Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nazirliyin dekoder – RƏZALƏTİ

08 Kasım 2016

9:48 am


08/11/2016 [13:46]: xeber –
Xəbər veriyimiz kimi, noyabr ayının 1-dən Bakı və Abşeronda analoq yayım tam dayandırıldı. Bir aydan sonra bölgələrdə də ancaq rəqəmsal yayım gerçəkləşdiriləcək. Analoq yayımın dayandırılacağı ilə bağlı bir neçə il əvvəl məlumat verilsə də, əhali rəqəmsal yayıma keçməyə tam hazır deyildi. Demək olar ki, əhalinin çoxunda ya rəqəmsal yayımı dəstəkləyən TV yoxdur, ya da köhnə TV-lərinə dekoder quraşdırmayıblar. Bunun səbəbləri də hər kəsə aydın bəllidir,  ölkədə iqtisadi vəziyyətin aşağı düşdüyü bir vaxtda əhaliyə əlavə bir xərc yaratmaq heç də qənaətbəxş hesab edilmədi. Hökumət də vətəndaşların pulsuz dokoderlərlə təmin olunması təklifini dəstəkləmədi. Ekspertlər analoq yayımın dayandırılmasının çox tez olduğunu bildirəslər də Milli Teleradio İstehsalat Birliyi rəqəmsal yayımla yanaşı analoq yayımın baha başa gəldiyini açıqladı.  Ancaq indi toxunacağımız məsələ sırf dekoderlərlə, daha anlaşıqlı desək, rəqəmsal tv cihazları ilə bağlıdır. Belə ki, analoq yayım dayandırılan kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirildi ki, dekoderlər poçtlarda da satılacaq və qiyməti 22 manat təşkil edəcək. Bu barədə hətta televiziya kanallarında da gün ərzində dəfələrlə elanlar təqdim edilir. Əhaliyə xəbərdarlıq edilir ki, mağazalarda aldanmayın, dekoderləri mağazalardan 35 manata deyil,  poçt şöbələrindən 22 manata alın. Ayın əvvəlində MTRŞ-nin şöbə müdiri İsa Məmmədov da mətbuata açıqlamasında dekoderləri bağlı məlumat verərkən qiymət məsələsinə də toxunmuşdu. Bildirmişdi ki, əhali dekoderləri 25-30 manat arası ala bilərlər. Təəsüf ki, bu gün nə MTRŞ rəsmisinin dediyi, nə də RYTN-nin elanındakı qiymətə dekoder tapa bilmədik. Yaxınlaşdığımız bütün mağazalarda ən ucuz dekoderin qiymətinin 35 manat olduğunu gördük. Bundan sonra RYTN-nin elanını nəzərə alıb poçtlara üz tutduq, ancaq orada da dekoderlərin 22 yox, 35 manata satıldığının şahidi olduq. Qiymətin elandakı məbləğdən 13 manat çox olmasının səbəbini soruşduqda isə qəribə bir cavabla qarşılaşdıq. Poçt əməkdaşları bildirdilər ki, 22 manata satış sadəcə kampaniya xarakteri daşıyırdı və həmin kampaniya artıq bitib. Kampaniyanın niyə belə tez müddətdə başa çatması bir sual doğursa da, əsas sual bu barədə elanların nəyə görə TV-lərdən yığışdırılmaması ilə bağlı idi. Suallarımızın cavabını almaq üçün RYTN-nin məhz bu rəqəmsal yayımla bağlı yaradılmış Qaynar xəttinə, 14-11 nömrəsinə zəng vurduq. Buradan isə tamamilə fərqli bir cavab aldıq. Telefonda bizə cavab verən şəxs 22 manata satılan dekoderlərin keyfiyyət baxımından özünü doğrultmadığını və bu səbəbən də satışdan yığışdırıldığını bildirdi. Maraqlıdır, ümumiyyətlə 22 manata poçt şöbəsindən dekoder alan olubmu, olubsa qurum rəsmisinin dediyi kimi, keyfiyyətsiz çıxıbmı və əgər çıxıbsa, həmin poçt şöbəsi keyfiyyətsiz dekoderi geri alaraq həmin vətəndaşa ödədiyi pulu geri qaytarıbmı? Əgər belədirsə, telekanalların səhərdən axşamacan bar-bar bağırdığı 22 manata dekoder elanları hansı səbəbdən yığışdırılmayıb? Olmaya bu məsələdə də kimlərsə gözdən pərdə asmağa çalışır? Yoxsa gerçəkdən də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalini düşünür?Bu sualların cavabını isə sayt-ın növbəti araşdırmasında tapa biləcəksiniz.   Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler