Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nazirlik bu dermanla bağlı xeberdarlıq etdi

31 Ekim 2016

6:04 pm


31/10/2016 [22:01]: xeber –
“Aktilize” ticari adlı alteplaza tərkibli həlledici (inyeksiya üçün su) ilə komplektdə venadaxili infuziya məhlulu hazırlamaq üçün liofilizəolunmuş toz flakonda dərman vasitəsinin həll olması ilə bağlı şikayətlər edilir.Son aylar “Boehringer İngelheim” şirkətinə bəzi ölkələrdən “Aktilize” 50 mq preparatından çoxlu texniki şikayətlər daxil olub. Şikayətdə bildirilir ki, preparatın həll olması zamanı rezin tıxac flakon daxilinə itələnir.Bu, flakonun istifadəsini yararsız edir və müalicə üçün yeni flakona ehtiyac yaranır: “Az miqdarda 10 mq və 20 mq dozalara aid şikayətlər də alınıb. Hazırda texniki şikayətin yaranma səbəbləri araşdırılır. Hələki, dəqiq səbəb müəyyən edilməyib. “Boehringer İngelheim” şirkəti Aktilize preparatının istifadə təlimatına ciddi əməl olunmasının vacibliyini bildirir. “Aktilize” preparatının həyati vacibliyini nəzərə alaraq tibb müəssisələrində kifayət qədər preparat ehtiyatının saxlanılması tövsiyyə olunur. Preparatın istifadəsi zamanı yaranan problemlərin şirkətə bildirilməsi xahiş olunur. Yaranmış situasiyanın aradan qaldırılması üçün şirkət bu sahədə bütün tədbirləri gücləndirib”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler