Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ne qeder ki, KTN-e kartoşkayla soğanı tanımayan nazir rehberlik edecek…”

21 Eylül 2016

10:40 am


21/09/2016 [14:38]: xeber –
Xəbər verdiyimiz kimi prezidenti İlham Əliyev sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirdi. Prezident ümumrespublika müşavirəsində bir çox problemlərə toxunub və aqrar sahədə islahatların aparılmasını zəruri hesab edib. Həmçinin İlham Əliyev vurğulayıb ki: “2016-cı il pambıqçılığın inkişafı üçün həlledici il olacaq. Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq”.Prezidentin Sabirabadda keçirdiyi ümumrespublika müşavirəsini müxalif partiyaların necə dəyərləndirdiyini öyrənmək istədik. Mövzu ətrafında fikirlərini bildirən MMP sədri Hafiz Hacıyev qeyd edib ki, neftdən sonra Azərbaycanda ikinci ən böyük sahə aqrar sahədir. Aqrar sahəni də inkişaf etdirməkdən ötrü birinci kadr lazımdır. Amma çox təəssüflər olsun ki, kənd təsərrüfatında o kadrlar yoxdur:“Neftdən sonra Azərbaycanda ikinci ən böyük sahə aqrar sahədir. Aqrar sahəni də inkişaf etdirməkdən ötrü birinci kadr lazımdır. Amma çox təəssüflər olsun ki, kənd təsərrüfatında o kadrlar yoxdur. Prezident çıxışında çox əhatəli şəkildə Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı böyük konsepsiyalar irəli sürdü. Amma prezidentin qabardığı problemləri yerinə yetirən məmur, qurum lazımdır. Çox təəssüf ki, bu gün nə elə məmur, nə də qurum var. Misal olaraq deyim ki, Kənd Təsərrüfatı naziri Heydər Əsədovun kənd təsərrüfatından anlayışı yoxdur. Yəni Heydər Əsədovla Azərbaycan kənd təsərrüfatını heç vaxt inkişaf etdirmək mümkün olmayacaq. Heydər Əsədov başdan-ayağa yalan danışır. Nazir səmimi olmalıdır. Əgər səmimiyyət, prezidentə ürəkdə məhəbbət yoxdursa, mən düşünürəm ki, o məmurların görükləri işlərin bir bəhrəsi də olmayacaq.Prezident bu vaxta qədər çox sahələrin problemləri haqqında danışıb. Amma o sahələrdə də inkişaf biz görmədik. Ona görə deyirəm bu vaxta qədər hansı sahələrdə inkişaf olub ki, kənd təsərrüfatı sahəsində də olsun. Bu gün kənd təsərrüfatının bərbad hala düşməsində Heydər Əsədovun bir nömrəli rolu var. Onun yarıtmaz siyasəti və kənd təsərrüfat sahəsin bilməməyi Azərbaycan xalqını çörəksiz, ərzaqsız qoydu və bu kənd təsərrüfatı məshullarının bahalaşması ilə müşahidə olundu. Bu baxımdan mən düşünürəm ki, bu gün prezidentin ərtafında olan məmur təbəqəsi heç vaxt prezidentə sadiq olmayıb və sadiq olası da deyillər. Yenə deyirəm nə qədər ki, Heydər Əsədov aqrar sahədə var o sahə heç vaxt inkişaf etməyəcək. Ona görə ki, bu cür məmurlar xəyanət yolun tutublar. Xəyanət yolu tutan məmurların da pulları əlindən alınmalıdır, onlara imkan verilməməlidir ki, əllərindəki pulları Milli Şuraya xərcləsin və Azərbaycanda qarışıqlıq yaratsınlar.Necə ola bilir ki, Heydər Əsədovun kürəkəni Əli Kərimlinin oğlun maliyyələşdirib Konkresdə İlham Əliyevin əleyhinə çıxış etdirir? Ziya Məmmədovun bu cür işlərindən sonra onun atası, ya da qaynatası Azərbaycanda hansısa sahənin inkişafına çalışmazlar. Çünki onlar istəmirlər prezident xalq arasında söz sahibi ola. Nə qədər ki, Kənd Təsərrüfatı Nazirliyinə kartoşkayla, soğanı tanımayan nazir rəhbərlik edəcək, o vaxta qədər də o sahənin axırı yoxdur. Mən bu sözləri deyəndən sonra Heydər Əsədov mənim kənd təsərrüfatı ilə məşğul olan qohumlarımın evlərinə baytar həkim göndərir. Baytar həkim də gedib malları yoxlayıb deyir ki, mənə 100 manat verin çıxım gedim. Bu cür qəssablıqla məşğul olan nazirin sahəsindən hansı inkişafdan söz gedə bilər?Heydər Əsədova deyirəm ki, istəyirsə getsin qohumlarımın bütün inəklərin gətirsin Varovskidə tikdirdiyi villaya bağlasın. Nə edir etsin, mən həmişə öz sözümü deyəcəm və həmişə də onlardan fərqli olaraq prezidentin yanında olacam. Həm də mən məcburam prezidenti bu cür cəsuslardan qorumağa. Çünki onların tək məqsədi Azərbaycandan başqa işlərində istifadə etməkdir. Prezident də gözəl işlər görmək istəyir, amma ətrafı bu işlərin görülməsinə imkan vermirlər. Mən prezidentin yerinə olsam bu cür yaramaq nazirlərə görə xalqnan heç vaxt pis olmaram. Ona görə indiki məmurların bir çoxu istefaya getməlidir və xalqa, millətə sadiq olan kadrlar gəlməlidir. Məmurlarda pul qüruru yox, milli qürur olmalıdır. Belə olan şəraitdə biz hansısa sahələrdə inkişaf görə bilərik”.(pia.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler