Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Nazirler Kabinetin buraxılması ehtimalı var” – Fazil Mustafa

25 Ağustos 2016

12:20 pm


25/08/2016 [16:19]: xeber –
“Konstitusiya dəyişikliyindən sonra Nazirlər Kabineti buraxılması ehtimalı var”.Bunu millət vəkili Fazil Mustafa deyib.O, qeyd edib ki, konstitusiya dəyişikliyində daha çevik bir mexanizminin yaradılması nəzərdə tutulub: “Burada əsas məsələ çevik bir mexanizmin yaradılmasıdır. Amma Nazirlər Kabineti bir institut kimi ləğv olunmur. Əvvəlki institutların əksəriyyəti qalacaq”.Deputatın fikrincə, konstitusiya dəyişikliyi Azərbaycanda iqtisadi-islahatların sürətlənməsində böyük təkan verəcək: “Prezident tərəfindən həyata keçirilən iqtisadi-islahatların səlahiyyətli şəxslər tərəfindən daha effektli həyata keçirilməsi və nəzarət altında olması nəzərdə tutulur. Hər halda daha çox iqtisad-islahatlar baxımından faydalı yeniliklər gözləyirəm. Qalan məsələlər isə təbii ki, insan haqlarının qorunması və başqa mülahizələrlə bağlı müsbət fikirlər söyləmək olar. Hər halda gedişatı gözləmək lazımdır. Ümid edirəm ki, yeni dəyişikliklərdə effektli nəticələr ola bilər”.(AzNws.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler