım “Əkinçi” yə dərdini bölüşməyə gəlir bəs nə əcəb mənim sözümdən sonra qəbirstanlıqları qarış-qarış gəzmiş və Qəribi tapmamış Səttar Zərdabi(əslində Zərdablı) Sara xanım adlı qəbrin yerini indi (mən dəqiq ünvan verdikdən sonra) bildiyini deyən Sara xanım adlı   qohumunu bir toyda, ya yasda görüb ondan məzarn yerini soruşmamışdır?! Yaxud Sara xanım niyə bir dəfə Qəribin məzarını yada salmaq üçün “Əkinçi”, “Güzgü” və ya 500 adda çap olunan mətbuatımıza üz tutmamışdır?! Göründüyü kimi reallıqda mən tapmışam və mən  ictimailəşdirmişəm o qəbri. Sara xanım yazdıqları kimi atası ilə gedəndi o qəbirstanlığa… Sara xanım kimi mən də ictimaiyyət deyiləm. İctimailəşmədən tarix olur heç bir hadisə.  Sara xanım “yazısında” müəllif, “Əkinçi”qazetinin baş redaktoru   görə mənim “guya” Zərdabinin qohumu olduğum fikrini qeyd edir. Mən belə demişəm. Sara xanım üçün də, təkrar biliyi anasıdır, deyib təkrar edirəm: Əslim var, nəslim var, köklü Bakılıyam. Dədə-babamın Şəhərdə də, Maştağada da evləri, torpaqları olub. İşəri-hörmətləri də öz yerində. Özümü Zərdabinin qohumu kimi niyə təqdim edim  axı? Əslini danan, kişi olsun. Ya qadın namərddir.Ürəklərini buz kimi saxlasınlar. Şərikli çörəyimiz yoxdu onlarla bölüşməli.  54 yaşım var . 32 ildir AMEA-dayam. 34-35 ildir də mətbuatdayam….Yəni təkrar deyirəm, bu mənim vətəndaşlıq borcumdu və yerinə yetirirəm…Daha sonra Sara xanım bircə kəlmə ilə də olsa Rauf Hacıyevin Qərib Soltanı öz nəslindən artıq anası kimi saxladığını və təntənəli surətdə dəfn etdiyini yada salmır. Axı həmin ailə Qərib Soltanı çox sevib, əzizləyiblər.R.Hacıyev ilk nəvəsinə Qərib Soltanın adını verib.Özü də  səhv etmirəmsə ovəfat etmişdi artıq… Qohumları deyil, bu ailə elə bu ilin mayın 9-da qəbrin üstünə gedib, Qərib Soltanı yad ediblər. Mən kanal 13-ə müsahbə verəndə iyunun 9-u idi, çiçəklər vardı məzarın üstündə.Sara xanım və digər qohumları yox R.Hacıyevin ölkədə qalmış yeganə övladı Nanə xanım gətirmişdi o çiçəkləri…Elə 1926-cı ildən – anası dünyada olan vaxtlardan ta  1967-ci ilə kimi Qərib Soltan qohumlarının evində deyil, bu ailədə yaşayıb və R.Hacıyevin həyat yoldaşı öz qızı kimi ona yaxın olub, həmçinin onun özünün vəsiyyəti ilə eyni qəbrdə dəfn edilib. Mənə də qəbrin yerini Nanə xanım-İradə xanımın qızı deyib və həqiqətən 100-dən çox qəbri gəzib onu tapmışam. Bir də Sara xanım mənim indiki ibarə ilə işlətdiyim Qurd qapısı ifadəsini işlədir.Halbu ki Qərib Soltan  vəfat etdiyi vaxtlar ora Qurd qapısı ərazisi adlanmırdı ki… Sual yarandı məndə hörmətli Sara xanımın neçə yaşı var və atası nə vaxt rəhmətə gedib?… Bunu bilsəm daha ciddi arqumentlərimi bölüşə bilərəm.Yazı müəllifi deyəsən ironiya ilə mənim məzarı tapmağımı “sensasiya” kimi qeyd edir. Bu ironiya və  49 il ictimaiyyətə bəlli olmayan, hətta Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahiyə daxil edilməmiş və Dövlət mühafizəsinə götürülməmiş bu məzar haqqında “itmişdi ki, Xatirə xanım tapdı?”-demək ədalətsizlikdir. İroniya edilməli başqa məsələlər var.Unutqanlıq. Kanal 13-də Qərib Soltanın məzarının bərbad vəziyyətdə olduğunu, müraciətlərimə diqqət ayırılmadığını, xüsusilə AMEA-nın Tarix İnstitutunun bu məsələyə diqqət ayırmamasını tənqid eləmişəm. 2 gündü sayt qalmayıb haqqımda kəskin sözlər yaymasın Yaqub Mahmudov… Bilirsiz necə hörmətli münasibət olub aramızda?! Düşmən olduq həmin məzara görə… Görəsən Sara xanım  bunları bilsə nə deyər?Bəli İtmişdi Qərib Soltanın məzarı! itməsəydi qeydiyyatda olardı.Qeydiyyatda olsaydı bərbad vəziyyətdə olmazdı və hazırda mənim həllinə çalışdığım  məsələ mühafizə olunardı…  Qaldı mənim o qəbirdəki Nanə xanımla bağlı, elə həmçinin Qərib Soltanla bağlı qaranlıqlara aydınlıq gətirməyimə.Hamı bilsin, yalnız yazılı materiallar üzərində gedir tədqiqatlar. Nə üzə çıxır və çıxacaq dəlillərə əsaslanacaq. Beləcə sonda Sara xanıma üz tutub deyirəm,əziz Zərdabi nəsli üzvü, ağbirçək ana, biz gəldi-gedərik. Hamımız sonra ruh olacayıq. Deməli bu başdan ruhlara hörmət eləməliyik. Gedəcəyimiz yer bəllidir, elə yaşayaq ki,  gedəcəyimiz o yerdə bizi qarşılayanların üzünə baxa bilək. Elə öz-özümüzün də üzümüzə baxa bilək… Mən H.Zərdabi. onun Qərib Soltan övladının  ruhunu şad etmək üçün edirəm bunları, hamını da şəffav olmağa dəvət edirəm. Sara xanım isə Bakıya yolu düşəndə bir məni də tapsın gedək Qərib Soltanı, Nanə xanımı ziyarətə. Bildiklərimizi dərd-dil edək… Xatirə QuliyevaFəlsəfə üzrə elmlər doktoru




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler