Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ne qeder nefesim var, ermeninin yanına gedeceyem…” – Xalq artistinin qızı

12 Temmuz 2016

2:56 pm


12/07/2016 [18:54]: xeber –
Xalq artisti Ramiz Novruzun son vaxtlar adı mətbuatda erməni stilistlə birgə hallanan qızı, tanınmış stilist Şəfəq Novruzova Şəfəq Novruzova aznews.az-a müsahibə verib. Bsayt müsahibəni təqdim edir:O, səslənən ittihamlara cavab verib və bəzi məqamlara toxunub.- Azərbaycanda tanınan stilistlərdənsiniz. Amma deyilənə görə, bu işlə vidalaşmaq istəyirsiniz…- Mən həmişə deyirdim ki, yaş ötdükcə başqa sənətə gedəcəyəm, gəlin bəzəməkdən bir az uzaqlaşacağam. Onu da yavaş-yavaş həyata keçirdirəm. Bilirsiniz ki, mən Azərbaycanda stilist məktəbi açmışam. Artıq mənə master-klasslara daha çox təklif gəlir. İlk dərsim İranda oldu. Heç vaxt master-klass keçməmişdim. İrandan sonra Türkiyə, İngiltərə və s. Ona görə bu ay mən haradasa 10 gün gəlin bəzəyiylə bağlı sifariş götürə bilmədim. Növbəti master-klass Yekaterinburqda olacaq. – Bir neçə ölkənin adını çəkdiniz. Sizi o ölkəyə dəvət edənlər necə tanıyıblar?- İnstaqram vasitəsilə. Onu yaradanlara təşəkkür edirəm. Uzun illər əziyyət çəkmişəm. ATV telekanalında “Şarm” verilişi vardı, qazandığımızın yarısını o verilişə qoyurduq ki, insanların bizdən xəbəri olsun. Bu gün mənim haqqımda nə şayiələr yayırlarsa, mən İnstaqramda onun açıqlamasını verirəm. Mən əsl Şəfəqi İnstaqramda göstərə bilirəm. İşgüzar, saat 6-da yuxudan oyanan, gəlinləri şəxsən özü bəzəyən Şəfəqi ictimaiyyətə təqdim edirəm. Halbuki adıma yüz söz deyirlər. Guya mən gəlinləri özüm bəzəmirəm, guya gəlinlər salondan ağlaya-ağlaya çıxırlar. Yalandır, inanın ki, məndə gəlin bəzəyi üçün növbə olur həmişə. Qapıda xahiş edirlər, məni sən bəzə, Şəfəq, deyirlər. Ümumiyyətlə, tək mən yox, bir çox stilistlər instaqramda tanındı. – Xarici ölkələrdə master-klasslarınıza çox adam qatılır?- Düzünü deyim, mən inanmazdım ki, İranda bu sənətə bu qədər maraq var. İlk dərsimdə xanımların sayı həddən çox idi. Eşidən-bilən gəlirdi. Hər iş gördükçə alqışlayırdılar. Sən demə, İranda məni sevirmişlər. Əl işlərim onlar üçün fərqli gəlib. – Master-klass dərsləri keçdiyiniz ölkələrdən sizə işləmək üçün dəvət gəlsə, qəbul edərsiniz?- Gedərəm. İstəyərdim ki, xaricdə yaşayım. Çünki Azərbaycanda insanın qədir-qiyməti bilinmir. Buranı hamıdan çox sevirəm. Əksinə, burada sevilmişəm, karyera qurmuşam. Əlbəttə ki, bunları gedib başqa ölkələrdə yenidən başlamaq çox çətin olacaq. Amma inanın ki, insanlardan yorulmuşam. Camaatın gözü məndədir, tanınmış stilistlər məni instaqramda izləyir. Amma… Bir də baxıram ki, bizimkilər yazır: “Siz filan şeyi çox edirsiniz”, “Bizimkilər ölür də makiyajı belə etmək üçün”, “Xaricilərə bax da” və s. Gülməyim gəlir. Camaatın gözü məndədir. Stilimə görə Moskva, Türkiyə, İtaliyadan belə mənim yanıma gələn xanımlar var. Biz özümüz-özümüzü yerə vururuq. Ona görə də insanlardan, saxtakarlıqlardan, riyakarlıqlardan bezmişəm.- Sizdən nə istəyirlər?- Bilmirəm, heç kimlə də işim yoxdur. Əksinə, bacardığım qədər ətrafıma “çörək” verməyə çalışıram. Bacardığımı dərs verdiyim tələbələrin hamısına öyrədirəm. Elə təzə dərs keçdiyim tələbələr də mənim səxavətliliyimdən danışır. Deyirlər ki, Şəfəq xanım əl işlərini bütün tələbələrinə nümayiş etdirir ki, tez bir zamanda biz də onun kimi olaq. Yəni, mən bununla yaşayıram, sənətimi sevirəm. Düşünürəm ki, uğurlarım çoxdur. Sadəcə onu gözü götürməyənlər daha çoxdur. Ancaq kənardan bunları eşidirəm: “Şəfəq gəlinləri ağladıb yola salır”, “Şəfəq xanımları yaman günə qoydu” və s. Bunlar məni yorur.- Bəlkə, bütün bunlar rəqiblərinizin işləridir?- Əlbəttə. Bilirsiniz, mənim nə qədər rəqibim var? Özü də açıq və gizli şəkildə olan rəqiblər. Sosial şəbəkələrdə qısametrajlı videolarıma gözlərini dörd açıb baxırlar. Deyirlər ki, Şəfəq bunu belə elədi, Şəfəq onu elə elədi, göz kölgəsini belə çəkdi-filan. Baxırlar, öyrənirlər, paxıllıqlarından isə “Şəfəq nə bəzəyir e?” deyənlər də var. Onlar məni izləyirlər, amma istəmirlər ki, mənim bundan xəbərim olsun.Millətin gözü tərəzidir. Bu sənətə mənimlə bir başlayan insanlar çox idi, amma onlar kölgədə qaldılar. Mən instaqram səhifəmi açan kimi reytinqim qalxdı. Hamı bilir ki, instaqramda heç nə pulla deyil, özünü və işini göstərməlisən. Söhbət də budur. – Bu sənətə maraq sizə kimdən, haradan keçib?- Mənim bu sənətlə bağlı heç bir təhsilim yoxdur. İlk saç ustam Georgi Kot olub. Düzdür, mənim stilim olub, amma saç düzümü üçün ustalarım olmayıb. Bu sənətdə əsas əl işi səliqəsidir. Sənət isə mənə atamdan keçib. Atam tanınmış xalq artistidir, ailəmizdə sənətkar var.- Georgi Kotu haradan tanıyırdınız?- Azərbaycanda onu heç kim tanımırdı. Mən isə onu instaqramdan tanıyırdım. Onu ilk dəfə görəndə düşündüm ki, Yer üzündə belə stilist ola bilməz. Çox ustalar tanımışam. Amma heç bir usta məni heyrətləndirə bilməyib. O isə məni sözün əsl mənasında təəccübləndirdi. Lakin indi onun işi də mənim üçün adiləşib. Mən onu görəndə “bir stilist saçı əlində belə firlada bilməz” deyə şoka düşmüşdüm. Onun yanına Azərbaycandan ilk gedən mən olmuşam. Məndən sonra Azərbaycandan Georgi Kota yollar açıldı. Əslində buna çox sevinirəm, çünki mən nə edirəmsə, kimlərsə arxamca gəlir. Hamı bilir ki, mənim atdığım addım səhv deyil. Sevinirəm ki, onlar məni özlərinə kumir seçirlər. – Şəfəq xanım, sonradan onun erməni olması ortaya çıxdı.- Biz bilirik ki, ermənilərin soyadının axırı “yan”la bitir. Mən də o qədər də gözüaçıq deyiləm ki, soyadı başqa cür bitən birinin erməni olduğunu düşünəm. İnanmazdım ki, o, erməni olar. Getdim yanına, dərs aldım. Dərs keçdiyimiz anlardan fotolar paylaşdım. Bir də baxdım yazırlar ki, utanmırsınız, erməninin yanında dayanmısınız, ondan dərs alırsınız. Şoka düşdüm. İnsanlar həm də başqalarının tərcümeyi-halını oxuyurlar. Mən isə bütün bunları oxumadan onun yanına getmişəm. Sən demə, onun atası rus, anası isə ermənidir.- Siz onun yanında nə qədər qaldınız?- Haradasa iki həftə.- Sizdən sonra həmin ermənidən dərs almaq üçün Azərbaycan stilistlərindən onun yanına gedən oldu?- Əlbəttə. Məndən sonra Azərbaycanda Georgi Kot dəbə düşdü. O, söhbət əsnasında dedi ki, Azərbaycandan mənim yanıma ilk gələn sizsiniz.- Bəs niyə “Şəfəq Novruzova ermənidən dərs alıb”, “Erməni ilə şəkil çəkdirir” deyə təkcə sizi ittiham etdilər?- Ondan dərs alan həmkarlarımın məni hədəfə gətirdiyinə işarə edirsinizsə, mən belə düşünmürəm. Stilistlərin hamısının bir amalı var, bu sənəti mükəmməl öyrənib pul qazanmaq, vəssalam. Onun sənətinin böyüklüyünü görüb Georgi Kotu Azərbaycana dəvət etmişdim, hətta ona buna görə qabaqcadan avans da vermişdim. O, Bakıya aprelin 7-də gəlməliydi. Mən heç vaxt bilməzdim ki, atası rus, anası erməni olan bir stilistin gəlişi Azərbaycanda sensasiyaya səbəb ola bilər. Bizdə əsas atadır. Ata haralıdırsa, uşaqlar da oralı sayılırlar. Bundan əlavə, mən onun yanına gedəndə erməni olduğunu bilmirdim. Bunu onun yanında olarkən mənə gələn mesajlardan bildim. Araşdırdım, baxdım ki, anası ermənidir. Amma yenə də fikirləşdim ki, atası rusdur, əsas da ata tərəfdir.- Necə oldu ki, Georgi Kotun Bakı səfəri təxirə salındı?- Baxdım ki, mesajların ardı-arası kəsilmir, mən də təxirə saldım. Erməni olsa da, bu insan sənətkardır. Bəlkə də dünyada tapıntıdır. Qeyri-adi stilistdir, mən ona erməni deyil, sehrbaz kimi baxıram. Bu günə kimi məni heç bir stilist təəccübləndirməyib. Yeri gələndə mənim imkanım da böyükdür, buradan Amerikaya kimi gedə bilərəm. Ərəblər də gözəl saç düzümləri edirlər, oraya da gedə bilərdim. Amma çox araşdırandan sonra qənaətə gəldim ki, bu sənətdə yeganə sənətkar budur.- Ünvanınıza deyilən dedi-qodulardan sonra erməni stilistlə əlaqənizi kəsdiniz, yoxsa…- Yox, mən ondan dərs aldığıma görə ünvanıma deyilənlərlə bağlı heç nə düşünmürəm. Mən ona ancaq sənətkar gözü ilə baxıram. Onun milliyyəti məni qətiyyən maraqlandırmır. O da istəməzdi ki, bu söz-söhbətlər, xalqlar arasında dava olsun. Məndə videolar var. Bunlar faktdır. Erməni mənim şərəfimə Azərbaycan mahnısı oxutdurur. Özü də dərs gedə-gedə. Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısı oxunur, o da bərkdən deyir ki, gəlin Şəfəqi alqışlayaq. Qoy məni pisləyənlər bilsinlər ki, Kotun Azərbaycan-Ermənistan davasından xəbəri yox idi. O, bu dava haqda məndən eşidəndə şoka düşdü. Kot Soçidə yaşayan adam olub, bu boyda davadan xəbəri olmayıb. Ümumiyyətlə, o akademiyada erməni-müsəlman davasından çoxunun xəbəri yox idi. Mən bunu Georgiyə geyəndə gözləri kəlləsinə çıxmışdı. Dedi ki, yəni bunlar doğrudan baş verib? İnternetdə bütün faktları qoydum qarşısına. Pis olmuşdu. Amma Georgini Bakıya dəvət etməyimi şişirtdiyinə görə bəzi şəxslərə “təşəkkür edirəm”. – Niyə? – Mənim bir sözüm var. Həmişə deyirəm ki, mən Allahın sevimli bəndəsiyəm. Burada çox məna var. Allah həmişə pis insanların iç üzünü mənim qarşımda açır. Aprel döyüşləri oldu. Şəhidlərin 3-ü aprelin 7-nə düşürdü. Həmin gün də Georgi Bakıya gəlməliydi. Nə yaxşı ki, əvvəlcədən bu dedi-qodunu görüb onun Bakıya olan səfərini təxirə salmışdım. Nə yaxşı ki, mənim bəzi həmkarlarım üstümə hücuma keçdi, adımı erməni ilə iş birliyində hallandırdılar. Onlar bilmədən mənim gözdən düşməyimin qarsısını aldılar. Özləri də bilmədən mənə kömək əli uzatdılar. Sağ olsunlar, onlar mənim xalqın gözündən daha da düşməyimə mane oldular. Çünki aprelin 7-si, şəhidlərin 3 mərasimində, o, Bakıya gəlsəydi, bəlkə də məni yumurta yağışına tutardılar. Çünki həmin döyüşlərdə mənim də yaxınlarım şəhid oldular. Düşünürəm ki, mən yuxudan ayılıb onun Bakı səfərini təxirə salmasaydım, gözdən düşəcəkdim. Əgər belə bir hadisə baş versəydi, özümün-özümə hörmətim azalardı. Paxıllığımı çəkənlərə təşəkkür edirəm. Onlar məni xalq qarşısında biabırçılıqdan qorudular.- Bütün bunlardan sonra erməni stilistdən yenə dərs almaq istəyirsiniz?- Gizlətmədən deyirəm ki, hə. Mən onun sənətini sevirəm. Bizim üçün onlar düşməndir. Amma eyni zamanda onlar da bizi düşmən sayırlar. Biz nə deyiriksə, onlar da elə deyirlər. Bütun bunlara baxmayaraq, Kot, həqiqətən də, sənətkardır. Nə qədər nəfəsim var, ürəyim istəyəndə bilet alıb onun yanına gedəcəyəm. Onun əllərinə baxanda ilham alıram.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler