Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nazirlik herbi sanatoriyanın reisi haqqında seslenen ittihamlara cavab verdi

17 Ağustos 2016

3:16 pm


17/08/2016 [19:14]: xeber –
sayt-da dünən yayımlanmış “Mərkəzi Hərbi Sanatoriyanın rəisi haqqında ŞOK İTTİHAMLAR” sərlövhəli yazıda saytın elektron poçtuna göndərilmiş ağır ittihamlarla dolu şikayət məktubu işıqlandırılmışdı. Məktub müəllifləri Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasının rəhbərliyinin ünvanına şok itihamlar səsləndirmişdilər. Eyni zamanda, baş verənlərdən Müdafiə Nazirliyi rəhbərliyinin və Hərbi Prokurorluğun məlumatlı olduğunu iddia edirdilər.Şikayət məktubunu işıqlandırmaqla yanaşı, məktubda adı keçən hər kəsin, ittiham olunan səlahiyyət sahiblərinin mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildirmişdik. Çox keçmədi ki, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyevdən ittihamlara cavab gəldi.Rəsi N.Əliyev bildirir ki, Mərkəzi Hərbi Sanatoriya hərbi qulluqçuların və onları ailə üzvlərinin istirahətini lazımi səviyyədə təşkil edən müəssisədir:“Mərkəzi Hərbi Sanatoriyanın rəhbərliyi haqqında yazıda yer alan məlumatların səhihliyi açıq-aydın nəzərə çarpır. Belə ki, Azərbaycan Dövlət Tibb Universitetini bitirən, uzun illər hərbi tibb sahəsində çalışan və hazırda hərbi sanatoriyanın rəisi vəzifəsində xidmət edən polkovnik-leytenant Vidadi Əliyev heç vaxt Daxili Qoşunlarda olmayıb.Bundan əlavə, böyük əksəriyyəti Azərbaycan Dövlət Tibb Universitetinin məzunları olan peşəkar və ixtisaslı tibb mütəxəssisləri ilə komplektləşdirilən sanatoriyanın fəaliyyəti ilə bağlı məqalədə göstərilən hər bir məqam üzrə tərəfimizdən araşdırma aparılıb, qeyd olunan “faktlar” təsdiqini tapmayıb və böhtan xarakteri daşıması bəlli olub”. General-mayor N.Əliyevin sözlərinə görə, digər məsələ isə guya sanatoriyada istirahət edən şəxslərin qeydiyyata alınmadan qəbulu və yığılan pulların büdcədən kənar məqsədlər üçün istifadə edilməsidir: “Rəsmi olaraq bildirmək istəyirəm ki, sanatoriyanın rəhbərliyində dəyişiklik baş verdikdən sonra hərbi qulluqçuların, onların ailə üzvlərinin istirahəti daha səmərəli təşkil edilərək xeyli yeniliklər həyata keçirilib. Bunun nəticəsidir ki, əvvəlki illərlə müqayisədə 2015-ci ildən etibarən sanatoriya tərəfindən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin hesabına ödənilən maliyyə vəsaiti xeyli miqdarda artıb. Əgər 2013-cü ildə bu məbləğ 53.202 manat, 2014-cü ildə 68.628 manat olmuşdursa, 2015-ci ildə bu məbləğ 75.276 manata çatıb. Cari ilin sonuna hələ 5 ay qalmasına baxmayaraq büdcəyə artıq 70.000 manat məbləğində vəsait ödənilib.Bir daha bildirim ki, şəxsi-qərəzlik prinsipinə əsaslanan, qeyri-konstruktiv xarakter daşıyan bu yazı ümumilikdə hərbi qulluqçularımızın işgüzar nüfuzuna xələl yetirmək, görülən müsbət işlərə kölgə salmaq məqsədini güdür. Belə olmasaydı əldə edilən uğurlardan da söhbət açılardı. Bu kimi halların haradan qaynaqlanması, kimlər tərəfindən və nə üçün ortaya atılması, o cümlədən mənbəyi və təşkilatçısı da bizə dəqiq məlumdur.Hərbi qulluqçular, onların ailə üzvlərinin istirahətini və müalicəsini təmin edən sanatoriyanın kollektivi rəhbərliyə müraciət edərək bu cür böhtan xarakterli yazıların onları ciddi narahat etdiyini bildiriblər. Tibb müəssisəsinin uğurları və problemləri rəhbərliyin diqqətindən kənarda qalmadığı kimi, bu məsələnin də sonadək araşdırılacağı və qanunauyğun müvafiq tədbirlərin görüləcəyi heç kimdə şübhə doğurmamalıdır”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler