Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ne mutlu ermeniyem deyene” hayqıran Türkiye telekanalları “azeri”ni unutdu – VİDEO

23 Temmuz 2016

8:08 pm


24/07/2016 [00:07]: xeber –
Təbii ki, Türkiyədə 15 iyuldan bu yana yaşananlar Azərbaycanda da diqqətlə izlənilir və azərbaycanlılar, Anadolu türklərinin təbirincə desək, azərilər qardaş ölkədə baş verənləri narahatlıqla, nigarançılıqla izləyərək bu böhranın ən qısa zamanda sona çatmasını arzulayır.Ancaq bu gün Türkiyə telekanallarında dəfələrcə yayınlanan bir reklam çarxı Azərbaycanda və Türkiyədə yaşayan azəriləri xəyal qırıqlığına uğratdı. Əcəba, Türkiyədə hələ Çanaqqala savaşından üzü bəri azmı azəri öz canını və qanını fəda edib? Elə 15 iyulda İstanbulda Boğaziçi körpüsündə əlinə Türkiyə bayrağı alıb özün tankın qabağına atan keçmiş millət vəkilimiz Əlövsət Ağalarovun yaralanmasını göstərmək kifayətdir ki, bizlərin hər zaman Türkiyə ilə nəfəs aldığımızı, onun suverneliyini və dimdik ayaqda durmasını bütün varlığımızla istədiyimizi ortaya qoyduğumuzu isbatlamış olaq. Elə isə nədən əsrlərcə Türkiyənin qanına susamış ermənilərin adı çəkildiyi halda can və qan qardaşları olan azərilərin adı çəkilmir? Çox təəssüf…NE MUTLU Türküm, Lazım, Boşnağım, Kürdüm, Zazayım, Gürcüyüm, Çerkezim, Çeçenim, Pomağım, Romanım, Arabım, Süryaniyim, Ermeniyim, Rumum, Arnavutum, Museviyim, Hristiyanım, Müslümanım, Aleviyim, Sünniyim diyene!Çünkü, biz canımızı, kanımızı feda ederek Kurtuluş Savaşımızı el ele, hep birlikte kazandık. Demokrasi savaşını da el ele, hep birlikte kazanacağız. Halk eğilmez Türkiye bölünmez…




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler