Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nazirlik işçi axtarır -Maaş 700 manat

10 Ekim 2016

11:28 am


10/10/2016 [15:25]: xeber –
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti-Zəng Mərkəzində vakant olan kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.Müsabiqədə yaşı 20-dən 23-dək, boyu 160 santimetrdən yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan, Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.Namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Kompüter və rabitə avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcəkdir.Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə ilkin olaraq 700 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır.İştirak etmək istəyən şəxslər 2016-cı ilin oktyabr ayının 25-dək mia.gov.az./?/az/content/29779/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected]/* */ ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.Əlavə məlumat üçün əlaqə telefonları:(012) 590-92-54 şəhər12-54 (daxili)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler