Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nazirlik partlayışla bağlı – Melumat yaydı

26 Temmuz 2016

2:52 pm


26/07/2016 [18:48]: xeber –
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Şirvandakı ”Araz” zavodunda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.sayt həmin məlumatı olduğu kimi təqdim edir:“İyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş verib.Hadisə nəticəsində ölən yoxdur, 11 nəfər yüngül formada xəsarət alan var. Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər.Fasilələrlə yaranan partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır.Müdafiə sənayesi naziri Yavər Camalov hadisə baş verdiyi andan etibarən Şirvan şəhərinə yola düşüb. Hal-hazırda hadisə yerindədir.Hadisənin baş vermə səbəbləri ilə bağlı məlumatlar araşdırmalardan sonra veriləcək.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler