Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nazirlik ulduz alan otellerin siyahısını açıqladı

05 Temmuz 2016

2:04 pm


05/07/2016 [18:02]: xeber –
Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatını aparılıb.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.Bildiririk ki, cari ilin iyun ayı ərzində Bakı şəhərində yerləşən aşağıda adları qeyd olunan 6 mehmanxanaya AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilmişdir.1. “Karvan Palace” mehmanxanası – (4 ulduz);2. “SunRise Hotel” mehmanxanası – ( 4 ulduz)3. “Şah Hotel” mehmanxanası – (3 ulduz);4. “Nizami Street Hotel” mehmanxanası – (3 ulduz);5. “East Legend Panorama” mehmanxanası – (3 ulduz);6. “Şəms” mehmanxanası – (3 ulduz).Qeyd edək ki, hal-hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 106-ya çatıb.(virtualaz.org)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler