Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nazirler Kabinetinin selahiyyetlerinden biri leğv edilib

05 Eylül 2016

3:40 pm


05/09/2016 [19:39]: xeber –
Prezident İlham Əliyev “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.sayt xəbər verir ki, dəyişikliklərə əsasən, fərmanın 3.2-ci bəndi ləğv edilir.Həmin fərmanla təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 10-cu hissəsində “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilir.Bundan əvvəl həmin hissədə qeyd olunurdu ki, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler