Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ne vaxtsa tarix qarşısında Azerbaycana utancveren şerefsiz böhtançılar cavab verecek”

19 Temmuz 2016

7:12 am


19/07/2016 [11:08]: xeber –
Bəzi saytlarda   mənimlə Azərbaycanın Qırğızıstandakı səfiri haqqında tənqidi yazılar tirajlanır. Məsələn yazıların birində deyilir ki:”Nüsrət Məmmədov Qırğızstanda Heydərizmin zərərli təbliğatına həsr edilən 5-6 kitab da daxil olmaqla, Azərbaycan tarixinə, siyasi – hərbi problemlərinə aid 60 – dan çox kitabı öz vəsaiti ilə qırğız, rus və ingilis dillərinə tərcümə və çap etdirib, Qırğızstanda kitabxanalara, orta və ali məktəblərə paylayıb” frazasında həqiqəti özündə əks etdirməyən məlumat var. Belə ki rəhbəri olduğum fondun maliyə dəstəyi ilə Qırğızıstanda Ulu Öndərimizin irsinin təbliği çərçivəsində 10-dan çox kitabı müxtəlif dillərə tərcümə etdirib, nəşr edib pulsuz yaymışıq. Ulu Öndərimizin irsinin, Azərbaycanın tarixinin. Prezidentimizin apardığı siyasətin təbliğini  müqəddəs hesab edirəm. “Qırğızstanda Heydərizmin zərərli təbliğatına həsr edilən 5-6 kitab da daxil olmaqla” fikri gördüyümüz işlərə kölgə salır. Belə yazıların mətbuata yol açması heç də xoşa gələn deyil.Mən Qırğızıstanda yaşayan bir Azərbaycanlı kimi həmişə Azərbaycan dövlətinin, xalqının, onun Prezidentinin yanında olaraq dövlətimizi, Prezidentimizin apardığı daxili və xarici siyasəti təbliğ edən bir adamam. Du günə kimi 85-dən çox kitabı müxtəlif dillərə tərcümə etdirib, nəşr edib pulsuz yaymışam.  Heç bir müxalifət mətbuatı ilə, müxalifətçi ilə əlaqəm yoxdur. Ona görə də istəmirəm ki mənim adım xoşagəlməyən yazılarda hallanaraq gördüyümüz işlərə kölgə salınsın. Əlbəttə, belə yazılar təkcə müxalifət tərəfindən yox, bizi istəməyən şərəfsiz ünsürlər tərəfindən də sifarişlə yazdırılır (bəlkə də özləri yazıb kimlərəsə imzaladırlar). Haqqımda nə istəsələr yaza və yazdıra bilərlər, amma özümün müqəddəs sayaraq gördüyüm işlərə kölgə salınmasına əsla razı ola bilmərəm. Ona görə də bütün mətbuat rəhbərlərinə səslənirəm- haqqımda yazılan, özümün müqəddəs sayaraq gördüyüm, Ulu Öndərimizin irsinin, Azərbaycanın tarixinin. Prezidentimizin apardığı siyasətin təbliği   haqqında tənqidi yazıların tirajlanmasına yol verməyin. Faktlar səhvi bağışlamır. Kimliyindən və tutduğu vəzifəsindən  asılı olmayaraq, nə vaxtsa tarix qarşısında Azərbaycana utancverən şərəfsiz böhtançılar cavab verəcəkdir.Hörmətlə, Nüsrət Məmmədov Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler