Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nazirlik sabaha olan hava proqnozunu açıqladı

02 Kasım 2016

9:28 am


02/11/2016 [13:27]: xeber –
Bakı və Abşeron yarımadasında noyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 5-7° isti, gündüz  9-13° isti, Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət  85-95% təşkil edəcək.Azərbaycanın rayonlarında gözlənilən hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler