Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ne yazıq ki, qiyamçıların yanında oldunuz…” – Etibar Memmedova ittiham…

01 Temmuz 2016

9:40 am


01/07/2016 [13:39]: xeber –
Hər il olduğu kimi iyun ayı başlar-başlamaz Azərbaycan tarixinin qara ləkəsi-1993-cü ilin 4 iyun qiyamı-medianın əsas mövzusuna çevrildi. Hər il iyun ayı gələr-gəlməz 4 iyun qiyamı ilə bağlı bəzilərinin narahatlıqları başlayır, bu utanc olayı ilə bağlı olanlar hədəfdən yayınmaq üçün  hər cür yalan, böhtan, şantaj kompaniyalarına baş vurmaqdan çəkinmirlər.  Belə şantaj kompaniyarı bəzən o qədər güclü olur ki, adama elə gəlir 4 iuyn HƏQİQƏTi heç zaman üzə  çıxmayacaq. Amma həqiqətin yaşaması üçün bəzən bir nəfərində olması kifayət edir. Çoxda uzaq olmayan bu faciənin milyonlarla şahidlərinin, minlərlə iştirakçılarının, çoxsaylı sənədlərin, səs yazılarının, televiziya görüntülərinin mövcudluğu 4 iyun həqiqətinin bütövlükdə üzə çıxması şansını artırır.Bu günlərdə 4 iyunla bağlı bir çox yazılar arasında AMİP-çilərin, o cümlədən Etibar Məmmədovun  yazısınıda oxudum. Daha ciddi hesab etdiyim Etibar bəyin yazısı ilə bağlı bəzi mülahizələrimi bölüşmək istəyirəm. Etibar bəy deyir: “Hər il olduğu kimi bu il də iyun ayı başlayan kimi bir dəstə qaragüruhçu və onların yeni davamçıları hücum həvəsinə düşərək böhtan, iftira və qarğışlarla dolu yazıları ilə mətbuat səhifələrini doldurmağa, cəmiyyəti çaşdırmağa və vətəndaşlarda yalan-yanlış rəylər formalaşdırmağa çalışırlar. Yenə də mövzu 1993-cü ilin iyununda AXC-Müsavat hakimiyyətinin iflasının real sosial-siyasi səbəbləri yox, “metafizik” tərəfləri, “günahkar” və “xəyanətkar” axtarışlarıdır. Yenə də hədəfdə milli istiqlalçılardır.”Hər il olduğu kimi bu ildə 4 iyun xəcaləti ilə bağlı AZƏRBAYCAN VƏTƏNDAŞININ mövqe bildirməsi təəccüblü deyil, Etibar bəy. Aydındır ki belə mövqe bildirənlərin arasında   qaraguruhçuda olacaq, iftiraçıda. Təəccüblüsu 4 iyunla bağlı bəzi siyasəilərin (iqtitarda və müxalifətdə olmasından asılı olmayaraq) bitməz-tükənməz narahatçılıqlarıdır. Məgər 1920-ci ilin 28 apreli yüz ilə yaxın tariximizin ən çox müzakirə olunan qara səhifəsi deyilmi? Əgər 1920-ci ilin 27 aprelində milli dövlətimizi yıxmaq üçün işğalçı rus ordusunu Bakıya gətirənlər Bakıdakı rayon, küçə, metro və sairə adları ilə “əbədilliyini” qoruyursa belə mövzu gündəlikdən çıxarmı? Göründüyü kimi hələdə 28 aprelin (o cümlədən  4 iyunun) üzərindən qara pərdələr götürülmür. 28 aprellə müqayisədə 4 iyun yaxın keçmişmizlə  bağlı olduğundan və bu olayla bağlı çoxsaylı məhkəmələrin keçirilməsi, minlərlə rəsmi-qeyri rəsmi  sənədlərin mövcudluğu, iştirakçıların və  şahidlərin əksəriyyətinin hal-hazırda yaşaması və illərlə müzakirələrin aparılması bu müəmmaya aydınlıq gətirmir.    Əslində 4 iyun 28 aprelin başqa bir formatıdır. 1920-ci ilin 27 apreldə gənc dövlətimizin az-para silahlı qüvvələrini  Qarabğda erməni terroristlərlə davaya  cəlb edən ruslar müdafisiz qalan şimal sərhədlərimizdən hücum edərək Bakını işğal etdilər. 1993-cü ilin 4 iyununda isə, Xankəndinin 7 kilometrliyindən milli ordumuz geri çəkdikdən sonra Qraçovun və Şerbakın silahlandırdığı “milli narkomanlar” ermənilərin işğal edə bilmədikləri rayonlarımızı və Bakını “işğal” edirdilər. 27 apreldə qırmızı ordunun “başında” milli xəyanatkarlar Rusiyadan gəlirdi, parlamentdə rus tör-töküntüləri əliheydər qarayevlər işğala hüquqi don geyindirirdilər. 4 iyunda isə rusların silahlandırdığı “milli narkomanların” qiyam qərargahlarının aparıcıları, qiyamçılara dəstək verən “mitinqlərin” təşkilatçıları, parlamentdən milli hökümətə (Elçibəy hökümətinə) çoxsaylı böhtanlar ataraq qiyama hüquqi don geyindirənlər leninlər, çiçerinlər, şaumyanlar, əliyehdər qarayevlər deyildi, xalq hərəkatından çıxmış tanınmış simalar idi. Etibar bəy, yazırsınız ki, “Yenə də hədəfdə milli istiqlalçılardır”. Burada təbii olmayan nə var ki. Milli istiqlalçıların hədəfdə olması cəbhəçilərin və ya müsavatçıların məğlubuyyət günahını azaltmır. AXC hakimiyyətinin məğlubuyyət günahı cəbhəçilərin, müsavatçıların və  iqtidarda təmsil digərlərinin üzərindədir. Cəbhəçilər bu məğlubiyyətin bədəlini ödədilər və hələdə ödəyirlər. Şəhidliklərdə, həbsxanalarda, on illərdir davam edən böhtan kompaniyaları ilə üz-üzə, represiyalar məngənəsində.  Bütün bunlar həmin hadisə ilə bağlı digərlərinin fəaliyyətlərinə göz yummaq anlamına gəlməmlidir, o cümlədən milli istiqlalçıların. Milli dövlətçiliyin məsuliyyətini dərk edən hər nəfər kimi Milli istiqlalçılarda hədəfdə olmaldır. Ona görəki onlar “millin istiqlalçı” olmaqla bərabər həmdə həmin dövrün  “ana müxalifəti” adlandırıdılar. 4 iyun həqiqəti bütövlükdə üzə çıxana kimi 4 iyunla bağlı hər bir kəs, hər bir təşkilat, hər bir dövlət hədəfdə olmalıdır. Xalqın və tarixin hədəfində. Milli istiqlaçılarda həmçinin.Rusiyanın və digər dövlətərin milli dövlətçiliyimizin məhvinə yönəlmiş 4 iyun qiyamında təşkilatların, liderlərin, fərdlərin fəaliyyəti onların kimin yanında (qiyamçıların yoxsa milli dövlətin) dayanmaları ilə qiymətləndirilməli deyilmi?   Milli istiqlalçılar həmdə ona görə hədəfdə olmaldır ki, onlar 1988-dən başlanan Xalq hərəkatının milli istiqlal xəttinin adına sahib çıxdıqları kimi, həmdə məsuliyyətini daşımalı idilər.  Ona görə ki, Xalq hərəkatının liderlərdən biri üzərinə milli istiqlalçılıq missiyasının liderliyini götürmüşdü. Bəli, 20 yanvar faciəsindən (qəhrəmanlığından) sonra  həmin lider Lefartovada həbsdə olanda atalrımız 40 gün yas saxlayaraq, analarımız oruc tutaraq, gənclərimz aclıq və imza kompaniyaları keçirərək bir anda olsun mücadilələrini dayandırmırdılar. Həmin hərəkatın başqa liderləridə vardı, Etibar bəy. Hətta parlament tribunasında AXC hakimiyyəti Gəncəd 69 nəfəri öldürüb kimi yalanları tirajlayan “akademik-ağsaqqalarımız”, “ziyalılarımız” var idi. Diqqət edirsinizmi, heç onların adlarıda çəkilmir. Hamı onları heçə sayır, onlardan hətta umub-küsmürlərdə. Etiraf etmək lazımdır ki, onlar heç üzərlərinə milli-istiqlaçılıq və ya ana müxalifətçilik missiyasınıda götürməmişdilər.  Etibar bəy, xalq, milli dövlətçilik məsələsində milli istiqlalçı və ana müxalifətçilik missiyası üzərinə götürmüş sizlərdən umurdu. Çünki Azərbaycan cəmiyyəti sizləri hərəkata, istiqlaliyyətə  aidiyyatı olmayan yapçılardan fərqli olaraq xalq hərəkatının yetişdiridiyi istiqlaçılar hesab edirdilər.      Tarixi həqiqətlər deyilməlidir, 4 iyun fəlakətini bütün varlığı ilə yaşayan hər kəs gördüklərini, bildiklərini və yaşadıqlarını təkrar-təkrar deməlidir və yazmalıdır. Baxmayarq ki, baş verənlər xalqın qan yaddaşı ilə bərabər sənədlərdə, protokollarda, səs lentlərində, görüntülərdə əbədiləşib. 4 iyun tarixi 28 aprel tarixinə çevrilməməlidir.Heç kəs sizə qarşı dönəmin hakimiyyətini qorumaq və ya məsuliyyətni bölüşmək iddiasını irəli sürməyib. Etibar bəy. Hamı sizdən  qiyam zamanı millətin, milli dövlətin, milli istiqlaliyyətin yanında olmağı umurdu.  Siz isə bir an tərəddüd etmədən insanları vətəndaş itaətsizliyinə çağırdınız, milli dövlətçiliyə qarşı qiyamçılara dəstək verdiniz, qiyamçılarala birlikdə mitinqlər təşkil etdiniz,  qiyamçıların qərargahlarında aparıcılara çevrildiniz, qiyamçılara yüksək dövlət vəzifəsi verilməsini şərt kimi qoydunuz, parlamentdə qanuni hakimiyyətə böhtan atmaqdan çəkinmədiniz, hətta, qiyam hakimiyyətini legitimləşdirmək üçün qərar layihələrinin müəllifliyi məsuliyyətini üzərinizə götürdünüz. Etibar bəy, siz elə sadəlövh adam deyilsiniz. Siz çox gözəl bilirdiniz ki, milli dövlətçiliyə qarşı xarici dövlətlərin dəstəyi ilə hərbi qiyam baş verirsə özlərini ana müxalifət adlandıran milli istiqlalçılar harada olmalıdır? Millətin, milli dövlətin, istiqlaliyyətin yanında, yoxsa xarici dövlətlərin silahlandırdığı, maliyələndirdiyi qiyamçıların? Nə yazıqlar ki, xalqın, cəbhəçilərin və hətta istiqlalçıların gözləntisinin əlehinə olaraq qiyamçıların yanında oldunuz. Xub.   Etibar bəy, Özünüz deyirsiniz ki, “Ədalət naminə deməliyik ki, şəxsi məsuliyyətini dərk edərək keçmiş hakimiyyət nümayəndələri arasında fəaliyyətlərinə cəmiyyət önündə qiymət vermək üçün gücün özündə tapan və “Cinayətimiz məğlubuyyətimizdir” deyə bilən Pənah Hüseyndir.” İnanıram ki, həmin yazını tam oxumusunuz. O yazı təkcə başlıqdan ibarət deyilki. Sizdə təkcə başlığa deyil, həmdə birbaşa sizə və təşkilatınıza aid olan məsələlərə aydınlıq gətirməli idiniz. Aydınlıq gəlməyəndə suallar çıxacaq. Pənah bəy həmin yazıda deyir ki:                                                                  “…biz real siyasi qüvvələrə dərhal hakimiyyət bölgüsü təklif etdik. O vaxtkı siyasi şəraitdə ümumrespublika miqyasında nüfuza və təşkilati struktura malik əsas müxalif qüvvələr Heydər Əliyev və onun tərəfdarları, Etibar Məmmədov və onun partiyası idi…                                  İyunun 6-da günün birinci yarısında Arif Hacıyev Etibar Məmmədovla görüşdü. Onun məlumatına görə, E.Məmmədov prinsipcə hakimiyyət bölgüsündən imtina etməmiş, lakin S.Hüseynova müdafiə naziri vəzifəsini təklif etməyi irəli sürmüşdü.                                  Onun qiyama belə münasibəti problemlər və narahatlıqlar yaratsa da, E.Məmmədovla danışıqların davam etməsi məsələsi nəzərdə tutulmuşdu…                                                  İyunun 7-də prezident aparatında müşavirədəki çıxışımda mən siyasi müxalifətə hakimiyyət bölgüsü barədə rəsmi müraciət etmişdim. Bu çıxış TV-də getdi. Qeyd edim ki, biz lap əvvəldən hakimiyyət bölgüsünə gedilərsə, H.Əliyev və E.Məmmdovun eyni zamanda hakimiyyətdə təmsil olunmasını nəzərdə tuturduq. Bu bütün digər, başlıca olaraq, ümummilli mənafelərlə bağlı səbəblərlə yanaşı Prezidentin H.Əliyev və E.Məmmədov arasında yaranacaq rəqabətdən siyasi cəhətdən faydalanaraq daha çox müstəqillik saxlaması, manevr imkanları qazanması üçün də vacib sayılırdı. Lakin gözlənilmədən iyunun 6-sı axşam E.Məmmədovun AMİP rayon şöbələrinə hakimiyyəti ələ almaq barədə əmr verdiyi haqqında məlumat gəldi. İyunun 7-də səhər isə o, mətbuat konfransı çağıraraq iqtidarı qardaş qanı tökməkdə, cinayətlərdə günahlandırdı, vətəndaş itaətsizliyinə keçdiklərini elan etdi. Baxmayaraq ki, AMİP faktiki olaraq heç bir rayonda hakimiyyəti ələ almağa nail olmadı, respublikada siyasi sabitliyin pozulması başlandı və qiyamın sonrakı uğurlarında bunun həlledici rolu oldu.                                                                                                                                          …Qeyd edim ki, hətta E.Məmmədovun qiyama faktiki olaraq qoşulduğundan sonra da vəziyyətin dövlətin əsasları üçün törətdiyi təhlükəni nəzərə alaraq onun hakimiyyətdə təmsil olunması üzərində bir çoxları, o cümlədən mən təkid eləməkdə davam edirdik. İyunun 15-də H.Əliyev Ali Sovetin sədri seçildikdən sonra mən prezidentin qəbulunda oldum və nə üçün E.Məmmədovun baş nazir təyin olunmaması barədə soruşdum. Bəy mənə baxdı və dedi ki, o (E.Məmmədov) sənin həbsini, İsanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Mən “Əgər iş bununla düzəlirsə, göstəriş ver, elə məni indi həbs etsinlər” cavabını verdim və bunu həqiqətən səmimi deyirdim. Mən hesab edirdim ki, həm Ali Sovet sədri, həm də baş nazir postları tutulandan sonra qiyamçıların siyasi müxalifətlə ittifaqını davam edib leqallaşması şansı xeyli azalır….”Etibar bəy, yazıdakı məsələlərə aydınlıq gətirmək əvəzinə “…Bu əmanəti qoruya bilməyənlər belə yükün altına girməməlidirlər” kimi “metafizik” (E.M.) yorumlar yapırsınız.  O ağır yükü Elçibəy götürdü və bacardığı yerə kimi daşıdı, amma əmanətə xəyanət etmədi. Xarici dövlətlərin yaratdığı, bütövlükdə siyasi müxalifətin dəstək verdiyi 4 iyunun 28 aprelə çevrilməsinin qarşısını ala bildi. Hakimiyytini və təşkilatını itirməklə, şəhidlər verərək, cəbhəçilərin və özünün məhv olma təhlükəsi ilə üz-üzə dayanaraq.1920-ci ilin 28 aprelində əlhydər qarayev parament binasında üçrəngli bayrağı yerə atanda M.Rəsulzadə demişdi: O bayraq yerə düşmədi, Azərbaycan gəncinin qəlbində məskunlaşdı. Azərbaycan gənci nə vaxtsa həmin bayrağı ürəyindən çıxardaraq yüsəkliyə qaldıracaq. Çünki, bir kərə yüksələn bayraq bir daha enməz. Qarayevlər, əhmədovlar, məmmədovlar gəldi gedərdi. Əsas odur ki, yoxdan bir bayraq yapan  Rəsulzadələr, bir kərə yüksələn bayrağı bir daha enməyə qoymayan Elçibəylər var. Bəybala Əbil




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler